Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-61/2020 29.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X18 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, X3 və İddiaçı3 cavabdehlər Cavabdeh3-yə, X6, Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, X3 və İddiaçı3 cavabdeh “xxxxxxxxxx” MMC -yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, “xxxxxxxxxx” MMC ilə X11 arasında bağlanan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1.5-ci blok, 10-cu mərtəbə 319 saylı, 3 otaqdan ibarət mənzilə dair xx xxx 2017-ci il tarixli, 156 saylı mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, “xxxxxxxxx” MMC-dən 20 (iyirmi) manat məbləğində pulun tutulub İddiaçı1 verilməsi qət edilmişdir. (hakim C.İ.Səfiyeva) Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 apelyasiya şikayəti verərək Abşeron rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı qətnaməsinin ləgv edilib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1, X12 və İddiaçı3cavabdehlər Cavabdeh3” MMC-yə, X6, Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 razılığı olmadan xx xxx 2017-ci il tarixdə “xxxxxxxxxx” MMC ilə X4 adına rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X3 adına xx xxxxxx 2016-cı il tarixli müqaviləni bərpa edilməsini, iddiaçılara vurulmuş 78449 manat məbləğində maddi zərərin ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh3-nin nümayəndəsi və vəkili X14 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçıların cavabdeh qismində cəlb etdikləri “xxxxxxxxx" MMC indiki “Cavabdeh3" MMC kimi fəaliyyət göstərir və bununla bağlı məhkəməyə şirkət tərəfindən rəsmi sənəd təqdim edilib. İddiaçıların tələb etdiyi mübahisəli mənzilə gəldikdə, Bakı şəhəri İcra Hakimiyyəti Ayturan Əliyevin atası mərhum Əlmurad Əliyevin adına 0.08 ha (8 sot) torpaq sahəsi ayrılır. 2003-cü ildə Əlmurad Əliyev bu torpaq sahəsinin satışı ücün İddiaçı3 həvalə edir. İddiaçı3 0.08 (8 sot) torpaq sahəsinin 0.06 ha (6 sot) hissəsini Dağlar MTK-ya, digər qalan 0.02 ha (2 sot) hissəsini isə Nər-gün MTK- ya satır. Hal-hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı3 oglu Ayturan Əliyevin atası Əlmurad Əliyevə məxsus torpaq sahəsi üçün hər iki tikinti şirkətinin verdiyi ümumilkdə 400000(dörd yüz min) manat məbləğində olan pulları, həm nəgd pul şəklində, həm də əmlak əldə etməklə mənimsəyir. Əlmurad Əliyevə isə şirkət rəhbərləri tərəfindən pulların ödənilməməsini bildirir. İddiaçı3 bu curə hərəkətlərindən xəbər tutan Ayturan Əliyevin atası Əlmurad Əliyev “xxxxxxxxx" MMC-nin direktoru Cavabdeh1 oglu ilə görüşür və Əlmurad Əliyevə İddiaçı3 ona catacaq pulları mənimsədiyinə görə şikayət edəcəyini bildirir. İddiaçı3 oglu sahibkarları şantaj etməklə və hədə-qorxu gələrək, şirkət rəhbərlərindən küllü miqdarda pulları mənimsəməyə nail olur. Hazırkı iddia tələbi üzrə şirkət rəhbərlərinin Ayturan Əliyevə satılan mənzillə bağlı 20.000 (iyirmi min) manat pulun ödənilməməsini hansı sənədə əsaslanır. Cavabdeh olaraq, şirkət rəhbərliyi, nə də şirkət Ayturan Əliyevə məxsus mənzilə aid hec bir saxta yolla mənzilini satmayıb. Belə ki, Ayturan Əliyevin razılığı və iştirakı ilə ona məxsus Xırdalan şəhəri, 319 saylı, dəyəri 78.449 manat olan 3 otaqlı mənzil X4 adına rəsmiləşdirilib.Məhkəmə verdiyi qərarda guya mübahisə predimeti olduğu şirkətin varisi olması barədə hər hansi bir sənəd təqdim etmədiyinə görə Ayturan Əliyevə məxsus mənzilə dair müqavilənin, hüquqi olmayan şəxs bağladığı üçün ləgv edilməsi üçün əsas gətirib. Şirkət tərəfindən məhkəməyə şirkətin varisi olması və bu şirkətə aid hər hansı əməliyyatların aparılmasını sübut edən bütün lazımı sənədlər təqdim edilib. Şahid kimi, hər yerdə adı çəkilən Ayturan Əliyevin qardaşı Hürü Əliyevin iştirak etməsi ilə bağlı vəsatət versə də təmin edilməmişdir və məhkəmə tərəfindən vəsatətinin təmin edilib-edilməməsi ilə bağlı məlumat verilməmişdir. Şirkət tərəfindən Ayturan Əliyevin adına bağlanan müqavilələr Ayturan Əliyevin iştirakı, razılığı və ərizəsi ilə olmuşdur. Məhkəmə iddiaçı olan İddiaçı3 bu iddia ilə bağlı hansı səlahiyyət daşımasını, iddia tələbində iddiaçı kimi hansı sübutlara əsaslanmağına hüquqi qiymət verməyib. Sadəcə məhkəmə müəyyən etdiyi qətnaməni sadəcə Ayturan Əliyevin, İddiaçı3 prosesdə dediyi ehtimallara əsaslanıb qərar verib. Cavabdehlər Cavabdeh1 oglu və Cavabdeh2 oglu, guya Ayturan Əliyevin psixi xəstə olmasından istifadə edib, onu aldadıb müqaviləyə imza atmağa məcbur etmək tələbini isə “müqavilənin ləğvi" üçün əsas kimi qəbul etmir. Ayturan Əliyev ona məxsus olan mənzillə bağlı aparılan bütun əməliyyatlarda tək olmadığını, onun icazəsi və rəsmi razılığı olmasını təsdiq edən, şirkət rəhbərliyi tərəfindən sənəd təqdim edilib. Bir neçə prosesdə ziddiyyət xarakterli izahatlarına məhkəmə hüquqi qiymət verməyib. X17 İddiaçı3 oglu tərəfindən idarə olunaraq, izahatlarına müdaxilə etməsinə hansı səbəbdən hüquqi qiymət verməməsi cox maraqlıdır. Cavabdehlər tərəfindən iddiaçılara guya 78.449 (yetmiz səkkiz min dört yüz qırx doqquz) min manat ziyan dəyməsi ilə bağlı tələbləri isə hec bir mötəbər sübuta əsaslanmayıb. Ümumiyyətlə iddiaçıların tələbi hec bir sübüt və fakta əsaslanmasa da məhkəmə bunlara hüquqi qiymət verməyərək, iddia tələbini qismən təmin etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Abşeron rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı qətnaməsinin ləgv edilib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı1 nümayəndəsi və vəkili X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərmişdir ki, İddiaçı1, Ayturan Əliyev və İddiaçı3 arasında olan mənzilin alqı-satqısına dair razılaşma cavabdehlər Fəxrəddin və Cavabdeh2ların qanunsuz hərəkətləri nəticəsində pozulmuş, nəticədə iddiaçılara maddi və mənəvi zərər dəymişdir. Belə ki, İddiaçı3 razılaşmaya əsasən borcu əvəzində Cavabdeh2 aldığı Xırdalan şəhərində yerləşən 319 saylı, dəyəri 78,449 manat olan 3 otaqlı mənzili iddiaçılar Ayturan Əliyev və İddiaçı1 satmışdır. İddiaçı3 pulun bir hissəsini 20000 (iyirmi min manat) alsa da, qalan hissəsi ödənilməmişdir. Lakin, cavabdehler qanunsuz olaraq həmin mənzili iddiaçıların razılığı olmadan üçüncü şəxsə satmışlar. Belə ki, “xxxxxxxx” MMC-nin təsisçisi Hüseynov X9 şəhərində inşa etdiyi binada yerləşən 319 saylı, dəyəri 78.449 manat olan 3 otaqlı mənzili xx xxxxxx 2016-cı il tarixdə rəsmi müqavilə ilə X24in adına rəsmiləşdirmişdir. 2017-ci ildə qardaşı Cavabdeh1 “xxxxxxxx” MMC-ni Cavabdeh2 alaraq “xxxxxxx” MMC-yə çevirdikdən sonra həmin mənzili iddiaçıların xəbəri və razılığı olmadan xx xxx 2017-ci il tarixli müqavilə ilə X1. Şikayət edəcəklərini bildirdikdə isə dələduzluq cinayəti törətmiş Ələkbər və Cavabdeh1 qardaşları şikayət etməməyi şərti ilə qısa müddətdə mənzili, ya da pulunu qaytaracaqlarına söz verərək İddiaçı1 və Ayturan Əliyevi aldatmışlar. Onların polisə şikayət etdiyini bildikdə isə, təlaş içərisində törətdikləri dələduzluq cinayətini ört-basdır etmək üçün müxtəlif hiylələrlə əməllərinə qanuni don geydirməyə çalışmışlar. Belə ki, Cavabdeh2 uzun illərdir ki, ruhi xəstəlikdən əziyyət çəkən X24i xx xxxxxx 2017-ci il tarixdə aldatma yolu ilə Xırdalandakı ofisinə aparmış və ona mənzilin atası mərhum Almurad Əliyevlə qardaşı Hürü Əliyev tərəfindən satıldığını bildirmişlər. Buna görə də onun təcili polisə gedərək mənzilin onun razılığı ilə satıldığı barədə ərizə verməli olduğunu bildirmişdir. Əks təqdirdə atasının adının pisə çıxacağını, qardaşı Hürü Əliyevin isə həbs olunacağını bildirərək psixi durumu yerində olmayan X24i şantaj və təhdidlərlə əvvəlcədən hazırladıqları ərizəyə qol çəkdirmiş, sonra isə onu müstəntiqin yanına apararaq özlərini qane edən ərizəni müstəntiqə təqdim etmişlər. X24 bu barədə bildirdikdə İddiaçı1 dərhal onun xəstəliyini təsdiq edən bütün sənədləri götürərək birlikdə müstəntiqin yanına getmiş, Ələkbər və Cavabdeh1 qardaşlarının törətdikləri dələduzluq cinayəti barədə ətraflı izahat vermişlər və dələduz qardaşların nə üçün X24in atası Almurad Əliyevin və qardaşı Hürü Əliyevin adlarını bəhanə olaraq hallandırdıqlarını, eləcə də onların bu işlə bağlı heç bir əlaqələrinin olmadığını və bütün bu oyunlar dələduz qardaşların düşünülmüş şəkildə mənimsədikləri əmlaklarını geri qaytarmamaq üçün qurduqları hiylə olduğu barədə müstəntiqə təfərrüatı ilə məlumat vermişlər. İddiaçı1 iştirakı ilə izahat verən Ayturan Əliyev onu necə aldadaraq əvvəlcədən hazırladıqları ərizəyə qol çəkdirdiklərini, sonra isə nə mənzili, nə də pulunu vermədiklərini bildirərək, onlara aid mənzilin özlərinə qaytarılmasını tələb etmişdir. Bu hiylələri baş tutmadıqdan sonra Fəxrəddin və Cavabdeh2 qardaşları olara aid mənzilin sənədlərini saxtalaşdırmışdır. Belə ki, aldatma yolu ilə xx xxxxxx 2017-ci il tarixdə Ayturan Əliyevə imzalatdıqları razılıq ərizəsini, 8 ay əvvəl tərtib etdikləri xx xxx 2017-ci il tarixli alqisatqı müqaviləsinə əlavə edərək açıq aşkar sənədlərin saxtalaşdırılması cinayətini törətmişlər. Əlavə olaraq xx xxxxxxx 2016-ci il tarixdə onların xəbəri və razılığı olmadan Ayturan Əliyevin adına saxta bir müqavilə tərtib etmişlər. xx xxx 2017-ci il tarixdə isə yenə də onların xəbəri və razılığı olmadan həmin müqaviləni ləğv etmişlər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən mülkiyyət hüququ istifadə, sahiblik və sərəncam olmaqla bu anlayışları özündə ehtiva edir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. Belə ki, onların istifadəsində və sahibliyində olan əmlaka dair qanunsuz olaraq sərəncam verilmişdir. Nəticədə onların mülkiyyət toxunulmazlıq hüququ pozulmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən iddiaçı X12 apelyasiya şikayətinə etiraz edərək vəkilin izahatı ilə razı olduğunu,apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı3, cavabdehlər X11, Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs "xxxxxxxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh3” MMC-nə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan Abşeron rayon Pİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərarından müəyyən edilir ki, izahatları alınmış Cavabdeh2 və Cavabdeh1 izahatlarında X5 məxsus mənzili Mehman İsmayılova satmaq istədiyini demiş, bundan sonra Ayturan Əliyev mənzili satmaq barədə ərizə vermiş, “xxxxxxxxxx”MMC-nin adından mənzilə dair Mehman İsmayılovla müqavilə bağlanmışdır. İşin materiallarında olan “xxxxxxx”MMC ilə X12 arasında bağlanan xx xxxxxx 2016cı il tarixli mənzil-tikintisi haqqında müqavilədən müəyyən edilir ki, həmin müqaviləyə əsaəsn Abşeron rayonu, Xırdalan şəhəri,M.Hüseynzadə küçəsi 1. 5-ci blok,10-cu mərtəbə 319 saylı,3 otaqdan ibarət mənzili icraçı payçıya verir.İcraçı tərəfindən müqaviləni MMCnin direktoru X16 imzalamışdır. İşin materiallarında olan “xxxxxxxxxx”MMC ilə X12 arasında bağlanan xx xxxxxxx 2016-cı il tarixli, 124 saylı mənzil-tikintisi haqqında müqavilədən müəyyən edilir ki, həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri,M.Hüseynzadə küçəsi 1. 5-ci blok,10-cu mərtəbə 319 saylı,3 otaqdan ibarət mənzili icraçı payçıya verir. İcraçı tərəfindən müqaviləni MMC-nin direktoru Cavabdeh1 imzalamışdır. İş materiallarında olan “xxxxxxxxxx”MMC ilə X11 arasında bağlanan xx xxx 2017-ci il tarixli, 156 saylı,mənzil tikintisi haqqında müqavilədən müəyyən edilir ki, həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri,M.Hüseynzadə küçəsi 1. 5-ci blok,10-cu mərtəbə 319 saylı,3 otaqdan ibarət mənzili icraçı payçıya verir.İcraçı tərəfindən müqaviləni MMC-nin direktoru Cavabdeh1 imzalamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxxxxx”MMC ilə, “xxxxxxxxxx”MMC ayrı-ayrı hüquqi şəxslərdir. Həmin hüquqi şəxslərin birinin digərinin hüquq varisi olması barədə məhkəməyə hər hansı rəsmi sənəd təqdim edilməmişdir. “xxxxxxxxxx”MMC ilə X11 arasında bağlanan xx xxx 2017-ci il tarixli, 156 saylı, mənzil tikintisi haqqında müqavilə icraçı tərəfindən buna subyektiv hüququ olmayan şəxs tərəfindən bağlanmışdır. Digər tərəfdən, “xxxxxxx”MMC ilə X12 arasında bağlanan xx xxxxxx 2016-cı il tarixli mənzil-tikintisi haqqında müqavilə ləğv olunmamışdır, həmin müqavilə hal-hazırda qüvvədədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edirək qeyd edir ki, məhkəmə gəldiyi nəticdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdırmış, cavabdeh tərəfindən təqdim edilən X7 xx xxx 2017-ci il tarixli, qardaşı Hürrü Əliyevin iştirakı ilə yazmış olduğu mübahisəli mənzilin satılmasına etiraz etməməsi barədə ərizəsinin özünün sərbəst iradə ifadəsi ilə yazılmaması, əslində Ayturan Əliyev özünə məxsus mənzili satmaq fikrində olmaması, mübahisəli mənzilin alqı-satqısı barədə danışıqlar Ayturan Əliyevlə yox, onun qardaşı və atası ilə aparılması, mənzilin Ayturan Əliyevin qardaşı Hürü Əliyevin borcunun müqabilində cavabdehə təklif edilməsi, əlavə ödənilməli olan pulun güya Ayturan Əliyevin qardaşı Hürü Əliyevə ödənilməsi göstərilsə də, buna dair sübutların təqdim edilməməsi əsası ilə iddia tələbinin qismən təmin edilərək xx xxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə kollegiyası birinciinstansiyaməhkəməsininxx xxx 2017-ci il tarixli, mübahisəli mənzilin satılmasına etiraz etməməsi barədə ərizəsinin özünün sərbəst iradə ifadəsi ilə yazılmaması barədə gəldiyi nəticəni əsaslı sayır. İş materiallarında olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)1476/2019 saylıı məktubundan görünür ki, ərizəçi İddiaçı1 maraqlı şəxslər Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası və X10 qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)1476/2019 saylı qətnaməsi ilə ərizəçinin tələbi təmin edilmişdir. Qətnamə xx xxxxxx 2019-cu il tarixdə qanuni qüvvəsini almış və xx xxxxxx 2019-cu il tarixdə icra olunması üçün Nəsimi rayon İcra Hakimiyyətinə göndərilmişdir. İş materiallarından müəyyən edilir ki,İddiaçı1 X3 qəyyumu təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)1476/2019 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, X8 şizofreniya paranoid forma, natamam remissiya diaqnozu qoyulmuşdur. O, öz psixi vəziyyətinə görə halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1974-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş X12hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Göründüyü kimi, X8 şizofreniya paranoid forma, natamam remissiya diaqnozu qoyulmuş, o, öz psixi vəziyyətinə görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bu səbədəb də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq X3 xx xxx 2017-ci il tarixli, mübahisəli mənzilin satılmasına etiraz etməməsi barədə ərizəsini özünün sərbəst iradə ifadəsi ilə yazılmaması barədə gəldiyi nəticəni əsaslı sayır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddia tələbinin iddiaçılara vurulmuş 78449 manat maddi zərər hissəsində iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçılar onlara 78449 manat ziyan dəyməsini bildirsələr də, qeyd edilən məbləğin necə yaranmasına, hansı formada onlara ziyan dəyməsinə görə yaranmasına dair sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi qeyd edlən hissədə bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh3-nə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3157/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh3-nə münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh3 apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-61/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-61/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver