Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-586/2022 24.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(012)-6865/2021 saylı qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(012)-6865/2021 saylı qətnaməsi ilə (hakim E.M.Kazımov) İddiaçı QSC BOKT-nın cavabdeh X2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməmiş və iş üzrə İddiaçı QSC BOKT tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və məhkəmə mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaitinin İddiaçı QSC BOKT-dan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(012)-6865/2021 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Belə ki, iş materiallarında olan İddiaçı QSC BOKT-nin apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə 21 dekabr 2021-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, İddiaçı QSC BOKT tərəfindən «Azərbaycan Beynəlxalq Bank» vasitəsi ilə 15 manat dövlət rüsumu ödənilmiş, ödənişin təyinatı kimi Bakı Apellyasiya Məhkəməsi qeyd edilmişdir. (i/v-160) Göründüyü kimi, iddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun təyinatı apellyasiya şikayətinin verilməsi üçün olsa da ödənişin təyinatı Sumqayıt Apellyasiya Məhkəməsi deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödədiyi 15 manat dövlət rüsumu hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apellaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC BOKT-nın cavabdeh X2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(012)- 6865/2021 saylı qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-586/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-586/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver