Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-61/2025 08.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(012)-782/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 7643,92 manat məbləğində zərərin və 96,44 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 7740,36 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 14/0424 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 878,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 5702,40 manat olmaqla, cəmi 7645,80 manat məbləğində maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 863,40 manat zərərdən 1,88 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin soldu məlumatları üzrə ümumilkdə 7643,92 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(012)-782/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh (abonent kodu: **********00001) təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 552 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun tutularaq İddiaçı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlarla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktları və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə həmin aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, iddiaçının tərtib etdiyi xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2022-ci il tarixli tələbnamələrdə abonentin gün ərzində 18 və ya 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, Cavabdeh xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 186 manat (6,2 x 10 x 30 = 1860 kub.metr x 0,10 manat), xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr x 0,10 manat), xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 63 manat (3,5 x 6 x 30 = 630 kub.metr x 0,10 manat), xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 198 manat (5,5 x 10 x 30 = 1650 kub.metr x 0,12 manat) ziyan vurması məlum olur. Cəmi 552 manat pul Cavabdeh tutulub iddiaçıya ödənilməlidir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442-ci maddələrinə, “X1”na istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İB tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(012)-782/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə iddia tələbini tam təmin yox, qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında yer almış və təqdim olunan sübutlar iddia tələbinin tam əsaslı olmasını göstərdiyi halda 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir. Cavabdeh nə iddia ərizəsinə etiraz bildirmiş, nə də ki ona dair Aktın tərtib edilməsini mübahisələndirmişdir. Göründüyü kimi 1-ci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilmiş iddia tələbini tam yox, qismən təmin etmişdir. İddia tələbinin tamamilə təmin edilməməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyt göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(012)-782/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ondan təbii qazdan istifadəyə görə hesablanmış 552 manat ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə qəti şəkildə razılaşmır. O, qanunsuzluq etməmişdir və buna görə də 552 manat pul da onu adından silinməlidir. Heç bir halda sayğacdan kənar təbii qaz xəttindən istifadə etməmişdir. İddiaçı İB ona qarşı dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etdiyi halda yenə də onun adına cərimələr tətbiq edilmiş və heç bir halda həmin cərimə aktlarından xəbəri olmamış və iştirakı təmin edilməmişdir. Belə ki, evinə qurşadırılmış istifadə olunmayan sayğac Azəriqaz İB-nin əməkdaşları tərəfindən özbaşına çıxarılmış və sökülüb aparılmışdır. Həmin sayğac sökülən zaman və yenisi ilə əvəz edilən zaman heç birisində iştirak etməmiş və ümumiyyətlə məlumatı olmamışdır. Həmin sayğac çıxarıldıqdan sonra bu günə kimi hər ay xəbəri olmadan ona əsassız şəkildə cərimələr yazılır. Hal-hazırda həmin sayğac yerindədir və istifadə olunmur. Belə ki, ailə üzvləri sərf etdiyi təbii qaza görə həyat yoldaşının adına olan sayğacı istifadə edirlər. Daha əvvəldə həmin sayğacdan istifadə etmişlər. Adına quraşdırılmış sayğac qurşadırılan zaman izah olundu ki, həmin sayğacdan istifadə etsələr, cərimə oluna bilərlər. Buna görə də həmin abonent koduna aid olan sayğacı istifadə etməyib. Belə çıxır ki, sayğac ərazidə evində qurşadıırlmış halda olduğu üçün ona hər ay məlumat verilmədən cərimə yazılacaq. Halbuki, Azəriqaz İB-nin əməkdaşları da bilir ki, həmin sayğac istifadə olunmur. Bunu bildikləri halda heç bir məlumat verilmədən adına hər ay cərimə tətbiq edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 11 Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı İstehsalat Birlyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Cavabdeh barəsinə müxtəlif tarixlərdə 4 dəfə akt tərtib olunmuş, itirilmiş qazın dəyərinə uyğun olaraq cərimə hesablanmışdır. Onlardan üçü 2018-ci ilə aiddir. Pozuntunun əsas hissəsi xx.xx.2022-ci il tarixinə təsadüf edir. Sayğacdan kənar qaz xəttindən istifadə olunduğuna görə İddiaçı İstehsalat Birlyinin əməkdaşları tərəfindən baxış zamanı qeyriqanuni qazdan istifadə aşkarlanmış, foto və videoçəkiliş aparılmışdır. Həmin görüntülər məhkəməyə təqdim olunmuşdur. Bununla bağlı itirilmiş qazın dəyəri 7.643 manat hesablanaraq akt tərtib edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, təbii qazdan istifadəyə görə 552 manat, dövlət rüsumunun ödənilməsinə görə 30 manat cavabdehdən tutulmasını qət etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam obyektiv araşdırmamış, hesablama qaydası itirilmiş qaz dəyəri 30 gün hesablanaraq müəyyənləşdirilmişdir. Yekun olaraq daha az məbləğ meydana çıxmışdır. Nazirlər Kabinetinin 80 saylı qərarına uyğun olaraq hesablama qaydalarına görə, 3, 6 ay və ya 1 il müddətə, 12 saat və 360 günə vurulmaqla hesablama həyata keçirilir. Cavabdeh qazdan qeyri-qanuni istifadə edərək, 2020-ci ildə müqavilənin şərtlərini pozmuş, eyni zamanda istifadə etdiyi qazın dəyərini ödəməmiş və İddiaçınə maddi ziyan vurulmuşdur. Abonent saldosuna nəzər saldıqda görmək mümkündür ki, indiyə qədər istifadə edilmiş qazın dəyəri, yazılmış cərimə məbləğləri ilə birgə 10.652 manatı keçmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə məbləği hesablayarkən xx.xx.2018-ci il tarixli aktda 186 manat hesablanıb. 10 qəpik və 30 gün götürülməklə hesablama aparılmışdır. Lakin hesablanma qaydası düzgün deyildir. Cavabdeh sayğacdan kənar istifadə halına yol verdiyi üçün bu şəkildə hesablanmalıdır. Qanunsuz istifadəyə görə, 20 qəpikdən hesablanır. İddiaçı nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək təmsil etdiyi təşkilatın apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(012)-782/2024 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddianın apellyasiya şikayətini qəbul etməyib, öz apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ilk dəfə qanunsuz qoşulma olduğu onlara deyiləndə, kənd sovetinə, qaz idarəsinə müraciət etmişlər. Qaz idarəsinin işçisi ilə birlikdə ərizə yazıldı. İstifadə etdiyi qaz ərinin adınadır. Həyətdə biri ərinin, digəri onun adına qeydiyyatdan keçən iki sayğac var. Smart karta keçiləndən sonra həmin müddəti ödəniş həyata keçirmişlər. Yolun hər iki üzündə qaz xətti var. Qanunsuz qoşulma ilə bağlı gəlib yoxlayıb heç bir şey tapmamışdırlar. Kənar xəttə qoşulmamışdır. Bir həyətdə iki ev var. Biri onların, digəri oğlunun evidir. Həyətdə istifadə etdiyi bir sayğac var. O da ərinin adınadır. Digər sayğacı oğlu üçün qoydurmuş, onun adına qeydə alınmışdır. Amma həmin sayğacı qaz xətti ilə əlaqələndirilməmiş və ondan qətiyyən istifadə olunmamışdır. Evinə gələn qazdan oğlu da istifadə edir. İddiaçı tərəfindən tərtib olunan aktlardan xəbəri olmamışdır. Sayğac dəyişdiriləndə onlara məlumat verilməmişdir. Sayğac 2017-ci ildə qoyulub, kartla olan sayğac olub, onu qətiyyən istifadə etməyiblər. 2018-ci ildə sayğac dəyişdirilib, onlara məlumat verilməmişdir. Həmin sayğacdan istifadə etmirlər. 1 ay sonra qapıya qəbz qoyulub ki, 1963 manat cərimə var. Həmin sayğacdan qaz xəttini evə qoşmuyublar. Nümayəndələr həyətə baxış keçirib, fotoşəkillər çəkiblər, həmin vaxt əri də bildirib ki, sayğaca qanunsuz qoşulurdusa da, yaxında olan sayğaca qouşulmağı düzgün olardı. Hazırda da iddiaçı təşkilat akt yazmaqda davam edir.
İşdə olan sübutlar
14. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 14/0424 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “X1”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir.
15. Təbii X1nın pozulması haqqında” xx.xx.2018-cü il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. 16.İddiaçı İB-nin xx.xx.2018-cü il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2018-cü il tarixli, ******* saylı akta əsasən 4317 kubmetr həcmində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 17.“Təbii X1nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. 18.İddiaçı İB-nin xx.xx.2018-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 1008 kubmetr həcmində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.
19. “Təbii X1nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır.
20. Azəriqaz” İB-nin xx.xx.2018-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 4392 kubmetr həcmində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.
21. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. 22.İddiaçı İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 47520 kubmetr həcmində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.
23. Abonent kodu **********00001 olan Cavabdeh adına olan abonent saldosundan görünür ki, xx.xx.2018-cü il tarixli, ******* saylı akt üzrə 4317 kubmetr həcmində itirilmiş qazın dəyəri qismindən 863,4 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə 1008 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 201,6 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə 4392 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 878,4 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 47520 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 5702,4 manat borc qismində iddiaçının hesabına yerləşdirilmişdir.
Tətbiq edilən hüquq
24. 01 may 2022-ci il tarixdən qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunu
8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.
25. 25 iyun 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X1”:
6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
26. 25 iyun 2023-cü il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X1”: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
27. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
28. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(012)-782/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(012)-782/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.
30. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2018-cü il tarixli, ******* saylı akt üzrə 4317 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 863,4 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə 1008 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 201,6 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə 4392 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 878,4 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 47520 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 5702,4 manat zərər məbləğləri hesablanaraq cavabdehin abonent hesabına yerləşdirilməklə tələb edilmişdir ki, həmin aktlardan xx.xx.2022-ci il tarixli, ******* saylı akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 8-1-ci maddəsinin qüvvəyə minməsindən, yəni 01 may 2022-ci il tarixdən sonra, digər aktlar isə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 8-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl tərtib edilmişdir. Həmçinin, buna müvafiq olaraq 25 iyun 2023-cü il tarixdən etibarən “X1nın 6.5ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin maddələrin tələbinə görə isə qanunsuz qoşulma ilə bağlı istehlakçının qazın talanmasında təqsirli olması yalnız müvafiq orqanların qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə cavabdehin qazın talanmasında təqsirli olması bardə inzibati xəta haqqında iş üzrə və ya əməlində cinayət tərkibinin olmasına dair müvafiq orqanın və ya məhkəmə qərarının olması müəyyən edilməməkdədir. Birinci instansiya məhkəməsi isə xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə mübahisəyə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 8-1-ci maddəsini və “X1”nın 6.5-ci bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir ki, bununla da maddi hüquq normasının pozulması ilə nəticələnən və əsassız hesab olunan qətnamə çıxarmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 47520 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində 5702,4 manat pul tələbinə dair iddia tələbi əsassız olmaqla, qeyd olunan əsasa görə rədd edilməli olan tələb olmuşdur.
31. Məhkəmə kollegiyası xx.xx.2018-cü il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* saylı aktlara münasibətdə isə qeyd edir ki, qeyd olunan aktlar cavabdeh tərəfindən imzalanmamaqla, iddiaçı ümumiyyətlə həmin aktların tərtib olunmasından xəbərsiz olduğunu və tərəfindən qaz xəttinə qanunsuz qoşulmadığını iddia etmişdir. İddiaçı tərəfindən isə həmin qoşulmanı təsdiq edən hər hansı bir sübut (fotoşəkil və ya videoçəkiliş) məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə yalnız fotoşəkillər təqdim edilmişdir ki, həmin fotoşəkillərdən də göründüyü kimi foto çəkiliş 26 dekabr 2022-ci il tarixdə gecə saat 01 radələrində aparılmaqla, həmin fotoç əkilişin xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə aparılması müəyyən olunmaqdadır. xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanaraq tələb edilən zərər məbləğinin yuxarıda qeyd olunan əsaslara görə əsassız olması müəyyən edilmişdir.
32. Digər tərəfdən həmin fotoşəkildə qaz xəttindən əlavə xəttin ayrılması və həmin xəttin 2018-ci il tarixdən etibarən mövcudluğu ehtimal olunsa da həmin xəttin məhz iddiaçının evinə getməsini həmin fotoşəkildən müəyyən etmək də mümkün deyildir.
33. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunsuz qoşulma kimi təqdim olunan qaz xəttinin mövcudluğu və ya daha əvvəl mövcud olma əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün mübahisəli ünvanda yerində müayinə aparılmış və fotoşəkillər çəkilmişdir. Yerində müayinə zamanı isə müəyyən edilmişdir ki, cavabdehin həyətinin hasarının qurtaracağından sonra, yəni qonşuya aid hissədə ümumi qaz xəttinin üzərində əlavə qaz xəttinin çəkilməsinini deməyə əsas verən qaynaq işləri aparılmışdır. Həmçinin, küçənin həmin ümumi qaz xəttinə paralel olan hissəsindən keçən ümumi qaz xətti ilə eyni diaqanalda əlavə qaz xəttinin çəkilməsinini deməyə əsas verən qaynaq işləri aparılmışdır. Yerində baxış zamanı isə iddiaçı həmin qaynaq izlərinin onlar tərəfdə olan ümumi qaz xəttində qazın olması, küçənin paralel olaraq hissəsindən keçən qaz xəttində isə qazın zəif olması səbəbindən çox əvvəllər keçid qaz xəttinin çəkildiyini iddia etmişdir.
34. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə iddiaçının qaz xəttinə qanunsuz qoşulması faktını müəyyən edərək müvafiq aktlar tərtib olunsa da həmin aktlarda aşkar olunan qaz xəttinin ləğv edilməsi ilə bağlı hər hansı bir qeydin aparılması da göstərilməmişdir. Halbu ki, “X1”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı idi.
35. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin qaz xəttinə qanunsuz qoşulmaqla qazdan istifadə etməsi iş materialları ilə sübut olunmamaqla yanaşı, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Buna görə də apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(012)-782/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(012)-782/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnaməndən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.