Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-576/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-5921/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-5921/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 17.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə 13629 (on üç min altı yüz iyirmi doqquz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 13659 (on üç min altı yüz əlli doqquz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-5921/2021 saylı qətnaməsini ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 dekabr 2018-ci il tarixdə Abşeron rayonu 1 saylı DNK-da bağlanaraq təsdiq edilmiş kredit müqaviləsinə əsasən 13629 manat borc, notariat qeydinin təsdiq edilməsinə görə 10 manat və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 13669 manat pulun Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. Belə ki, 2009-cu ildə "xxxx" LTD MMC-nin Sumqayıt şəhəri üzrə satış üzrə nümayəndəsi olub. Həmin fimanın rəhbəri olmuş xalası oğlu Cavanşir 2017-ci ildə vəfat etmişdir. Mərhumun sağlığında şəriki olduğu “Azəriş" LTD MMC-yə 5000 manat məbləğində qalıq borcu olmuşdur (Sumqayıt şəhərində fəaliyyət göstərən ticarət şəbəkələrində olan mal qalığına görə). Həmin firmada işləyən anbardar Ədayil adlı şəxs işdən çıxarkən Cəmiyyətə borcu ödəmədiyinə görə 8629 manatlıq malı ona verdiyini bildirmişdir. Həmin borcun verilməsini təsdiq edən sənəd mövcud deyil. "xxxx" LTD MMC-nin digər şəriki olan Rəşid adlı şəxs onu Xırdalanda fəaliyyət göstərən Cəmiyyətə dəvət edərək bildirmişdir ki, Ədayil ona işdən çıxarkən mal verib (8629 manat), işdən çıxdığına görə həmin borcu ticarət nümayəndəsi kimi ödəməlidir. O, rəhbərlikdən və Ədayildən ona verilən malların sənədlərini istəmiş, onlar ona heç bir sənəd təqdim etmədilər. Həmin vaxt Ədayil ona cəmi 2700 manatlıq mal təhvil vermişdir. Cəmiyyətin rəhbərliyi ilə bu barədə aralarında mübahisə yaranmış, aralarında olan səmimiyyətə, iş yerini itirməmək naminə notariusa gələrək guya Rövşən adlı şəxslə 17.12.2018-ci ildə kredit müqaviləsi bağlamış (əslində həmin müqavilə borc müqaviləsi olmalı idi), o, iddiaçı X1 adlı şəxsi ilk dəfə kredit müqaviləsi imzalanan günü notariusda görmüşdür. Həmin vaxt Cəmiyyətin anbardarı işləmiş Təbriz adlı şəxs iddiaçı ilə notariusa gələrək onunla borc müqaviləsi bağlamalı idi. Borcun məbləği isə Ədayildən qalan mala görə borc olan 8629 manat olmalı idi. Notariusda olarkən borcun 13629 manat olduğunu və borcunun qaytarılması müddətinin 3 ay müəyyən edildiyini gördükdə buna etiraz etmiş, Təbriz həmin vaxt rəhbərliyə zəng etmiş, rəhbərlik bildirmişdir ki, əlində kağız olsun deyə borcu 13629 manat kimi göstərir. Həmin borcdan 8629 manat ödəniş etməlidir (yəni işlədikcə ödəməlidir). Sumqayıt şəhərindən Abşerona gedərkən İntiqam adlı şəxslə getmiş və pulu alıb notariusdan bir az aralandıqdan sonra onun yanında notariusdan aldığı 13629 manatı Rövşənə qaytarmışdır. Həmin vaxt Təbriz də orada idi. Həmçinin 8629 manat borcdan 3581 manatını ödəmişdir. Firmaya hazırda borcu 5048 manat olmuşdur. Qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Məhkəmə araşdırma aparmadan qətnamə qəbul etmişdir. Bir daha bildirir ki, onun firmaya 8629 manat borcu olmuşdur və həmin borcdan 3581 manatını ödəmişdir, 3581 manatın ödənilməsini şahidlər təsdiq edə bilər. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)- 5921/2021 saylı qətnaməsini ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-5921/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən tərəflər arasında kredit müqaviləsinin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materillarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada təsdiq olunmuş 17.12.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 31.03.2019-cu il tarixədək qaytarmaq şərti ilə Cavabdeh 13629 (on üç min altı yüz iyirmi doqquz) manat məbləğində borc pul vermişdir. Həmin kredit müqaviləsindən görünür ki, «borc alan» götürdüyü pulu 31.03.2019-cu il tarixədək «borc verənə» qaytarmağı öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl, Cavabdeh qarşı pretenziya qaydasında müraciət etməmiş və bu məsələnin məhkəmədən kənar həll edilməsini cavabdehə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 259.0 və 259.0.1-cı maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan apellyasiya şikayəti qismən təmin edilməlidir. Eyni zamanda ərizəçiyə izah olunur ki, qərardadda müəyyən edilmiş qaydalara riayət etdikdən sonra bu məsələ ilə yenidən məhkəməyə müraciət etmək hüququna malikdir, hazırkı qərardad yenidən ərizə ilə məhkəməyə müraciət etməyə mane olmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-5921/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra mübahisə ilə bağlı ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-576/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-576/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver