Məhkəmə qərarları › İş №2(105)-615/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-615/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-615/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fİkrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı «xxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq obyektinin cavabdehlərdən alınıb iddiaçıya qaytarılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-353/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan “Mersedes Benz 350” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilini cavabdehlərinin istifadəsindən alınaraq iddiaçıya qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-353/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, «xxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin mülkiyyətində olan “Mersedes Benz 350” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 və Cavabdeh2 istifadəsindən alınaraq «xxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-yə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 «xxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Vladimir Ruvinov) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. İşə apelyasiya məhkəməsinə baxılan zaman iddiaçı «xxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin direktoru Ceyhun Rəhimov ərizə ilə məhkəməyə müraciəıt edərək göstərmişdir ki, cavabdehlə razılığa əsasən iddia tələbindən imtina edirlər və mülıki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 iddiadan imtina barədə ərizənin qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə iddiaçı təşkilata və cavabdeh Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası verilmiş ərizəni, iddiaçını izahatını nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-353/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının hüquqi varisi iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-353/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 263-264, 267-268, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 hüquqi varisi X4 nümayəndəsi və vəkili X3 iddiadan imtinası qəbul edilsin. İddiaçı «xxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilsin. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-353/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı «xxxx» Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq obyektinin cavabdehlərdən alınıb iddiaçıya qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi alındığı vaxtdan hesablanmaqla, 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar