Məhkəmə qərarları › İş №2(105)-613/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-613/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-613/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X1, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 9019,24 (doqquz min on doqquz, 24) ABŞ dolları məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 9019,24 ABŞ dolları məbləğində kredit borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Cavabdeh1 ilə bağlanmışxx.xx.2015-ci il tarixli 027R**********saylı kredit razılaşmasına əsasən ona 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir.Tərəflərin imzalandıqları xx.xx.2015-ci il tarixli 027R**********Ssaylı sazişlə razılaşmaya ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Həmin kreditdən cavabdeh 10980, 76 ABŞ dolları ödəmiş və onun 9019,24 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün ücün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır.Bir gün ücün faiz bu kredit razılışmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 1204 gün üçün hesablanmış faiz borcu 0 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 1204 gün üçün hesablanmış cərimə 0 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 3.1.2.-ci bəndinin “a” yarım bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanılmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və qeyrisi qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. X2 Sədrinin birinci müavini Evgenia Gashikulina məhkəməyə ərizə göndərərək bildirmişdir ki, cavabdeh tərəfindən banka olan borc sonradan əldə olunmuş razılaşmaya uyğun olaraq ödənilmişdir. Ona görə də, iddia tələbindən imtina edirlər və iddianın imtinanın nəticələri onlara aydındır. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddianın imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının nümayəndəsi Ş.B.Sadıqov iddiadan imtina edilməsini müdafiə etdi. Cavabdeh1 və Cavabdeh3 iddiadan imtina edilməsinə razı olduqlarını bildirdilər, belə ki, onlar tərəfindən Banka olan borc tam ödənilmişdir. Məhkəmə kollegiyası məruzəcini, tərəfin iddiadan imtinaya qarşı fikrini dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, şikayətdən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin iddia tələbindən imtina etməsi barədə ərizəsi qanuni və əsaslı olduğu üçün qəbul olunmalı, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 365, 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin X3 birinci müavini Evgenia Gashikulinanın iddiadan imtina etməsi qəbul edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair Qubadlı Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(028)-265/2020 saylı qətnaməsi ləğv edilsin və bu iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar