Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-596/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, xx xxxx 2010-cu il təvəllüdlü Elyar Cəmil oğlunun saxlanması üçün Cəmil Hüseyn oğlundan Neftçala Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx xxxx 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay uşağa görə 120 (yüz iyirmi) manat sabit pul miqdarında aliment tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsini əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(106)-958/2019 saylı qətnaməsi icra olunan günədək tutulması, Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması ilə məhkəməyə müraciət edərək, qeyri-rəsmi nikahlarından anadan olmuş xx xxxx 2010-cu il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(053)-93/2011 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 20 (iyirmi) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş və onunla cavabdehin faktiki nikahından xx xxxx 2010-cu il təvəllüdlü övladı Elyar övladı vardır. Faktiki münasibətləri pozulduğu üçün, Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(053)-93/2011 saylı qətnaməsi ilə xx xxxx 2010cu il təvəllüdlü övladı X1 üçün Cavabdeh onun xeyrinə hər ay 20 (iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(106)-958/2019 saylı qətnaməsi ilə Bakı Şəhər Məktəbə qədər Təhsil Müəssisələri və X6 2 saylı Uşaq Evində təlim-tərbiyə alan xx xxxx 2010-cu il təvəllüdlü E.Quliyevin atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Lakin, uşaq faktiki olaraq atası ilə getməkdən imtina etmiş və buna görə də, onun yanında qalmışdır. Bunu xx xxxxxx 2019-cu il tarixdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin iştirakı ilə keçirilən icra tədbiri zamanı müəyyən edilmişdir. Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə yuxarıda qeyd edilənlər təstiq edilmişdir. 2019-cu ildən uşaq onun himayəsində olmaqla, onun vəsaiti hesabına yaşayır. Neftçala Rayon Məhkəməsinin qətnaməsi isə 2011-ci ildə qəbul edilmiş və həmin qətnamə qəbul edildiyi vaxtdan keçən müddət ərzində saxlanılması üçün aliment tutulan uşaq böyümüş və onun saxlanılması üçün lazım olan minimum xərclər xeyli artmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. O, iddiaçı ilə 2009-cu ildə qeyri-rəsmi nikahla yaşamış və onların xx xxxx 2010cu il təvəllüdlü Elyar adlı bir uşaqları anadan olmuşdur. O, atalığı etiraf etmişdir. Uşaq doğulan vaxtdan o bir valideyn kimi uşağa maddi yardım göstərmiş, onun saxlanılmasında iştirak etmişdir. Lakin iddiaçı hər vasitə ilə ona uşaqla ünsiyyət saxlamaga imkan verməmişdir. Uşaq 2 saylı İnternat məktəbinə qoymuşdur. O, tez-tez uşağa baş çəkmiş və oğlunu hər dəfə aglayaraq internat evindən çıxmasını, evə gəlməsini istəyir. İddiaçı Bakı şəhər Yasamal rayonu 2-ci Alatavada yaşayır. O, uşağın mənafeyini əsas tutaraq məhkəmədə uşaq tələbinə dair iddia qaldırmış və Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, uşağın onun himayəmə verilməsi qət edilmişdir. İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə yazaraq alimentin tutulmasından imtina etmişdir. Lakin məhkəmə uşağın qanun qüvvəsini almış məhkəmə uşağın qanun qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən onun himayəsinə verilməsini və buna baxmayaraq iddiaçının onun xəbəri və razılığı olmadan onun iddia tələbini təmin etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(012)-2907/2020 saylı qətnaməsini ləğv etməklə iddiaçı A.Ə.Rəhmanovanın ona qarşı alimentin artırılması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçı A.Ə.Rəhmanova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən uşağın saxlanılmasına maddi köməklik edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşə əlavə olan AZ-İİİ seriyalı 643294№-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2010-cu il təvəllüdlü övladı X4 atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan AZE-İ seriyalı, 164040 №-li Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin kserosurətindən müəyyən edilir ki, xx xxxx 2010-cu il təvəllüdlü övladı E.Cavabdeh atası Cavabdehdir. İşdə olan Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(053)-93/2011 saylı qətnaməsindən görünür ki, xx xxxx 2010-cu il təvəllüdlü E.Cavabdeh saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 20 (iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(106)-958/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh Neftçala Rayon Məhkəməsinə uşaq tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, lakin Neftçala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(053)-175/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmiş və o, Neftçala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(053)-175/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayəti təmin edilərək, Neftçala Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(053)-175/2018 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilərək, Bakı şəhər X2 və X6 2 saylı Uşaq Evində təlim-tərbiyə alan xx xxxx 2010-cu il təvəllüdlü X5 atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası Cavabdeh məhkəmə qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın himayəsinə verilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, tərəflərin izahatlarından müəyyən edilir ki, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(106)-958/2019 saylı qətnaməsi qanuni qüvvəsini alsa da icra edilməmiş qalmışdır. xx xxxx 2010-cu il təvəllüdlü E.Cavabdeh hal-hazırda anasının himayəsindədir. İşin məhkəmə baxışında dindirilərkən, xx xxxx 2010-cu il təvəllüdlü E.Cavabdeh anasının himayəsində qalıb yaşamaq istədiyini bildirdi. X3 "Uşaq hüquqları haqqında" xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlara görə 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanılması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2020-ci il üçün uşaqların saxlanılmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi vəAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair xx xxxx 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay uşağa görə 120 (yüz iyirmi) manat sabit pul miqdarında aliment tutulması barədə gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment məbləğinin artırılmasınin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(012)-2907/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-596/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-596/2021
08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver