Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-601/2024 23.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Samı̇ q qızının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: prosessual normaların pozulması, müddətin bərpası) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Samı̇ q qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(012)-4415/2023 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1806/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
3. Cavabdeh yuxarıda göstərilən qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qərardadı ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(012)-4415/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.
5. Cavabdeh həmin qətnamədən təkrarən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qərardadı ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(012)-4415/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.
7. Cavabdeh Qasımov X2 Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və Abşeron Rayon Məhkəməsinin 2(012)-4415/2023 saylı mülki iş üzrə 22 noyabr 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4415/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməmiş və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, onun səhhətində yaranmış problemlərlə bağlı olaraq qətnamədən şikayət müddətini ötürmüşdür və müvafiq qaydada müddətin bərpası ilə bağlı ərizə apellyasiya şikayətinə əlavə edilmişdir. O, qətnamənin surətini rəsmi qaydada xx.xx.2023-cü il tarixdə almış, xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin Abşeron Rayon Məhkəməsinin müvafiq qərardadına əsasən onun apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. O, Qarabağ müharibəsi iştirakçısıdır və səhhətində ciddi problemlər olur. Məhz səhhətində yaranmış problemlərlə bağlı olaraq qətnamədən təkrarən verilmiş şikayət müddətini ötürmüşdür. Göstərilənlərə əsasən qərardad ləğv olunmalıdır.
b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
13. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(012)- 4415/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(012)-4415/2023 nömrəli və bununla bağlı 29 yanvar 2024-cü il tarixli, 2(012)- 4415/2023 nömrəli qərardadları ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməlidir.
15. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(012)-4415/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(012)-4415/2023 saylı qətnaməsinin mətni əsas sənədə xx.xx.2023-cü il tarixdə yüklənmiş, həmin qətnamədən verilən apelyasiya şikayətinin müddətinin axımı da məhz həmin andan başlayaraq 1 (bir) ay müddətində verilməli olduğu halda, cavabdeh qətnamədən apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə verməklə şikayətin verilməsi üçün müəyyən olunmuş prosessual müddəti ötürmüş, həmin müddətin bərpa edilməsini üzrlü hesab edən hallara dair vəsatəti isə məhkəməyə təqdim etməmişdir.
17. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə vəsatət ilə məhkəməyə müraciət etmişdir.
18. Vəsatəti onunla əsaslandırmışdır ki, qətnamənin surətini rəsmi qaydada xx.xx.2023-cü il tarixdə aldmış, apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə vermiş, müvafiq məhkəmə qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, səhhətində yaranmış problemlərlə bağlı olaraq qətnamədən təkrarən verilmiş şikayətin müddətini ötürmüşdür. Bu göstərilənləri nəzərə alaraq prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normalarının tətbiqində pozuntuya yol verilmiş, məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.
20. Belə ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin 6-cı bəndində buraxılmış müddətin bərpasına dair ərizə mövcud olduğu halda, birinci instansiya məhkəməsi həmin müddətin bərpa edilməsini üzrlü hesab edən hallara dair vəsatətin məhkəməyə təqdim edilməməsi qənaətinə gəlmişdir.
21. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
22. Avropa Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə əssən məhkəmələr tərəfindən prosessual müddətin bərpası barədə məsələlərə baxılarkən nəzərə alınmalı vacib amillərdən biri də ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir.
23. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh sözügedən məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququndan istifadə edərək qanunla müəyyən edilmiş müddət daxilində apellyasiya şikayəti verməyə cəhd etmiş, lakin apellyasiya şikayətinin forma və məzmunu ilə bağlı tələblərə əməl edilmədiyi üçün apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh təkrarən, xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verərkən prosessual müddəti ötürmüş və vəsatətlə məhkəməyə müraciət etmişdir.
24. Göründüyü kimi araşdırılan mübahisə üzrə cavabdeh tərəfindən müddət ötürülmüş və bunun səbəbi şəxsin səhhətində yaranmış problemlər olmuşdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.
26. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını tətbiqin pozuntuya yol vermişdir. Odur ki, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(012)-4415/2023 nömrəli və bununla bağlı 29 yanvar 2024-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qərardadları ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılması üzürlü hesab edilərək bərpa edilməlidir.
27. Kollegiya eləcə də qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.
28. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq
q ə r a r a a l d ı:
Cavabdeh tərəfindən verilmiş verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(012)-4415/2023 nömrəli və bununla bağlı 29 yanvar 2024-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qərardadları ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.