Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-59/2022 04.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(067)-245/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(067)-245/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və ziyan tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il, reyestr nömrəsi **********50-10301 olan daşınmaz əmlakın dövlət reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən 0,25 ha torpaq sahəsinin 0,0223 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı qaytarılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz sahibliyindən torpaq sahəsinin istifadəsinə qaytarılmaqla, torpaq sahəsinin texniki pasportda göstərilən cizgilər daxilində tamlığının bərpa edilməsi və cavabdehdən ona vurduğu ziyana görə 10000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixli, 464b saylı qeydiyyat vəsiqəsinə əsasən Xaçmaz rayonunun Mürşüdoba kəndində xüsusi mülkiyyətində şərikli qaydada yaşayış evi olmuş, həmin ev yanaraq qəzalı vəziyyətə düşdüyünə görə orada yeni ev tikmişdir. Evin yerləşdiyi 0,25 ha torpaq sahəsinə çıxarış və texniki pasport hazırlanması üçün ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Mütəxəssislər müvafiq sənədləri hazırlayarkən yerində ölçmə işləri aparmış və müəyyən olunmuşdur ki, 0,25 ha torpaq sahəsinin tamlığı Cavabdeh tərəfindən pozulmuş, torpaq sahəsinin təxminən 4 sotunu cavabdeh öz torpaq sahəsinə qataraq dəmir torla çəpərləyib istifadə edir. Yaşayış evinin 1987-ci ildə tərtib olunmuş texniki pasportunda torpaq sahəsinin parametrləri göstərilir. Torpaq sahəsi üçbucaq şəklində olduğu halda, cavabdeh evinin arxa tərəfindən düz xətti sındıraraq əraziyə girmiş və torpaq sahəsinin 4 sotunu öz torpaq sahəsinə birləşdirmişdir. Evin texniki pasportunda da torpaq sahəsinin 0,25 ha olması göstərilmişdir. Ona görə də cavabdeh tərəfindən özbaşına olaraq öz həyətyanı torpaq sahəsinə birləşdirdiyi torpaq sahəsi qanunsuz sahibliyindən alınaraq onun istifadəsinə qaytarılmalıdır. Cavabdehin torpaq sahəsini zəbt etməsi nəticəsində xeyli miqdarda ziyana düşmüşdür. Hər il orta hesabla həmin ərazidən 2000 manat pul götürə bilərdi. Son beş ildə həmin məbləğ 10000 manat təşkil edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın təmin edilmiş hissəsində qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddiaçının iddia tələbini qismən təmin edilməsi barədə gəldiyi nəticəni iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə əsaslandırmışdır. Həmin rəyə əsasən ünvan 1i ünvanında İddiaçı mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin 0,0223 ha hissəsi onun tərəfindən faktiki olaraq istifadə olunduğu müəyyən olunur. Məhkəmə iclasında ekspert rəyi ilə razı olmadığını və həmin rəyi qəbul etmədiyini məhkəmənin nəzərinə çatdırmaqla iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmişdir. Lakin işə ona münasibətdə qərəzli baxmış məhkəmə bu dəlillərini və vəsatətini, ümumiyyətlə, müzakirə etməmiş və əsassız ekspert rəyini rəhbər tutmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Həmin rəydə, ümumiyyətlə, iddiaçının və onun mülkiyyətində sənəd üzrə hansı ölçüdə torpaq sahəsinin olması və faktiki olaraq istifadə etdikləri torpaq sahələrinin ölçüləri barədə heç bir qeyd yoxdur. Rəydən məlum deyildir ki, həmin 0,0223 ha torpaq sahəsi mübahisəli ərazinin hansı hissəsində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin 17 may 2019-cu il tarixli ərazinin planından çıxarış sənədində göstərilir ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüsü 0,2613 ha təşkil edir. İddia ərizəsində iddiaçı özünün mülkiyyətində 0,25 ha torpaq sahəsinin olduğunu göstərmişdir. Göründüyü kimi, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olmalı torpaq sahəsindən 0,0113 ha artıqdır, yəni iddiaçının torpaq sahəsinin hər hansı bir hissəsi heç kim tərəfindən qanunsuz istifadə edilmir. Bu və işin digər halları ona dəlalət edir ki, məhkəmə iş üzrə obyektiv və qərəzsiz araşdırma aparmamış, əsassız olan ekspert rəyinə istinadən tamamilə qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia bu hissədə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 25 yanvar 2019-cu il tarixli, 83 nömrəli arxiv arayışının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı protokolu ilə Xaçmaz rayonunun “İliç yolu” sovxozu AİK-nın Mürşüdoba kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 175-ci mərhum X3 adına qaytanlanmış kitab üzrə 0,25 ha, faktiki 0,21 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 13 aprel 2020-ci il tarixli, 01/268 saylı torpaq sahəsinin ölçülməsi barədə hesabatından görünür ki, Cavabdeh məxsus olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətinin xx.xx.2013-cü il tarixli, **********49-10301 reyestr nömrəli texniki pasportunda qeyd olunan konfiqurasiya İddiaçı məxsus olan Texniki İnventarlaşdırma Bürosunun oktyabr 1987-ci il tarixli texniki pasportunda qeyd olunan torpaq sahəsinin konfiqurasiyası ilə xəritə 1-də göstərilən forma və cədvəl 1-də qeyd olunan ölçülər daxilində faktiki olaraq bir-biri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş və İddiaçı məxsus olan torpaq sahəsini xəritə 2-də göstərilən forma və cədvəl 2-də qeyd olunan ölçülər daxilində istifadə etdiyi müəyyən edilmişdir. Cavabdeh İddiaçı məxsus olan torpaq sahəsinin 0,0223 ha hissəsini xəritə 2-də göstərilən forma və cədvəl 2-də qeyd olunan ölçülər daxilində faktiki olaraq istifadə edir. İş üzrə keçirilmiş ekspertizanın 12 may 2020-ci il tarixli, 10/704 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında İddiaçı mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin 0.0223 ha hissəsinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə olunduğu müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,25 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 122,9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 07 sentyabr 2012-ci il tarixli, 814 nömrəli arxiv arayışının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı protokolu ilə Xaçmaz rayonunun “İliç yolu” sovxozu AİK-nın Mürşüdoba kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 126-cı mərhum X4 adına qaytanlanmış kitab üzrə 0,25 ha, faktiki 0,22 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş JN-045A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə X1 mülkiyyətinə Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh adına 981 inventar nömrəsi, **********49- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış, texniki pasport xx.xx.2013-cü il tarixdə tərtib olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(067)-351/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin olunmamışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli, 2(105)-3629/2019 saylı qətnaməsinin surətindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(067)-351/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin olunmamışdır. İş üzrə keçirilmiş ekspertizanın 23 iyun 2022-ci il tarixli, 10/2382 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,25 ha torpaq sahəsinin iş materiallarına təqdim edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının texniki hissəsində torpaq sahəsinin koordinatları mövcud olmadığından torpaq sahəsinin naturada koordinatları müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı istifadəsində faktiki olaraq 0,3098 ha torpaq sahəsi mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində 0,25 ha torpaq sahəsinin (Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş və JN-045A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin planında qeyd olunan ölçülər nəzərə alınmaqla) naturada koordinatları müəyyən edildi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh istifadəsində faktiki olaraq 0,2602 ha torpaq sahəsi mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının texniki hissəsində torpaq sahəsinin koordinatları olmadığından İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində 0.25 ha torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadı və Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində 0.25 ha torpaq sahəsinin hər-hansı bir hissəsinin istifadə edibetməməsini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə, bir-birilərinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslı deyildir. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın 23 iyun 2022-ci il tarixli, 10/2382 saylı rəyi ilə müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının texniki hissəsində torpaq sahəsinin koordinatları olmadığından İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində 0.25 ha torpaq sahəsinin yerini müəyyən etmək və Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində 0.25 ha torpaq sahəsinin hər-hansı bir hissəsinin istifadə edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən, ekspert rəyinə əsasən İddiaçı istifadəsində faktiki olaraq 0,3098 ha torpaq sahəsi vardır. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş ekspertizanın 12 may 2020-ci il tarixli, 10/704 saylı ekspert rəyinə qiymət verərək hesab edir ki, həmin rəy iş materiallarında olan sənədlərə və işin faktiki hallarına uyğun deyildir. Belə ki, 12 may 2020-ci il tarixli, 10/704 saylı ekspert rəyi "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən verilmişdir. "xxxx" MMC-nin mütəxəssis rəyi isə tərəflərin hər birinə müxtəlif vaxtlarda verilmiş fərdi yaşayış evinin texniki pasportlarına əsasən verilmişdir. Halbuki Cavabdeh yaşadığı Xaçmaz rayonu, Mürşüdoba kəndində olan ev Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsində yerləşir və JN-045A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həmin torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü göstərilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Mürşüdoba kəndində 0.25 ha torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi sübuta yetirilmədiyndən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat İddiaçı tutularaq X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595 hesabına köçürülməli, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 312 manat tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(067)-245/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia bu hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat İddiaçı tutularaq X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595 hesabına köçürülsün, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 312 (üç yüz on iki) manat tutularaq Cavabdeh ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-59/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-59/2022
04.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver