Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-612/2022 09.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Talıbova- X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)- 4545/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)- 4545/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 3-xx-xx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsi üzrə 37924.38 (otuz yeddi min doqquz yüz iyirmi dörd manat, otuz səkkiz qəpik) manat, faiz borcu üzrə 18914.69 (on səkkiz min doqquz yüz on dörd manat altmış doqquz qəpik) manat olmaqla, cəmi 56839.07 (əlli altı min səkkiz yüz otuz doqquz manat yeddi qəpik) manat borc və 30.40 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.(hakim C.Səfiyeva) Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)-4545/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 37924.38 manat, faiz borcu üzrə 17587.34 manat, olmaqla cəmi 55511.72 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 37924.38 (otuz yeddi min doqquz yüz iyirmi dörd manat, otuz səkkiz qəpik) manat, faiz borcu üzrə 18914.69 (on səkkiz min doqquz yüz on dörd manat altmış doqquz qəpik) manat olmaqla, cəmi 56839.07 (əlli altı min səkkiz yüz otuz doqquz manat yeddi qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış 3-xx-xx-2015-YS-AAAF-RO nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 180 ay müddətinə illik 10 faiz olmaqla 39780 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor "xxxx" MMC arasında 3-xx-xx-2015-YS-AAAF- RO nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir.3-xx-xx-2015-YS-AAAF-RO nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə Cavabdeh2 əsas borc üzrə 37924.38 (otuz yeddi min doqquz yüz iyirmi dörd manat, otuz səkkiz qəpik) manat, faiz borcu üzrə 18914.69 (on səkkiz min doqquz yüz on dörd manat altmış doqquz qəpik) manat olmaqla, cəmi 56839.07 (əlli altı min səkkiz yüz otuz doqquz manat yeddi qəpik) manat borcu mövcuddur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərlə, eləcə də digər cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə mübahisəsiz qaydada müəyyən edilir ki, yuxarıda sözügedən kredit müqaviləsi üzrə verilmiş kredit vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. xx.xx.2015-ci il tarixli daxili ipoteka üçün təminatlı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən 39.780,00 manat məbləğində ona ayrılmış kredit vəsaiti məhz "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilməli olan 5 №-li binanın 7-ci mərtəbəsindəki, 68 kv.m-dən ibarət, iki otaqlı, 49 №-li mənzilin "xxxx" MMC-ti tərəfindən ona satılmasının dəyəri olaraq ayrılmış və həmin kredit məbləği tam olaraq "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin təminatını ehtiva edən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 4-cü bəndinin tələbinə görə bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı üsulu ipoteka və "xxxx" MMC ilə iddiaçı bank arasında xx.xx.2015-ci il tarixində bağlanmış, 3-xx-xx-2015-YS-AAAF-RO nömrəli zaminlik müqaviləsindən irəli gələn yuxarıda sözügedən "xxxx" MMC-nin zaminliyidir. Müqavilənin istinad olunan 4-cü bəndinə əsasən ona yuxarıda sözügedən mənzilə dair hüquqlarını aidiyyəti üzrə daşınmaz əmlakın dövlət reyestrinə daxil etdirdikdən sonra həmin mənzili iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü etməyi öhdəsinə götürmüşdür. Sözügedən iddiaçı bankla onun arasında bağlanmış kredit müqaviləsinin borc verənin hüquqlarını tənzimləyən 13-cü bəndindən görünür ki, borc alan tərəfindən müqavilənin 7.3cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadığı təqdirdə borc verənin borc alandan kredit müqaviləsi üzrə təminatı kimi çıxış edən 01 aprel 2015-ci il tarixli, “AAB YM 0285 №-li "xxxx" MMC və onun arasında imzalanmış müqavilənin predmeti olan ünvan 1 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilməli olan 5 №-li binanın 7-ci mərtəbəsindəki, 68 kv.m-dən ibarət, iki otaqlı, 49 №-li mənzilin iddiaçı bank tərəfindən boşaldılmasının tələb edilməsini, borc alanın isə qeyrişərtsiz bu mənzili boşaltması barədə öhdəliyi yaranır ki, bu öhdəlik də təmsil etdiyi şəxs tərəfindən icra ediləcəkdir. Qeyd olunan müqavilənin 12-ci bəndində də tərəflər müəyyənləşdirmişlər ki, qrafik üzrə ödəmələr 3 (üç) ay müddətində aparılmadıqda yuxarıda sözügedən mənzil öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə boşaldılmalıdır. Qeyd edilməsi zəruridir ki, hazırkı kredit müqaviləsinin təminatı kimi çıxış edən yuxarıda sözügedən 49 №-li mənzilin yerləşdiyi 5 №-li binanı inşa etmək öhdəliyi "xxxx" MMC tərəfindən hazırkı vaxtadək icra edilməmişdir. Nəzərə alınması zəruridir ki, aldığı mənzilin yerləşdiyi 5 №-li binanın xx.xx.2015-ci il tarixdən hazırkı vaxtadək keçən müddətdə inşa etməyən "xxxx" MMC-nin iddiaçı bankla aralarında bağlanmış xx.xx.2015-ci il tarixində kredit müqaviləsi üzrə zamin olmaqla yanaşı, bankdan alınmış kredit məbləği tam olaraq "xxxx" MMC-yə verilmişdir və keçən müddət ərzində sözügedən pul vəsaitindən o, deyil, "xxxx" MMC faydalanmışdır. Belə olan təqdirdə sözügedən Cəmiyyət hazırkı iddia üzrə ona müştərək deyil, tam məsuliyyət daşıyır və iddia tələbi tam həcmdə "xxxx" MMC-yə münasibətdə təmin edilməlidir. Yuxarıda göstərilən xüsusatlara və istinad olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçı bankdan ayılmış kredit vəsaitinin bilavasitə digər cavabdehdə olması, onun həmin vəsaitdən faydalanmadığı, bu vəsaitdən digər cavabdeh "xxxx" MMC-nin faydalandığı, bu Cəmiyyətin onun qarşısında olan öhdəliyini vaxtında icra etmədiyi, "xxxx" MMC-nin iddiaçı bank qarşısında bilavasitə cavabdeh olduğu məhkəmə iclasında təhqiq edilən sübutlarla təsdiq olunduğundan iddia tələbinin ona münasibətdə təmin edilməməsinə, iddia tələbinin digər cavabdeh "xxxx" MMCyə qarşı tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 qızı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə appellyaiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etmiş, lakin sonuncu məhkəmə iclasına gəlməyərək, məhkəmə kollegiyasına ərizə ilə müraciət edib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Lakin iştirak etdiyi məhkəmə iclasında MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək iddianın onlara aid hissədə rədd olunmalı olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını və işə baxılmasının qanunla müəyyən edilmiş müddətinin başa çatmasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: Borcverən "xxxx" ASC və borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3-xx-xx-2015-YS-AAAF-RO nömrəli təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 39780 (otuz doqquz min yeddi yüz səksən) manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 01 aprel 2015-ci il tarixli, ABB YM-0285 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 7, ümumi sahəsi 68 kv.m. ibarət, 2 otaqlı 49 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 01 aprel 2015-ci il tarixli, ABB YM-0285 №-li, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 7, ümumi sahəsi 68 kv.m. ibarət, 2 otaqlı 49 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir Kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 01 aprel 2015-ci il tarixli, ABB YM-0285 №-li, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 7, ümumi sahəsi 68 kv.m. ibarət, 2 otaqlı 49 №-li mənzili boşaltmalıdır. Kredit müqaviləsinin 13.8-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 01 aprel 2015-ci il tarixli, ABB YM-0285 №-li, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 7, ümumi sahəsi 68 kv.m. ibarət, 2 otaqlı 49 №-li mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixinə kimi hər ay banka 427.5 manat ödəməklə qaytarmalıdır. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə 39382 (otuz doqquz min üç yüz səksən iki) manat pul vəsaitini imza edərək təhvil almışdır. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh2, zamin "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3-xx-xx-2015-YSAAAF-RO saylı zaminlik müqaviləsindən görünür ki, MMC zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. "xxxx" ASC tərəfindən Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə əsas borc üzrə 37924.38 manat, faiz borcu üzrə 17587.34 manat, olmaqla cəmi 55511.72 manat kredit borcu vardır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə əsas borc üzrə 37924.38 manat, faiz borcu üzrə 18914.69 manat, olmaqla cəmi 56839.07 manat kredit borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli, 9/2462 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx.xx.2015ci il tarixli, 3-xx-xx-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 27 sentyabr 2021-ci il tarixə "xxxx" ASC-yə olan borcu 56.839,07 manat məbləğində müəyyən edilir, həmin məbləğin 37.924,38 manat hissəsi əsas borc və 18.914,69 manat hissəsi isə faiz borcudur. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelloyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ancaq Cavabdeh2 apellyasiya şikayəti əsasında ona aid hissədə yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)- 4545/2021 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış 3-xx-xx-2015-YS-AAAF-RO nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 180 ay müddətinə illik 10 faiz olmaqla 39780 manat kredit verilmişdir. "xxxx" ASC tərəfindən 39.780,00 manat məbləğində Cavabdeh2 ayrılmış kredit vəsaiti məhz "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilməli olan 5 №-li binanın 7-ci mərtəbəsindəki, 68 kv.m-dən ibarət, iki otaqlı, 49 №-li mənzilin "xxxx" MMC tərəfindən ona satılmasının dəyəri olaraq ayrılmış və həmin kredit məbləği tam olaraq "xxxx" MMC-nin hesabına köçürülmüş və kredit müqaviləsinin təminatı kimi kreditorla "xxxx" MMC arasında 3-xx-xx-2015-YS- AAAF-RO nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, tələb edilən kredit məbləği "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilməli olan 5 №-li binanın 7-ci mərtəbəsindəki, 68 kv.m-dən ibarət, iki otaqlı, 49 №-li mənzilin alınması məqsədilə götürülmüş və həmin vəsait bütövlükdə MMC-nin hesabına ödənilmişdir. Əslində mənzil hazır olsaydı həmin mənzil ipotekaya qoyulardı və tələb həmin mənzilə yönəldilmiş olardı. xx.xx.2015-ci il tarixdən hazırkı vaxtadək keçən müddətdə tələb edilən kredit məbləğindən o, deyil, "xxxx" MMC faydalanmışdır. MMC özü isə zamindir. Ona görə də Cəmiyyət hazırkı iddia üzrə onunla müştərək deyil, tam məsuliyyət daşıyır və iddia tələbi tam həcmdə "xxxx" MMC-yə münasibətdə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh2 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, Cavabdeh2 zamin "xxxx" MMC ilə birlikdə kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı bank üzərinə götürülmüş öhdəliyi icra etmiş, lakin cavabdelər tərəfindən iddiaçı bank qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan maddi hüquq normalarına düzgün istinad edərək cavabdehlərin bank qarşısında birgə borclu olması və öhdəliklərini tam icra edənədək məsuliyyət daşıması nəticəsinə gəlmişdir. Qeyd edildiyi kimi Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlili ona istiqamətləndirilmişdir ki, "xxxx" MMC-nin günahi ucbatından kredit vəsaitinin ödənildiyi mənzil tikilib başa çatdırılmamışdır, tələb edilən kredit vəsaiti MMC-yə ödənilmiş, Cəmiyyət həmin vəsaitdən faydalanmış, lakin müqavilə öhdəliyini yerinə yetirməmişdir. Ona görə də Cəmiyyət hazırkı iddia üzrə onunla müştərək deyil, tam məsuliyyət daşıyır və iddia tələbi tam həcmdə MMC-yə münasibətdə təmin edilməli, ona münasibətdə isə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 qarşısında mənzil tikitisindən yaranmış öhdəlyin icra edilməməsi, onu borclu olaraq kredit öhdəliyinin icrasından azad edə bilməz. Daha öncə istinad olunan maddi hüquq normalarının tələblərinə görə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən, həmçinin nəzərə alır ki, "xxxx" ASC və borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3-xx-xx-2015-YS-AAAF-RO nömrəli təminatlı kredit müqaviləsi qüvvədədir və mübahisələndirilməmişdir. Eləcə də, məhkəmə kollegiyası hesab edir ki, 01 aprel 2015-ci il tarixli, ABB YM- 0285 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin icra edilməməsindən doğan ziyanla bağlı Cavabdeh2 MMC-yə qarşı tələb hüququ vardır və o, bu hüquqdan istifadə edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli, 9/2462 nömrəli ekspert rəyinin verilməsinə görə 200 (iki yüz) manat tələb olunur. Apellyasiya şikayəti təmin edilmədiyinə görə həmin məbləğ Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)- 4545/2021 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-612/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-612/2022
09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver