Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-610/2025 07.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-462/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin hər birinin payı 1/2 hissə müəyyən edilməklə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 177/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin əldə edilməsinə birgə gəlirlər hesabına görə ödənilmiş pul vəsaitinin 1/2 hissəsi, yəni 38.620,81 manat pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh qızma ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razı olmadığına görə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-177/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə 49000 manat öhdəliyin 1/2 hissəsi iddiaçı Cavabdeh aid edilməsi qət olunmuşdur. Qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən də göründüyü kimi "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə 49000 manat öhdəliyin 1/2 hissəsinin iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. Hazırda həmin kredit müqaviləsi bugünə kimi iddiaçı tərəfindən icra edildiyinə görə ödənilmiş pul vəsaitinin 50%-nin (yarısının) cavabdehdən reqres qaydasında tələb etmək hüququ mövcuddur. Qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 4968/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4372 saylı rəyindən görünür ki, “Zaminbank’’ ASC və "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixli, 194/ZBGF/1 nömrəli mənzilin alqı-satqı və ipoteka müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 64241,62 manat məbləğində ödəniş aparılmışdır. xx.xx.2022-ci il tarixindən, xx.xx.2024-cü il tarixə kimi hər ay 272,97 manat olmaqla, 27 ay ərzində 7370,19 manat kredit müqaviləsi ödənişi etmişdir. Nəticə etibari ilə kredit müqaviləsi bağlandığı andan xx.xx.2024-cü il tarixə kimi (64241,62+7370,19) 71611,82 manat kredit müqaviləsi üzrə ödəniş olmuşdur. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə 49000 manat öhdəliyin hissəsi iddiaçı Cavabdeh aid edildiyindən həmin kredit müqaviləsi üzrə ödədiyi 71611,82 manat pulun yarısını cavabdehdən reqres qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Göstərilənlərə əsasən Cavabdeh 35809,91 manat borcun və məhkəməyə iddia çaldırılması üçün ödənilmiş 198 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-462/2025 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, artıq qanuni qüvvəsini almış məhkəmə aktı əsasında "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə 49000 manat öhdəliyin 1/2 hissəsinin Cavabdeh aid edilməsi qət edilmişdir. Hazırda iddiaçı sözügedən məbləği artıraraq yeni tələblə məhkəməyə müraciət etmişdir. İddia qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə stinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-462/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, artıq qanuni qüvvəsini almış məhkəmə aktı əsasında "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə 49000 manat öhdəliyin 1/2 hissəsinin Cavabdeh aid edilməsi qət edilmişdir. Hazırda iddiaçı sözügedən məbləği artıraraq yeni tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Bununla bağlı qeyd edir ki, Cavabdeh ona qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin hər birinin payı ½ hissə müəyyən edilməklə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-177/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin əldə edilməsinə birgə gəlirlər hesabına görə ödənilmiş pul vəsaitinin ½ hissəsi, yəni 38.620,81 (otuz səkkiz min altı yüz iyirmi manat səksən bir qəpik) manat pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razı olmadığına görə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-177/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində hər birinin ½ hissədə payları müəyyən edilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə 49000 (qırx doqquz min) manat öhdəliyin ½ hissəsinin iddiaçı Cavabdeh aid edilməsi qət olunmuşdur. Qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən də göründüyü kimi "xxxx" ASC-nin onunla bağlanmış xx.xx.2011-ci il tarixli, 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə 49000 (qırx doqquz min) manat öhdəliyin ½ hissəsi iddiaçı Cavabdeh aid edilməsi qət olunmuşdur. Hazırda həmin kredit müqaviləsi bugünə kimi onun tərəfindən icra edildiyinə görə ödənilmiş pul vəsaitinin 50%-nin (yarısının) cavabdehdən reqres qaydasında tələb etmək hüququ mövcuddur. Qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4372 saylı rəyindən görünür ki, "xxxx" ASC və "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən oğlu tərəfindən xx.xx.2011-ci il tarixli 194/ZBGF/1 nömrəli mənzilin alqı-satqı və ipoteka müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2022ci il tarixədək ümumilikdə 64241,62 manat məbləğində ödəniş aparılmışdır. xx.xx.2022-ci il tarixindən, xx.xx.2024-cü il tarixə kimi hər ay 272,97 manat olmaqla 27 ay ərzində 7370,19 manat kredit müqaviləsi ödənişi etmişdir. Nəticə etibari ilə kredit müqaviləsi bağlandığı andan xx.xx.2024-cü il tarixə kimi (64241,62 +7370,19) 71611,82 manat kredit müqaviləsi üzrə ödəniş olmuşdur. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən "xxxx" ASC ilə mən İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə 49000 (qırx doqquz min) manat öhdəliyin ½ hissəsi iddiaçı Cavabdeh aid edildiyindən həmin kredit müqaviləsi üzrə ödədiyi 71611,82 manat pulun yarısını cavabdehdən reqres qaydasında tələb etmək üçün subyektib hüquqa malikdir. Аzərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqin təcrübəsi haqqında 6.19-cu və 6.20-ci bəndlərində qeyd olunur ki, paylar müəyyən edildikdən sonra ümumi əmlakda yer alan ayrı-ayrı predmetlər pay nisbətlərinə uyğun şəkildə ər-arvad arasında bölüşdürülməlidir. Yəni əmlaka daxil olan hər predmet ərin və ya arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək şəkildə paylaşdırılır. Bu, Ailə Məcəlləsinin 36.4-cü maddəsinin normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe maddəsinin məhkəmə tərəfindən ər-arvadın ümumi əmlakı bölünərkən onların tələbi ilə hər birinə (dəlillər) çatacaq əmlakın müəyyən edilməsi tələbindən irəli gəlir. Bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir (məsələn, hər biri 100.000 manat olan iki mənzil, 50.000 manat qiyməti olan torpaq sahəsi, 50.000 manatlıq avtomobil və ərin adına olan 60.000 manat bank əmanətindən ibarət aktivin ümumi dəyəri - 360.000 manat, ərin adına rəsmiləşmiş kredit borcu isə 60.000 manat), həmin dəyər paylara müvafiq bölünür (məsələn, hər birinə ½ payla 180.000 manat aktiv, 30.000 manat passiv düşür), buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına, daxil edilməklə onların ayrıca (fərdi) mülkiyyətinə verilir. Buna görə də cavabdehdən 35809,91 manat pulun reqrest qaydasında geri alınması ilə bağlı məhkəməyə müraciət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, apellyasiya şikayətini müdafiə etdiyini bildirib, işə onun iştirakı olmadan baxılmsını xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-177/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə 49000 manat öhdəliyin 1/2 hissəsinin iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. 13.Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 08 avqust 2024cü il tarixli və Azərbaycan Respublikası Mərkəzi X2 Portalından görünür ki, xx.xx.2011-ci il tarixli, 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixə kimi hər ay 272,97 manat olmaqla, 27 ay ərzində 7370,19 manat kredit müqaviləsi ödənişi etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
509. Borclulardan biri öhdəliyi tam icra etdikdə reqres qaydasında tələb hüququ 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);[24] 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
16.“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı 6.36. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. 6.39.Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.
17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-462/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-462/2025 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin qismən təmin edilməlidir.
20. Belə ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1968/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə 49000 manat öhdəliyin 1/2 hissəsinin iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. Həmçinin, həmin qətnamə ilə müəyyən edilir ki, mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları zaman alınmış, mənzilin satış qiyməti 62000 manat olmuş, 13000 manat ilkin ödəniş edilmiş, 49000 manat isə kreditor tərəfindən kredit müqaviləsinə əsasən alıcıya verilmiş kredit vəsaiti hesabına ödənilmişdir.
21. Həmçinin, iş materiallarından müəyyən edilir ki, tərəflər arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən ilkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixdə keçirilmişdir. Hazırkı iddia ilə iddiaçı xx.xx.2022-ci il tarixindən sonrakı dövr üzrə kredit müqaviləsi üzrə edilmiş ödənişləri də tələb etməkdədir ki, bu da tərəflər arasında nikah münasibətlərinə həmin tarixdən faktiki xitam verilməsi anlamına gəlməkdədir.
22. İddiaçının kredit müqaviləsi üzrə borcun götürüldüyü xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni tərəflər arasında nikah münasibətlərinə faktiki xitam verildiyi tarixədək edilmiş ödənişləri də tələb etməsi əsassız olmuşdur. Belə ki, tərəflər həmin vaxt nikah münasibətlərində olduğundan kredit müqaviləsi üzrə edilmiş ödənişlər nikah dövründə əldə edilmiş gəlir hesabına ödənilmiş hesab olunur. Buna görə də iddiaçının tələbi həmin hissədə əsassız olmuşdur.
23. Lakin, iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixli, 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixə kimi hər ay 272,97 manat olmaqla, 27 ay ərzində 7370,19 manat ödəniş edilmişdir. Yuxarıda istinad olunan maddi hüquq normalarına və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 6.39-cu bəndində göstərilən hüquqi mövqeyə əsasən nikah münasibətlərinə faktiki xitam verildikdən sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına qismən ödəmiş iddiaçının ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin cavabdehdən tələb etməsi əsaslı hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-462/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən nikah münasibətlərinə faktiki xitam verildiyi vaxtdan sonra ödənilmiş 7370,19 manatın yarısı, yəni 3685,10 manat Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 402.1, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-462/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin qismən təmin edilsin. Cavabdeh 3685,10 manat və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi olmaqla, cəmi 3705,1 (üç min yeddi yüz beş manat, 10 qəpik) tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.