Məhkəmə qərarları › İş №2(105)-609/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-609/2022

11.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-609/2022 11.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-6802/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-6802/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 14000 manat məbləğində pulun və ödənilmiş 23 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsindən müştərək qaydada “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 16700 manat və avtomobilin qiymətinin qalxması üçün 2000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında 14.000 manata almışdır. Avtomobili öz vəsaiti hesabına təmir etdirərək 16.000 manata X1. Məhkəmədə dindirilərkən və Saatlı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(055)-1269/2019 saylı qətnaməsində də göstərildiyi kimi Cavabdeh notarial qaydada bağlanmış alqı-satqı müqaviləsini saxtalaşdırdığını və ondan pul alaraq “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili satdığını etiraf etmişdir. Cavabdeh pulu ona qaytarmaq istədiyini bildirsə də, maddi vəziyyəti yaxşı olmadığı üçün pulu ödəyə bilmədiyini qeyd etmişdir. Həmçinin Abşeron Rayon Məhkəməsinin hökmü ilə təsdiq olunur ki, Cavabdeh sənədlərin saxtalaşdırılması yolu ilə “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili ona satmışdır. Cavabdeh hazırda ona vurduğu zərərin məbləği 16700 manatdır. Həmin pul Saatlı Rayon Məhkəməsinin qətnaməsində də öz təsdiqini tapmışdır. Cavabdeh pulu tələb etdikdə isə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Buna görə də Saatlı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(055)-1269/2019 saylı qətnaməsi ilə Cavabdeh qanunsuz hərəkəti nəticəsində ondan tutulan 16700 manat məbləğində pul və qiymətlərin qalxması nəticəsində dəyən ziyanın bərpa edilməsi üçün 2000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından aydın olur ki, İddiaçı onu tanımamış, onunla avtomobilin alqı-satqısı barədə heç bir danışıq aparmamışdır. Belə ki, həmin avtomobilin alqı-satqısı ilə bağlı sövdələşmə X12 ilə onun arasında aparılmış və o, avtomobili 8000 manata X3, pulu da ondan almış, lakin sonuncunun istəyi ilə İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı məhkəmə iclasında sualları cavablandırarkən verdiyi izahatdan aydın olur ki, Ramiz Mirzəyevlə onun arasında mütəmadi olaraq avtomobil alqı-satqısı ilə bağlı sövdələşmə olmuş, Ramiz avtomobil tapmış, pulunu Bakir vermiş, pulun qaytarılmasının təminatı olaraq Bakir alınan avtomobilin onun adına keçirilməsini tələb etmiş, daha sonra Ramiz aldığı avtomobili sataraq əldə olunmuş gəlirdən ona 200-300 manat pul vermişdir. Məhkəmə iclasında İddiaçı etiraf etmişdir ki, hazırki mübahisənin predmeti olan avtomobilə görə Ramiz Mirzəyevə verdiyi pulun üstünə əlavə 200-300 manat qoymaqla bütöv pulu Ramiz ona qaytarmışdır. Belə olan halda, iddiaçı subyektiv hüquqa malik deyildir. İddiaçı avtomobil alması üçün pulu ona deyil, Ramiz Mirzəyevə vermiş, sonuncu isə həmin pul vəsaitini faizi ilə birlikdə ona qaytarmışdır. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarını pozmaqla yanaşı, həm də tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilsə də, məhkəmə iddia müddətini tətbiq etməmiş və öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçı öz hüququnun pozulmasını 13 noyabr 2018-ci il tarixdə Sabunçu Rayon Məhkəməsi tərəfindən qətnamə çıxarıldıqda bilmişdir. Hətta Sabunçu Rayon Məhkəməsinin qətnaməsi çıxarıldığı vaxtdan hesablandıqda belə 3 illik iddia müddəti ötürülmüşdür. Əslində isə müqavilə 2018-ci il tarixdə bağlandığından nəinki 3 illik iddia müddəti, ümumi iddia müddəti də keçmişdir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, İddiaçı məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 812726 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 525l minik” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X13r. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 2(055)-1269/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdehlər İddiaçı və X9 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X7 16700 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq X5 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.06.2020-ci il tarixli, 2(106)-928/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı və X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 2(055)-1269/2019 saylı, 05.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5347/2020 saylı, 19.10.2020-ci il tarixli qərarından görünür ki, cavabdehlər İddiaçı və X12 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixi, 2(106)-928/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin 22.10.2021-ci il tarixli, 016-124043-1221 saylı məktubundan görünür ki, “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyata alınmamış və etibarnamə ilə istifadəsinə verilməmişdir. İş materiallarında olan 13 noyabr 2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 adından etibarnamə ilə çıxış edən Cavabdeh “BMW 525l minik” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili 16700 manata İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 49.3 və 66.2-ci maddələrinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzalar qismən toplanılaraq Cavabdeh qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh həbsdə saxlanıldığı 10 ay 15 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09.10.2020-ci il tarixli, 1(105)-230/2020 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmü maddi sübuta aid hissədə dəyişdirilmiş, hökmdə “Mitsubhishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X14 qaytarılsın” ifadəsi “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil X15 qaytarılsın” ifadəsi ilə əvəz edilmiş, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmış, maraqlarına toxunan şəxs X11 apellyasiya şikayəti təmin edilmiş, mülki iddiaçı X4 apellyasiya şikayəti təmin edilməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı avtomobilə görə Cavabdeh 16700 manat və maşının qiymətinin qalxması üçün 2000 manat məbləğində pul tələb edir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. İş üzrə araşdırılmış sübutlardan görünür ki, 13 noyabr 2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X10 adından etibarnamə ilə çıxış edən Cavabdeh “BMW 525l minik” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili 16700 manata İddiaçı satmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2(008)- 7832/2018 saylı qətnaməsi ilə X10 mülkiyyətində olmuş “BMW” markalı, ** KN *** (**-ZS- ***) dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair Cavabdeh ilə İddiaçı və müvafiq olaraq İddiaçı ilə X8 arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, X10 pozulmuş mülkiyyət hüquqları bərpa edilərək qeyd olunan avtomobil onun mülkiyyətinə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış avtomobilin alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, avtomobilin özgəninkiləşdirilməsi nəticəsində iddiaçıdan almış olduğu pula görə cavabdeh məsuliyyət daşıdığından, iddiaçı həmin pulu cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində İddiaçı tanımadığını, onunla avtomobilin alqısatqısı barədə heç bir danışıq aparmadığını, avtomobilin alqı-satqısı ilə bağlı sövdələşmənin X12 ilə onun arasında aparıldığını və avtomobili 8000 manata X2 pulu da ondan aldığını, lakin sonuncunun istəyi ilə İddiaçı adına rəsmiləşdirildiyini göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərini əsassız hesab edir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmündən görünür ki, Cavabdeh təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, “BMW 525l minik” markalı avtomobili satmaq istədiyini Ramiz Mirzəyevə demiş, Ramiz avtomobilə baxaraq bəyəndiyini demiş, aralarında olan razılaşmaya əsasən avtomobili 15000 manata Ramiz adlı şəxsə satmalı olmuşdur. Ramiz Bakir adlı tanışına zəng etmiş və bir qədər sonra həmin şəxs 15000 manat pul gətirmiş, Ramiz pulu ona vermiş, “BMW” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili ondan almışdır. Alqısatqı onun saxta yolla hazırladığı etibarnamə əsasında aparılmışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə versə də, məhkəmənin iddia müddətini tətbiq etmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiası qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. İşdən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(008)-7832/2018 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, Cavabdeh həmin alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş etibarnaməni saxtalaşdırması isə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmü ilə təsdiq edilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)- 6802/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar