Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-591/2023 05.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(060)-2044/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. Borc alan Cavabdeh və borc verən İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş “Kredit Müqaviləsi”ndən görünür ki, borc verən borcalana 1800 manat məbləğində borc verir, borcalan krediti xx.xx.2020-ci il tarixədək hər ay 150 manat borcverənə qaytarmağı öhdəsinə götürür.
2. xx.xx.2018-ci il tarixli Cavabdeh tərəfindən yazılıb imzalandığı göstərilmiş iltizamdan görünür ki, o, İddiaçı xx.xx.2018-ci ildə 3 ay ərzində qaytarmaq şərti ilə 9500 manat borc almışdır.
3. Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli, 4/625 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(060)-2044/2022 saylı mülki işin 3-cü vərəqində olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin arxa tərəfində “Borc alan” qrafasındakı imza ilə mülki işin 7-ci vərəqində Məmmədov Lalə İsmayıl qızının adından olan xx.xx.2018-ci il tarixli borc qəbzinin aşağı hissəsində “İmza” sözünün qarşısındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(060)-2044/2022 saylı mülki işin 3-cü vərəqində olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin, arxa tərəfində “Borc alan” qrafasındakı “Cavabdeh” yazıları ilə mülki işin 7-ci vərəqində Məmmədov Lalə İsmayıl qızının adından olan xx.xx.2018-ci il tarixli borc qəbzinin sonundakı “Cavabdeh İ.” yazıları - müxtəlif şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 120 manat təşkil edir.
4. Apellyasiya icraatı zamanı verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2023-cü il tarixli, 4/504 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(105)-591/2023 saylı mülki işin 7-ci vərəqində olan Məmmədov Lalə İsmayıl qızının adından olan xx.xx.2018-ci il tarixli borc qəbzinin aşağı hissəsində “İmza” sözünün qarşısındakı imza - eyni şəxs, Məmmədov Lalə İsmayıl qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(105)-591/2023 saylı mülki işin 7-ci vərəqində olan dama-dama vərəqdə Məmmədov Lalə İsmayıl qızının adından olan 1 dekabr 2018-ci il tarixli, 9500 manata dair borc borc qəbzindəki yazılar Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi (sonradan iddia tələbinin azaldılması barədə ərizə ilə) ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 10.300 manat məbləğində əsas borcun, ödəmiş olduğu dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2019cu ildə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2020-ci il tarixə kimi qaytarmaq şərti ilə 1800 manat borc pul vermiş, lakin cavabdeh həmin puldan ödəniş etməmişdir. Bundan başqa, cavabdeh xx.xx.2018-ci il tarixdə də ondan 9500 manat pul almış, həmin vaxt əmək haqqı kartını ona vermiş və o, həmin kartdan 1000 manata yaxın pul çıxarmışdır. Bu pulu götürərkən cavabdeh ona yazılı qəbz də vermişdir. Cavabdeh ondan satmaq adı ilə 95 kq fındıq almış və həmin fındığın 1 kilosuna görə ona 8 manat pul ödəməli idi. Lakin o, ümumilikdə 760 manat pulu da verməmişdir. Nəticədə cavabdehin ona ümumilikdə 11060 manat borcu qalmışdır. O, bu müddət ərzində dəfələrlə cavabdehdən həmin borcu tələb etmiş, o isə hər dəfə bir bəhanə gətirərək pulu ona qaytarmamışdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) 17 avqust 2022-ci il tarixli, 2(060)-2044/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş Cavabdeh 10300 (on min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170 (bir yüz yetmiş) manat İddiaçı xeyrinə tutulması, məhkəmə ekspertiza xərci 120 manatın isə X1 ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf ayrı-ayrı vaxtlarda cavabdehə ümumilikdə 1800 və 9500 manat borc pul verildiyini, cavabdehin 1000 manata yaxın pulu qaytardığını, qalan məbləği qaytarmadığını iddia edir və qeyd olunan məbləğdə borc verildiyini təsdiq edən sübut növü olaraq tərəflər arasında bağlanılmış kredit müqaviləsinə və cavabdeh tərəfindən yazılmaqla imza edilmiş qəbzə istinad edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq həmin kredit müqaviləsi və qəbzi, ekspert rəyini sübut növü kimi qəbul edir və mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia təmin edilməli, Cavabdeh 10300 manat pul tutulmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 739.2, 740.1, 882, 882.5-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 1800 (min səkkiz yüz) manat borcu iddiaçıya əlbəəl qaytarmışdır. Həmçinin qətnamədə qeyd edilmişdir ki, guya onun tərəfindən xx.xx.2018-ci ildə iltizam yazılmış və sözügedən iltizama əsasən İddiaçı xx.xx.2018-ci ildə 3 ay ərzində qaytarmaq şərti ilə 9500 manat borca pul almışdır. Bu tamamilə yalandır, əsassız iddiadır. xx.xx.2018-ci ildə yazılmış iltizamı o, yazmamışdır və imzalamamışdır. İltizam saxta tərtib olunmuşdur. Onun iddiaçıya hal-hazırda heç bir borcu yoxdur. Bir daha bildirir ki, iddiaçıdan götürdü 1800 (min səkkiz yüz) manat borcu qaytarmışdır. xx.xx.2018ci ildə tərtib edilmiş iltizamdan məlumatsızdır. Məhkəmə-xəttşünaslıq ekspertizasının yenidən keçirilməsinə etiraz etmir. İddiaçı ona məxsus əmək haqqı kartından 3 il ərzində pul çıxartmışdır. Məhkəmə qeyd olunan hallara düzgün hüquqi qiymət verməmişdir.
12. Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(060)- 2044/2022 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçıdan yalnız xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1800 manat məbləğində borc almış, daha sonra həmin borcu bankdan götürdüyü kredit əsasında iddiaçıya, sonuncunun anasının yanında qaytarmışdır. Onun iddiaçıya hər hansı borcu yoxdur. 9500 manat məbləğlə bağlı qəbzi o imza etməmişdir. Ümumiyyətlə iddiaçı ilə onun arasında həmin məbləğə dair hər hansı borc münasibəti mövcud olmamışdır. Ekspert rəyini qəbul etmir. Onun belə bir qəbzdən məlumatı yoxdur. O heç bir sənədə imza etməmiş, habelə iddiaçıdan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1800 manat məbləğində borcdan başqa heç bir əlavə borc almamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmənin iclasında iştirak etmiş Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh iddiaçıdan yalnız xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1800 manat məbləğində borc almışdır ki, həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Qeyd olunan məbləğdə pulu cavabdeh iddiaçıya əlbəəl qaytarmışdır. Cavabdehin 9500 manat məbləğlə bağlı qəbzdən ümumiyyətlə məlumatı yoxdur. Belə ki, həmin qəbzdəki yazılar və imza ona məxsus deyildir. Tərəflər arasında həmin məbləğə dair hər hansı borc münasibəti mövcud olmamışdır. Bundan başqa iş materiallarından görünür ki, tərəflər arasında 1800 manat borca dair rəsmi müqavilə bağlanmışdır. Belə olan halda həmin məbləğdən dəfələrlə çox məbləğdə borcun heç bir müqavilə olmadan, sadə yazılı qəbz əsasında cavabdehə verilməsi inandırıcı hesab olunmur. İş üzrə ekspert rəyi obyektiv deyildir. Cavabdeh belə bir qəbzdən məlumatsızdır. O heç bir sənədə imza etməmiş, habelə iddiaçıdan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1800 manat məbləğində borcdan başqa heç bir əlavə borc almamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. xx.xx.2018-ci il tarixli qəbzdəki imza məhz Cavabdeh tərəfindən şəxsən icra edilmişdir. Belə ki, cavabdeh yanında bir nəfər kişi və uşaqla onun yaşadığı ünvana gəlmiş, həmin şəxsləri də ailə üzvləri kimi təqdim etmişdir. Aralarındakı razılaşmaya əsasən iddiaçı ona 9500 manat məbləğində borcu 3 aya qaytarmaq şərti ilə vermişdir. Müqaviləni notarial qaydada bağlamamalarına səbəb isə həmin məbləğin notariusun depozit hesabına keçirilməsi ilə bağlı idi ki, qeyd olunan məbləği o cavabdehə birdəfəlik deyil hissə-hissə vermişdir. Qəbz tərtib olunarkən mətnində “qaralama” olduğundan, qəbz yenidən tərtib olundu. Bu zaman o cavabdehlərə çay gətirmək üçün mətbəxə getdi, gələndə artıq tərtib olunmuş qəbzin şəxsən iddiaçı tərəfindən imzalandığını gördü. Yəni qəbzin mətni cavabdeh yaxud yanındakı şəxs tərəfindən tərtib olunsa belə, imza şəxsən cavabdeh tərəfindən icra edilmişdir. İş üzrə məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. İddiaçı tərəfindən cavabdehə 9500 manat və 1800 manat olmaqla ümumilikdə 10300 manat məbləğində borc pul verilmişdir. 9500 manat borca dair xx.xx.2018-ci il tarixli qəbz tərtib edilmiş və cavabdeh həmin məbləğdə borcu almasına dair qəbzi imzalamışdır. Tərəflərin razılaşmalarına əsasən iddiaçı ona 9500 manat məbləğində borcu 3 aya qaytarmaq şərti ilə vermişdir. Müqaviləni notarial qaydada bağlamamalarına səbəb isə həmin məbləğin notariusun depozit hesabına keçirilməsi ilə bağlı idi ki, qeyd olunan məbləği o cavabdehə birdəfəlik deyil hissə-hissə vermişdir. Cavabdeh qəbzdəki imzanın ona məxsus olmamasını bildirsə də iş üzrə keçirilmiş ekspert rəyləri ilə bu hal təkzib edilmiş və qəbzdəki imzanın məhz Cavabdeh tərəfindən icra edilməsi sübut olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Madə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1 Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Maddə 882. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. 882.5-ci əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
19. Mülki Prosessual Məcəllə
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(060)-2044/2022 nömrəli qətnaməsini Cavabdeh tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissə üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən (dəymiş ziyanın ödənilməsi hissəsində) ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tələb cavabdehə borc olaraq verilmiş pulun geri qaytarılması barədədir.
24. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, onunla cavabdeh arasında xx.xx.2019-cu ildə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2020-ci il tarixə kimi qaytarmaq şərti ilə 1800 manat borc pul vermiş, lakin cavabdeh həmin puldan ödəniş etməmişdir. Bundan başqa, cavabdeh xx.xx.2018-ci il tarixdə də ondan 9500 manat pul almış, həmin vaxt əmək haqqı kartını ona vermiş və o, həmin kartdan 1000 manata yaxın pul çıxarmışdır. Bu pulu götürərkən cavabdeh ona yazılı qəbz də vermişdir. O, bu müddət ərzində dəfələrlə cavabdehdən həmin borcu tələb etmiş, o isə hər dəfə bir bəhanə gətirərək pulu ona qaytarmamışdır. Qarşılıqlı razılığa gələ bilmədiklərindən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.
25. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən iş obyektiv araşdırılmamışdır. Belə ki, iddiaçıdan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 1800 (min səkkiz yüz) manat borcu iddiaçıya əlbəəl qaytarmışdır. 9500 manata dair yazılmış qəbz isə həqiqəti əks etdirmir. İltizam saxta tərtib olunmuşdur. Qəbzdəki imza iddiaçı tərəfindən saxta olaraq imza edilmişdir Onun iddiaçıya hal-hazırda borcu yoxdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, aşağıdakları qeyd edir.
27. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
28. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
29. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
31. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
32. İşin apellyasiya icraatı zamanı müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli notariat qaydada “Kredit Müqaviləsi” rəsmiləşdirilmiş və müqaviləyə görə iddiaçı cavabdehə 1800 manat məbləğində borc vermiş, sonuncu da krediti xx.xx.2020-ci il tarixədək hər ay 150 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür.
33. Bundan əlavə öyrənilən işdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2018-ci ildə 3 ay ərzində qaytarmaq şərti ilə 9500 manat borc aldığına dair həmin tarixli yazılı “qəbzə” imza etmişdir.
34. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan kredit müqaviləsi üzrə 1800 manat borc aldığını və həmin borcu tam olaraq qaytardığını bildirsə də, qəbzlə almış olduğu 9500 manat almadığını, bununla bağlı hər hansı sənədə, o cümlədən iş materiallarında olan qəbzə imza etmədiyini mübahisələndirmişdir.
35. İşin obyektiv həlli məqəsədilə sözügedən qəbzdəki (iltizamdakı) imzanın Cavabdeh məxsus olub-olmamasını müəyyən etmək məqsədilə həm birinci instansiya məhkməsinin, həm də apellyasiya icraatı zamanı məhkəmə xətşünaslıq ekspertizaları təyin edilmiş və
36. -Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli, 4/625 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən mülki işin 3-cü vərəqində olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin arxa tərəfində “Borc alan” qrafasındakı imza ilə mülki işin 7-ci vərəqində Məmmədov Lalə İsmayıl qızının adından olan xx.xx.2018-ci il tarixli borc qəbzinin aşağı hissəsində “İmza” sözünün qarşısındakı imzanın - eyni şəxs tərəfindən icra olunması;
37. -02 may 2023-cü il tarixli, 4/504 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən mülki işin 7-ci vərəqində olan Məmmədov Lalə İsmayıl qızının adından olan xx.xx.2018-ci il tarixli borc qəbzinin aşağı hissəsində “İmza” sözünün qarşısındakı imza eyni şəxs, Məmmədov Lalə İsmayıl qızı tərəfindən icra olunması müəyyən edilmişdir.
38. Göründüyü kimi cavabdeh qəbzə imza etmədiyini bildirməklə yanaşı, heç bir borcunun qalmadığını bilirsə də qeyd olunan “qəbz” ilə iddia olunan məbləğdə pul verilmədiyi halda, həmin iltizamdakı şərtlərlə razılaşaraq imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah etmir yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir.
39. Belə olan halda kollegiya bildirir ki, Cavabdeh mübahisəsi gedən müqavilə və qəbz üzrə götürmüş olduğu öhdəliyin daşıyıcısı olmaqla, hazırki iddia üzrə cavabdehlik daşıyan şəxsdir.
40. Çünki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər daha yüksəkdir.
41. Mübahisənin bu halında kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı, yaxud haqsız olmasını, o cümlədən pulun iddiaçı tərəfindən kimə və hansı məqsədlə verilməsini araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız mübahisəli kredit müqaviləsi, həmçinin yazılı qəbzlə verilmiş pulun qaytarılması tələbidir.
42. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla, qəbzdəki imzanı isə könüllü və öz iradə ifadəsi əsasında imza etməklə müqavilə və qəbzdə (iltizamda) qeyd olunan şərtlərdən məlumatlı olmuş, buna dair həmin vaxt digər şərt irəli sürməmişdir.
43. Kollegiya qeyd edir ki, adətən tərəflər müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir.
44. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdeh tərəfindən imzalanmış qəbz əslində mahiyyət etibarı ilə də iddiaçıdan borc pul alınmasının elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz.
45. Çünki, cavabdeh tərəf də, özü tərəfindən imzalanmış qəbzin (müqavilənin) əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Buna görə də, qarşı tərəfdən hər hansı bir məbləğdə pul alınmadığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir
46. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
47. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, təqdim edilmiş müqavilə, qəbzlə borcun həqiqiliyi təsdiq olunur.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
49. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.
50. Kollegiya hesab edir ki, ekspertiza xərci cavabdehə аid edilməli və məhkəmə tədqiqatının dəyəri olan 110 manat pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(060)-2044/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər . Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.