Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-579/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə Kreditor "xxxx" BOKT MMC borclular Borclu1 və Borclu2 qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair Borclu2 etiraz ərizəsinin təmin edilməməsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1065/2016 nömrəli 18 noyabr 2022-ci il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ Kreditor "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC borclular Borclu1 və Borclu2 qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu1 və Borclu2 birgə qaydada kreditor "xxxx" bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 2718,88 manat məbləğində əsas borc, 1502,76 manat faiz borcunun, cəmi 4221,64 manat borcunun və dövlət rüsumu olaraq 20 manat məbləğində borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-1065/2016 nömrəli məhkəmə əmri ilə xx.xx.1984-cü ildə Kürdəmir rayonu, Yenikənd kəndində doğulmuş, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan Borclu1 və xx.xx.1984-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu2 "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 2 718,88 manat məbləğində əsas borc, 1 502,76 manat faiz borcu, cəmi 4 221,64 (dörd min iki yüz iyirmi bir manat altmış dörd qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində pul tutulması barədə məhkəmə əmri çıxarılmışdır (hakim Təranə Mahmudova). Borclu2 qeyd olunan məhkəmə əmrinə etiraz edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-1065/2016 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və iddia icraatına keçməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-1065/2016 nömrəli qərardadı ilə Borclu2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)- 1065/2016 nömrəli məhkəmə əmrinə verdiyi etiraz ərizəsi rədd edilmişdir (hakim Günel Tanrıverdiyeva). Həmin qərardaddan narazı qalan Borclu2 şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1065/2016 saylı qərardadının ləğv edilməsini və iddia icraatına keçirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu2 şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1065/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu1 və ondan "xxxx" BOKT MMC-nin xeyrinə 2718,88 manat məbləğində əsas borc, 1502,76 manat faiz borcu, cəmi 4221,64 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə əmrində göstərilən ünvanda (ünvan 2 yaşamadığı üçün həmin məhkəmə əmrindən xəbəri olmayıb. Məhkəmə əmrinin surətini xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhəri üzrə icra idarəsindən almışdır. Məhkəmə əmrində göstərilən borcla razı deyil və etiraz etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 1065/2016 saylı qərardadı ilə onun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-1065/2016 saylı məhkəmə əmrinə verdiyi etiraz ərizəsinin rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respubiikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilə bilər. Hazırda Sumqayıt Şəhər Məhkəməsinin hazırkı qərardadını xx.xx.2022-ci il tarixində almışdır, həmin qərardadla razı olmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-ci maddəsini rəhbər tutaraq həmin qərardaddan şikayət vermək qərarına gəlmişdir. tiraza əlavə olunmuş arayışdanda göründüyü kimi 2015-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayına qədər, hazırda qeydiyyatda olduğu Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 39/16, mənzil 24 ünvanında yaşamadığı təqdirdə həmin qətnamədən məlumatının olması qeyri-mümkündür. Hazırda Sumqayıt şəhər İcra idrasəsinin İcra məmuru olmuş Abusəd Qasımovun icraata başlama haqqında xx.xx.2006-cı il qərarından xx.xx.2020ci il tarixində xəbəri olmuşdur.Həmin faktı hazırda icra məmuru Rüfət Məmmədov da təsdiq edə bilər. Belə ki, icra sənədində olan bildirişdən görünür ki, həmin bildirişə xx.xx.2022-ci il tarixində imza ataraq qəbul etmişdir. Həmçinin icra sənədində olan məhkəmə əmri ilə xx.xx.2022-ci il tarixində tanış olmuş və dərhalda əmrlə razı olmadığına görə, həmin əmrə qarşı rəsmi qaydada etiraz ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Belə olan halda, məhkəmə tərəfindən məhkəmə əmrinin çıxarıldığı tarixdən 7 il müddət keçməsinə istinad edərək məhkəmə əmrinə edilən etirazın qəbul edilməməsini qəbul etmir. Həmçinin məhkəmə qərardadında qeyd edir ki, hazırkı etiraz borclu tərəfindən məhkəmə aktı üzrə öhdəliklərin icrasından yayınmaq məqsədi daşıyır. Bir halda ki, icraata başlamaq haqqında icra məmurunun qərarını, icra məmurunun bildirişini və məhkəmə əmrini xx.xx.2022-ci il tarixində almışdırsa, hansı öhdəliklərin icrasından yayınmaqdan söhbət gedə bilər. Hesab edir ki, birinci instansiya məhkəməsi etirazını təmin etməməklə əsassızvə qanunsuz qərardad qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1065/2016 nömrəli 18 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 282-ci mаddəsinə əsаsən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü mаddəsinə görə, borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Yuxarıda sadalanan nоrmаlardan göründüyü kimi, etirаz müddətinin bаşlаnğıcı məhkəmə əmrinin şəxsə rəsmi qаydаdа verildiyi gündən hesаblаnmаlıdır. Məhkəmə sənədlərinin rəsmi qаydаdа verilməsi аnlаyışının mаhiyyəti Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 135-ci mаddəsində nəzərdə tutulmuşdur. Həmin mаddədə deyilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. (135.2-ci mаddə). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir (135.3-cü mаddə). Bu Məcəllənin 135.2-ci və 135.3-cü mаddələrində nəzərdə tutulmuş hаllаrdа məhkəmə sənədi rəsmi qаydаdа verilmiş hesаb edilir (135.5-ci mаddə). Öyrənilən iş materiallarından müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-1065/2016 nömrəli məhkəmə əmrinin surətinin bоrclu Borclu2 göndərilməsi bаrədə məhkəmənin 06 yanvar 2016-cı il tаrixli müşаyiət məktubunun surəti əlаvə edilsə də, göstərilən məktubun, yəni əmrin surətinin оnа və yа оnlаrın аilə üzvlərinə, yаxud dа yаşаyış yeri üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnınа, yerli özünüidаrə оrqаnınа, işlədiyi yer üzrə müdiriyyətə verilməsi bаrədə hər hаnsı sənəd işdə mövcud deyildir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, əmrin borcluya (və ya onunla birlikdə yaşayan ailə üzvlərinə) təqdim edilmə tarixini müəyyən etmədən, etirazın (şikayətin) təkrar yaxud ilk dəfə verilib-verilmədiyini aydınlaşdırmadan, müvafiq icra işini tələb edib öyrənmədən və nəhayət etirazın (şikayətin) MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.3-cü mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1065/2016 nömrəli 18 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlər edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1065/2016 nömrəli 18 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-579/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-579/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver