Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-60/2021 01.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(012)-516/2018 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(012)-516/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sevinc Quliyeva) İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 36753,74 ABŞ dolları əsas borc, 13098,76 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 50152,5 ABŞ dolları məbləğində kredit borcunun (qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə) və iş üzrə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə olan cəmi 50152,5 ABŞ dolları kredit borcunun və iş üzrə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 290000 manat müəyyən edilməsi, İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh1 Mikayıl qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 cəmiyyətin xeyrinə əsas borc üzrə 37653,50 ABŞ dolları, faiz borcuna görə 13400 ABŞ dolları, cərimə borcuna görə 18440 ABŞ dolları, cəmi 69493,74 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun tutulması, tələbin cavabdehə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin əsas borc üzrə 37653,50 ABŞ dolları, faiz borcuna görə 13400 ABŞ dolları, cərimə borcuna görə 18440 ABŞ dolları, cəmi 69493,74 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə ödənilməsi, cavabdehin əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00005-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx xxxxxx 2016-cı il tarixli maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc üzrə 37653,50 ABŞ dolları, faiz borcuna görə 13400 ABŞ dolları, cərimə borcuna görə 18440 ABŞ dolları, cəmi 69 493,74 ABŞ dolları təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx xxxxxx 2015-ci il tarixli, 3M-37 reyestr nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanuna zidd və əsassız olduğu üçün ləğv edilməlidir. Qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmiş, işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli və obyektiv araşdırılmamışdır. Belə ki, İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00005-01 saylı istehlak krediti müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 24 faiz dərəcəsi olmaqla 40000 ABŞ dolları məbləğində kredit verilmiş, verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. O, ilk əvvəllər krediti və faizləri vaxtında ödəmişdir. Lakin sonradan iqtisadi böhranla əlaqədar olaraq ödəmələrdə gecikmələri olmuşdur. Bununla əlaqədar dəfələrlə banka müraciət edərək faizlərin və cərimənin hesablanmasının dayandırılmasını xahiş etmiş, lakin bank bunları nəzərə almamışdır. Bundan başqa, mülkiyyətində olan evin satılması qanunsuzdur. Belə ki, onun yaşadığı evin satılması və yaşayış evindən çıxarılmağı ədalətsizlikdir. O, əsas borcunu hissə-hissə ödəməyə razıdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması xahiş edilmişdir. İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktki olaraq iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 2015/00005-01 saylı, xx xxxxxx 2015-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla, 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 2015/00005-01İP saylı, xx xxxxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 2015/00005-01 saylı, xx xxxxxx 2015-ci il tarixli istehlak krediti müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində olan 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 60000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisindəki fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx xxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi xx xxxxxx 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin xx xxxxxx 2016-cı il tarixli borc haqqında arayışından görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 2015/00005-01 saylı istehlak krediti müqaviləsi üzrə Cavabdeh1 17 noyabr 2016-cı il tarixə əsas kredit borcu 37653,74 ABŞ dolları, faiz borcu 13400,00 ABŞ dolları, dəbbə borcu 18440,00 ABŞ dolları, cəmi borcu 69493,74 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin xx xxxxxx 2016-cı il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx xxxxxx 2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 8895 saylı, xx xxxx 2017-ci il tarixli rəyindən görünür ki, bank tərəfindən tərtib olunmuş cədvəl məlumatları, xx xxxxxx 2015-ci il tarixli, 2015/00005-01 saylı istehlak krediti müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxxxx 2016-cı il tarixə Cavabdeh1 İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə olan borcu 60579,93 ABŞ dolları, o cümlədən əsas borc üzrə 37653,74 ABŞ dolları, faiz borcu üzrə 13098,76 ABŞ dolları, cərimə borcu üzrə 9827,43 ABŞ dolları müəyyən olunur. İş materiallarında olan “Qiymətləndirmə xidməti mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin QXM-64M saylı, 17 may 2018-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 290.000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin bazar dəyəri 370000 manat, likvid dəyəri 314000 manat təşkil edir. İş materiallarına əlavə olunmuş “Fame Pro” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evininxx xxxxxxxx 2020-ci il tarixə bazar dəyəri 175000 manat, likvid dəyəri 158000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin xx xxxxxx 2020-ci il tarixə bazar dəyəri 221000 manat, likvid dəyəri 200000 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 2015/00005-01 saylı, xx xxxxxx 2015-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik faiz dərəcəsi 24 faiz olmaqla, 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, Cavabdeh1 36753,74 ABŞ dolları əsas borc, 13098,76 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə olan kredit borcunun və iş üzrə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi, İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirib həmin məbləği azaldaraq 300 ABŞ dolları müəyyən etmiş və bu zaman Azərbaycan Respublikası MMnin 467-ci maddəsinin tələblərinə uyğun olaraq kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almışdır. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin xx xxxxxx 2020-ci il tarixə bazar dəyəri 221000 manat, likvid dəyəri 200000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4852/2018 saylı qətnaməsi ilə ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 221000 manat müəyyən edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4852/2018 saylı qətnaməsi həmin hissədə dəyişdirilmədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 221000 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə qətnaməyə dəyişiklik edilməli, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 221000 manat müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir. İş materiallarından görünür ki, iddiaçı qətnamə ilə razılaşaraq, apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri “S-X3 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 800 manat müəyyən olunması ağlabatan deyildir, bu görə də məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 500 manat müəyyən olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 500 manat Cavabdeh1 tutularaq “S-X3 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülməli, İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti tərəfindən “Dominant konsaltinq” məhdud məsuliyyətli cəmiyyətinin hesabına ödənilmiş 500 manat özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(012)-516/2018 saylı qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 221000 (iki yüz iyirmi bir min) manat məbləğində müəyyən edilsin. Qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh1 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasaının dəyəri olan 500 (beş yüz) manat Cavabdeh1 tutularaq “S-X3 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülsün, İddiaçı1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti tərəfindən “Dominant konsaltinq” məhdud məsuliyyətli cəmiyyətinin hesabına ödənilmiş 500 (beş yüz) manat özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-60/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-60/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver