Məhkəmə qərarları › İş №2(105)-593/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-593/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-593/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X13, Cavabdehin nümayəndəsi və vəkili: X2 iştirakları ilə, İddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh Muğan oğluna və qeyrilərinə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Ş.B.Sadıqov və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh Muğan oğlundan 03R000025567 saylı kredit razılaşması üzrə 323.353,78 ABŞ dolları əsas kredit borcu, 137.212,05 ABŞ dolları faiz borcu, 15.000 ABŞ dolları cərimə, cəmi 475.565,83 (dörd yüz yetmiş beş min beş yüz altmış beş dollar səksən üç sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə), 003R********** saylı kredit razılaşması üzrə 211.023,22 manat əsas kredit borcu, 8.596,38 manat faiz borcu və 5.000 manat cərimə, cəmi 224.619,6 (iki yüz iyirmi dörd min altı yüz on doqquz manat altmış qəpik) manat və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 115 (bir yüz on beş) manatın İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh Muğan oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri 2-ci mikrorayon, N.Nərimanov küçəsi, 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87 m2 ümumi, 204.57 m2 əsas, 88.30 m2 köməkçi sahədən ibarət 4 saylı qeyri yaşayış sahəsinə, Sumqayıt şəhəri 2-ci mikrorayon, N.Nərimanov küçəsi, 33 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə və Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 72.7m2 ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilinə, X29 məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 14/21 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 56.33m2 ümumi, 43.18m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilinə, X6 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 70.5m2 ümumi sahədən ibarət 29 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlaklarlar açıq hərracdan satılması, ipoteka predmeti olan – Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsi, 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87m2 ümumi, 204.57m2 əsas, 88.30m2 köməkçi sahədən ibarət 4 saylı qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 289.000 manat, Sumqayıt şəhəri, 2-ci mikrorayon N.Nərimanov küçəsi, 33 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 119.000 manat, Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 72.7m2 ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilin ilkin satış qiymətinin 55.500 manat, Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 14/21 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 56.33m2 ümumi, 43.18m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilin ilkin satış qiymətinin 40.000 manat və Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 70.5m2 ümumi sahədən ibarət 29 nömrəli mənzilin ilkin satış qiymətinin 46.500 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq Cavabdeh Muğan oğluna, X29 və X6 qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh Muğan oğlundan alınaraq İddiaçı QSC-yə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsi, 34 nömrəli binanın 4 saylı qeyri yaşayış sahəsinə və Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsi, 33 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsi boşaldılması, ipoteka predmeti olan Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh Muğan oğlu, X20 və Rzayev Rövşən Arzuman oğlu həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmeti olan Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 14/21 nömrəli binanın 64 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X34, X30 və X14 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması, ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X15, X7, X25 və X9 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan «xxxx» QSC cavabdehlər Cavabdeh Muğan oğluna, X21, X6, X29, X26, X22, X10, Rzayev Rövşən Arzuman oğluna, X16, X3, X17 və X18 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh Muğan oğlundan, X11, X4 və X23 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 03R000025567 saylı kredit razılaşması üzrə 328.353,78 ABŞ dolları kredit borcu, 137.212,05 ABŞ dolları faiz borcu, 325.846,09 ABŞ dolları cərimə olmaqla, cəmi 791.411,92 ABŞ dolları, 003R********** saylı kredit razılaşması üzrə 211.023,22 manat kredit borcu, 8596,38 manat faiz borcu və 47.716,43 manat cərimə olmaqla, cəmi 267.336,03 manat, 003KK**********01 saylı kredit razılaşması üzrə 9950,16 ABŞ dolları kredit borcu, 1299,05 ABŞ dolları faiz borcu və 9283,35 ABŞ dolları cərimə olmaqla, cəmi 20.532,56 ABŞ dolları olmaqla 3 (üç) kredit razılaşması üzrə ümumilikdə 811.944,48 ABŞ dolları və 267.336,03 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 50 manat rüsumun və 100 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh Muğan oğluna məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87m2 ümumi, 204.57m2 əsas, 88.30m2 köməkçi sahədən ibarət 4 saylı qeyri yaşayış sahəsinə; Cavabdeh Muğan oğluna məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi, 33 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə; Cavabdeh Muğan oğluna məxsus Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 72.7m2 ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilinə; X29 məxsus Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 56.33m2 ümumi, 43.18m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilinə; X6 məxsus Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 70.5m2 ümumi sahədən ibarət 29 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 811.944,48 ABŞ dolları və 267.336,03 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş50 manat rüsumun və 100 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh Muğan oğlundan, X11, X4, X23 müştərək qaydada tutulması; Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 34 nömrəli binanın 4 saylı qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 6 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh Muğan oğlunun, X8 və Rzayev Rövşən Arzuman oğlunun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 64 nömrəli mənzilinə tutman yönəldikdən və o satıldıqdan 1 ay sonra X27, X24 və X14 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X5, X1, X12 və X9 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 03L000004826 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 3.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 03R000025567 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1917% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 750000 (yeddi yüz əlli min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 03R000025567S saylı, xx.xx.2016-cı il tarixli 03R000025567SA saylı, xx.xx.2016-cı il tarixli 03R000025567SB saylı, xx.xx.2017-ci il tarixli 03R000025567SC saylı, xx.xx.2018ci il tarixli 03R000025567SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 421.646,22 ABŞ dolları ödəmiş, onun 328.353,78 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 444 gün üçün hesablanmış faiz borcu 137.212,05 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixə 444 gün üçün hesablanmış cərimə 325.846,09 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixi 003R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 003R**********SA saylı, xx.xx.2017-ci ü tarixli 003R**********SB saylı, xx.xx.2018-ci il tarixli 003R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 88.976,78 manat ödəmiş, onun 211.023,22 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 10 gün üçün hesablanmış faiz borcu 8596.38 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 10 gün üçün hesablanmış cərimə 47716.43 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 003KK**********01 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, 10000 (on min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit razılaşmasının 1.1.1-ci bəndinə əsasən bank kredit alana bankın plastik kartı vasitəsi ilə verilir. Kredit razılaşmasının 1.2-ci bəndinə əsasən kredit alan kreditdən tam və ya hissə-hissə istifadə etməyi, bu kredit razılaşması ilə müəyyən olunmuş şərtlərlə ona hesablanmış faizi banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 49.84 ABŞ dolları ödəmiş, onun 9950.16 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən hər gün üçün faiz kredit üzrə illik faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 956 gün üçün hesablanmış faiz borcu 1299,05 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 2.7-ci bəndinə uyğun olaraq kredit xəttinin müddəti bitənədək kredit banka ödənilir. Əks təqdirdə kredit gecikdirilmiş status alır və gecikdirilmiş statuslu kredit üzrə illik 36% dərəcəsi ilə cərimə faizi hesablanır. xx.xx.2019-cu il tarixə 956 gün üçün hesablanmış cərimə 9283.35 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh, N.M.Əskərova, M.İ.Rzayeva zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzun müddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və uzun müddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 03M000001481 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsində 0.124 ha torpaq sahəsində yerləşən 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 4 saylı qeyri yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsi tərəfindən verilmiş 3 №-li reyestr kitabının 10 №-li vərəqində qeydiyyata alınmış və RX ******* çıxarışa əsasən Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsində 0.124 ha torpaq sahəsində yerlşən 34 nömrəli binanın 4 saylı qeyri yaşayış sahəsinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsinə təqdim olunmuş və xx.xx.2019cu il tarixdə həmin idarədə qeydə alınmışdır.İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsində 0.124 ha torpaq sahəsində yerləşən 34 nömrəli binanın 4 saylı qeyri yaşayış sahəsi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən Cavabdeh həyat yoldaşı A.S.Rzayeva notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh Muğan oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 03M000000767 saylı ipoteka müqaviləsi əsasında ünvan 6 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38 m2 qeyri yaşayış sahəsi İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 1 №-li reyestr kitabının 103 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən ünvan 6 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38 m2 qeyri yaşayış sahəsinin Cavabdeh Muğan oğlunun kredit öhdəliklərinin icrasınıtəmin etmək üçün İddiaçıQSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir.İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınmasıüçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. ünvan 6 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38 m2 qeyri yaşayış sahəsi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən Cavabdeh həyat yoldaşı A.S.Rzayeva notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərin icrasını təmin etmək məqsədilə M.İ.Rzayeva İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 03M000001482 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri 4-ci mikrorayonda istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən 14/21 nömrəli binanın 64 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 72 №-li reyestr kitabının 123 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Sumqayıt şəhəri 4-ci mikrorayonda 14/21 nömrəli evin 64 nömrəli mənzili Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən M.İ.Rzayevaya İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylıƏrazi İdarəsinə təqdim olunmuş və xx.xx.2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Sumqayıt şəhəri 4-ci mikrorayonda 14/21 nömrəli evin 64 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin mənzildə qeydiyyatda olan T.M.Rzayev və Cavabdeha notariat kontoruna ərizə təqdim edərək mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, mənzilə tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərin icrasını təmin etmək məqsədilə N.M.Əsgərova iddiaçı ilə bağladığı xx.xx.2010-cu il tarixli 03M000000788 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 2-ci mərtəbəsində 70.5 m2 ümumi 47.3 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X32 tərəfindən verilmiş 106 №-li reyestr kitabının 70 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən M.İ.Rzayeva İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Ş.X.Əsgərov notariat kontoruna ərizə təqdim edərək mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, mənzilə tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa, kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2010-cu il tarixli 03M000000875 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin X32 tərəfindən verilmiş 118 №-li reyestr kitabının 19 №-li vərəqində qeydiyyata alınmış və MA ******* №-li çıxarışa əsasən Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinin Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən M.İ.Rzayevaya İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi ƏMDK-nin yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin mənzildə qeydiyyatda olan A.S.Rzayeva və R.Cavabdeh notariat kontoruna ərizə təqdim edərək mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, mənzilə tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdehdan, M.M.Rzayevdən, N.M.Əskərovadan və M.İ.Rzayevadən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 03R000025567 saylı kredit razılaşması üzrə 323.353,78 ABŞdolları kredit borcu, 137.212,05 ABŞdolları faiz borcu, 325.846,09 ABŞ dolları cərimə olmaqla, cəmi 786.411,92 ABŞ dolları, 003R********** saylı kredit razılaşması üzrə 211.023,22 manat kredit borcu, 8596,38 manat faiz borcu və 47.716,43 manat cərimə olmaqla, cəmi 267.336,03 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 50 manat rüsumun və 100 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 37 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87m2 ümumi, 204.57m2 əsas, 88.30m2 köməkçi sahədən ibarət 4 saylı qeyri yaşayış sahəsinə; Cavabdeh məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi, 33 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə; Cavabdeh məxsus Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 72.7m2 ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilinə; M.İ.Rzayevaya məxsus Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 56.33 m2 ümumi, 43.18 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzilinə; N.M.Əskərovaya məxsus Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 70.5 m2 ümumi sahədən ibarət 29 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 786.411,92 ABŞ dolları və 267.336,03 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 50 manat rüsumun və 100 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, M.M.Rzayevdən, X4, X23 müştərək qaydada tutulması; Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 34 nömrəli binanın 4 saylı qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 6 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38m2 qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh Muğan oğlunun, X8 və Rzayev Rövşən Arzuman oğlunun həmin mənzildənçıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 64 nömrəli mənzilinə tutman yönəldikdən və o satıldıqdan 1 ay sonra M.İ.Rzayevanın, T.M.Rzayevin və Cavabdehanın həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra N.M.Əskərovanın, Ş.X.Əsgərovun, E.Ş.Əsgərlinin və Ş.Ş.Əskərlinin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Ş.B.Sadıqov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Birinci instansiya məhkəməsi iddia tələbinin zaminlərə münasibətdə təmin edilməməsini belə əsaslandırmışdır ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmiş, kredit razılaşmaları bağlanarkən zaminlərin razılığının alınmasına dair əlavə saziş bağlanmamışdır. Kredit razılaşmaları və kredit razılaşmalarına dəyişiklik və əlavələr edilməsi barədə sazişlər bağlanarkən zaminlər bütün ödəniş planları ilə tanış olmuş, «ödəniş planı ilə tanış oldum və razıyam» qeydini aparmış, verilən kreditin müddəti, məbləği, faiz dərəcəsi və valyutası barədə məlumatlı olmuşlar. Məhkəmə bunlara düzgün qiymət verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(060)-809/2020 saylı qətnaməsinin qismən iddianın zaminlər M.M.Rzayev, N.M.Əskərova və M.İ.Rzayevaya aid təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində nümayəndəsi iştirak etsə də, onun iştirakını göstərməmiş, verdiyi ifadə və etirazını qətnamədə nəzərə almamışdır. Aralarında bağlanmış kredit müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borc alanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmagı öhdəsinə götürür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və iddiaçının da etiraf etdiyi kimi o banka 421.646,22 ABŞ dolları məbləğində pul ödəmişdir. Yəni bu ondan irəli gəlir ki, o, bank qarşısındla öhdəliklərini icra etmişdir. Lakin sonradan maddi durumun ilə yaranmış situasiyada çətinliklərin olduğu üçün ödənişləri vaxtlı-vaxtında icra edə bilməmişdir. Hətta bank ona qarşı məhkəmədə iddia qaldırdığı zaman onun tərəfindən ödənişlər olmuşdur. İpoteka ilə yüklk edilmiş daşınmaz əmlak onların yeganə yaşayış yeri olduğu üçün onun hərracda satılmasını istəmir və mənzilə qoyulmuş məbləğlə də razı deyil. Bütün bu hallar olduğu halda məhkəmə öhdəliklərini həll edə bilmədiyi üçün ona vaxt verə bilərdi. Məhkəmənin 15.000 manat cərimə müəyyən etməsi də qanunsuz və əsassızdır. İkinci müqavilə üzrə 5000 manat cərimə müəyyən etməsi, dogru sayıla bilməz. Həmçinin ipoteka ilə yüklü edilmiş əmlakların dəyərləri bazar qiymətindən aşagı qiymətdə müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(060)-809/2020 saylı qətnaməsinin faiz və cərimə borcları, ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirilməsi, həmçinin mənzildən çıxarılması hissəsində ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Ş.B.Sadıqov öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, onun təmin olunmasını, Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və həmin hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili P.M.Məhərrəmov cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını, iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və həmin hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər M.M.Rzayev, N.M.Əskərova, A.S.Rzayeva, E.Cavabdeh və qeyriləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka, zamin müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Cavabdeh ilə «xxxx» QSC arasında bağlanılmış xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsinə əsasən kredit verən kredit alana 120 ay müddətinə 3.000.000 ABŞ dollar məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. İş materiallarında olan kredit xətti müqaviləsi üzrə Cavabdeh ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2014-cü il tarixli 03R000025567 saylı kredit razılaşmasına əsasən kredit verən kredit alana 60 ay müddətinə 1.1917% aylıq faiz dərəcəsi ilə, 750000 (yeddi yüz əlli min) ABŞ dolları məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ilə «xxxx» QSC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 03R000025567S saylı, xx.xx.2016-cı il tarixli 03R000025567SA saylı, xx.xx.2016-cı il tarixli 03R000025567SB saylı, xx.xx.2017-ci il tarixli 03R000025567SC saylı, xx.xx.2018-ci il tarixli 03R000025567SD saylı sazişlərdən görünür ki, xx.xx.2014-cü il tarixli 03R000025567 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan Kredit xətti müqaviləsi üzrə Cavabdeh ilə İddiaçı QSC arasında bağlanan xx.xx.2016-cı il tarixi 003R********** saylı kredit razılaşmasına əsasən kredit verən kredit alana 18 ay müddətinə 1.8333% aylıq faiz dərəcəsi ilə 300000 (üç yüz min) manat məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə «xxxx» QSC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 003R**********SA saylı, xx.xx.2017-ci ü tarixli 003R**********SB saylı, xx.xx.2018-ci il tarixli 003R**********SC saylı sazişlə xx.xx.2016-cı il tarixi 003R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 03R000025567 saylı kredit razılaşması üzrə banka 323.353,78 ABŞ dolları əsas, xx xxxxxx 2019-cu il tarixə faiz borcu 137212,05 ABŞ dolları, cərimə borcu 325846.09 ABŞ dolları, xx.xx.2016-cı il tarixi 003R********** saylı kredit razılaşması üzrə 211.023,22 manat əsas, xx xxxxxx 2019-cu il tarixə faiz borcu 8596.38 manat, cərimə borcu 47716.43 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 462, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 325.846,09 ABŞ dolları cərimə azaldılaraq 15.000 ABŞ dolları, 47.716.43 manat cərimə azaldılaraq 5.000 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə kollegiyası cavabdehin iş üzrə cərimə pulunun düzgün azaldılmaması barədə gətirdiyi dəlili qəbul edir və cavabdehin həmin məbləğin yenidən azaldılması barədə gətirdiyi dəlili qəbul etmir. İşdə olan Bankla N.M.Əskərova arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 03S000006756 saylı zaminlik müqaviləsindən görünür ki, zamin N.M.Əskərova xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq Cavabdeh öhdəliklərinin icra edilməsi üçün üzərinə birgə məsuliyyət götürmüşdür. İş materiallarında olan Bankla M.M.Rzayev arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli 03S000006450 saylı zaminlik müqaviləsindən görünür ki, zamin M.M.Rzayev xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq Cavabdeh öhdəliklərinin icra edilməsi üçün üzərinə birgə məsuliyyət götürmüşdür. İşə əlavə olan Bankla M.İ.Rzayeva arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03S000020472 saylı zaminlik müqaviləsindən görünür ki, zamin M.İ.Rzayeva xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq Cavabdeh öhdəliklərinin icra edilməsi üçün üzərinə birgə məsuliyyət götürmüşdür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri iləəlaqəli şəkildəşərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanmasıüçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Məhkəmə kollegiyası iddiaçının iş üzrə qətnamənin zaminlər hissəsində ləğv edilməsi barədə tələbini əsassız hesab edir və birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddianın rədd olunması barədə gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, işin hallarından göründüyü kimi, İddiaçı QSC ilə zaminlər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzun müddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı Zamin Bank qarşısında üzərinə tam məsuliyyət götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2010-cu il tarixli Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmiş, həmin kredit müqaviləsi çərçivəsində kredit razılaşmaları bağlanılarkən zaminlərin razılığının alınmasına dair saziş bağlanılmamışdır. Şərh olunan işin hallarına hüquq normalarının göstərişlərinə əsasən qiymət verərək məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdıralan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də N.M.Əskərova, M.M.Rzayev və M.İ.Rzayevaya qarşı zaminlik müqaviləsindən irəli gələrək yönəlimiş tələb əsassızdır və təmin edilə bilməz. Cavabdeh ilə «xxxx» QSC arasında bağlanılmış xx.xx.2012-ci il tarixli 03M00001481 saylı, xx xxxxxx 2010-cu il tarixli 03M000000767 saylı və xx.xx.2010-cu il tarixli 03M000000875 saylı İpoteka müqavilələrinə əsasən, xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq Cavabdeh məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsində 0.124 ha torpaq sahəsində yerləşən 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87 m2ümumi, 204.57 m2 əsas, 88.30 m2 köməkçi sahədən ibarət 4 saylı qeyri yaşayış sahəsi; ünvan 6 ünvanında 1-ci mərtəbədə yerləşən 114.38 m2 qeyri yaşayış sahəsi və Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 3-cü mərtəbəsində 72.7 m2 ümumi, 52.2 m2 yaşayış 20.5 m2 yardımçı sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi, 34 nömrəli binanın 1-ci mərtəbəsindəki qeyri yaşayış sahəsinədair ipoteka yüklülüyü “xxxx” QSC-nin xeyrinə Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 03 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində, xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair ipoteka yüklülüyü “xxxx” QSC-nin xeyrinə Azərbaycan Respublikası ƏMDK-i yanında DƏDRXi-ti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 01 nömrəli reyestr kitabının 103 nömrəli vərəqində, xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinə dair ipoteka yüklülüyü “xxxx” QSC-nin xeyrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DRXH-rın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 118 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində, xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. İşə əlavə olan M.İ.Rzayeva ilə «xxxx» QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 03M000001482 saylı İpoteka müqaviləsinə əsasən, xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq M.İ.Rzayevaya məxsus Sumqayıt şəhəri 4-ci mikrorayonda istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən 14/21 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində 3-cü mərtəbəsində yerləşən 56.33 m2ümumi 43.18 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, M.İ.Rzayevaya məxsus Sumqayıt şəhəri 4-ci mikrorayon, ev 14/21, 64 nömrəli mənzilə dair ipoteka yüklülüyü “xxxx” QSC-nin xeyrinə Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 72 nömrəli reyestr kitabının 123 nömrəli vərəqində, xx.xx.2014-cu il tarixdə qeydə alınmışdır. İşə əlavə olan N.M.Əskərova ilə «xxxx» QSC arasında bağlanılmışxx.xx.2010-cu il tarixli 03M000000788 saylı İpoteka müqaviləsinə əsasən, xx xxxxxx 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq N.M.Əskərovaya məxsus Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 2-ci mərtəbəsində 70.5 m2ümumi 47.3 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, N.M.Əskərovaya məxsus Sumqayıt şəhəri 9-cu mikrorayon, 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinə dair ipoteka yüklülüyü “xxxx” QSC-nin xeyrinə Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 70 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində, xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. İddia ərizəsinə əlavə ediliş sənədlərdən görünür ki, Bank tərəfindən cavabdehlər “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilməklə, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər Azərbaycan Respublikası ƏMDKi yanında DƏDRX-in 2 saylı X32 tərəfindən qeydə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. Cavabdeh apellyasiya şikayətində ipoteka ilə yüklü edilmiş əmlakların dəyərləri bazar qiymətindən aşagı qiymətdə müəyyən edilməsi düzgün qiymət edilməməsi barədə dəlili qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıfq ekspertiza keçirilmiş və həmin əmlakların likvid qiyməti müəyyən edilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 01/317 saylı hesabatından görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi, 33 ünvanda yerləşən qeyri yaşayış sahəsinin likvid dəyəri 119.000 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 01/316 saylı il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinin likvid dəyəri 55.500 manat təşkil edir. İşə əlavə edilmiş “xxxx” MMC MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 01/315 saylı il tarixli hesabatından görünür ki, N.M.Əskərovaya məxsus Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilin likvid dəyəri 46.500 manat təşkil edir. “xxxx” MMC MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 01/318 saylı il tarixli hesabatından görünür ki, M.İ.Rzayevaya məxsus Sumqayıt şəhəri 4-ci mikrorayon, 14/21 nömrəli binanın 64 nömrəli mənzilin likvid dəyəri 40.000 manat təşkil edir. “xxxx” MMC MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 01/319 saylı il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi, 34 ünvanda yerləşən 4 saylı qeyri yaşayış sahəsinin likvid dəyəri 289.000 manat təşkil edir. Belə ki, məhkəmə ipoteka predmeti olan əmlakın hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinə dair məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.ü Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 50 manat rüsum və 100 manat xidmət haqqı ödəmişdir. İddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə münasib olaraq ödənilmiş məhkəmə xərclərinin 65 manatı iddiaçıya aid edilməli, 115 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X19 və Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci i il tarixli 2(060)- 809/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar