Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-615/2023 27.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş üzrə (Açar sözlər: tam maddi məsuliyyət, əmək münasibətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları 26 may 2017-ci il tarixdə Cavabdeh İddiaçı MMCdə işə qəbul edilmiş, 10 noyabr 2017-ci il tarixdən satış əməliyyatları şöbəsinə baş satıcı vəzifəsində, 23 yanvar 2018-ci il tarixdən isə administrator vəzifəsində işləmiş, 10 aprel 2019- cu il tarixdə tərəflər bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. 26 may 2017-ci il tarixdə və 23 yanvar 2018-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürmüş və müəyyən edilmiş vəzifələri icra etməyə borclu olmuşdur. İddiaçı MMC tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayış”dan görünür ki, 19 yanvar 2019-cu il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə heç bir ödəniş etməmişdir. 01 may 2020-ci il tarixli arayışla çatışmazlıq müəyyən edilən məbləğdən şirkət tərəfindən 2900 (iki min doqquz yüz) manat güzəşt edilmişdir. Cavabdeh faktiki qalıq borcu 16037 (18937-2900) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 9/6029 saylı rəyi ilə müəyyən olur ki, İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 19 yanvar 2019-cu tarixli OBA Bakıxanov 9 filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh hesabında olan çatışmazlığının 16.037 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 18937 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 16037 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermiş, 19 yanvar 2019-cu il tarixdə Oba-Bakıxanov 9 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 18937 manat olması məlum olmuşdur. Cavabdehə şirkət tərəfindən 2900 manat güzəşt edilmişdir. Qusar Rayon Məhkəməsinin (hakim Rafiq Kazımov) 19 iyun 2020-ci il tarixli, 2(029)- 295/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 16037 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 16037 (on altı min otuz yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməlidir. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1, 191.2, 192, 194, 198, 200, 202-ci maddələrinə, Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 442, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinad etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,öz arzusu ilə işdən çıxmışdır. İddiaçının tələbi əsassızdır. Sözügedən maddi ziyanın ona heç bir aidiyyəti yoxdur. Belə ki, admistrator vəzifəsinə keçərkən, ondan əvvəlki aminstrator olan Vahid əLiyevlə aralarında heç bir təhvil-təslim aktı olmamışdır. Vahid əliyev ona mağazada hansı miqdarda malın olduğunu deməmiş, malların dəyərindən onun xəbəri olmamışdır. Həftədə 3 dəfə mağazaya mallar gətirilmişdir.Mağazada gündəlik satılan malların pulunu kassaya keçirilmişdir. Ondan tələb olunan 16037 manat maddi ziyandan xəbəri yoxdur. Həmçinin, ondan tələb eidlməsi tamamilə əsassızdrı. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin tam araşdırılmadığını, vəsatətlərə məhəl qoymaıdğını qeyd etmişdir. İnventarizasiya aktına əsaslanan yoxlama aktını və göstərilən nəticələri birmənalı qəbul etmək mümkün deyildir. Bu akt ümumi qeydlərlə, heç bir rəsmi sənədə və məcburi məlumatlara istinad edilmədən göstərilmişdir.ziyanın yaranmasını sübut edən sənədlər təqdim edilməlidir.iş üzrə ekspertiza keçirilməsi üçün zərurət olsa da, vəsatət təmin edilməmişdir, işin obyektiv araşdırılması üçün ekspertiza keçirilməlidir. Apellyasiya instansiya məhkəməsində birinci və ikinci icraat, qəbul olunmuş məhkəmə aktları Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(105)- 360/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı MMC-nin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2(105)- 737/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)- 295/2020 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul olunması, iddia tələbinin təmin olunmaması qət edilmişdir. Kassasiya instansiya məhkəməsində birinci və ikinci icraat, qəbul olunmuş məhkəmə aktları Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(105)- 360/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC (əvvəlki adı İddiaçı MMC) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(105)- 360/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5740/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(105)-360/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2(105)- 737/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2(105)-737/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5768/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-737/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Apellyasiya məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 noyabr 2021-ci il tarixli qərarında şərh edilən və hazırki qərarın 18-ci bəndində qeyd edilən göstərişlərə əməl etməmişdir. İşin əvvəlki kassasiya icraatı zamanı apellyasiya instansiyası məhkəməsinə “inventarizasiya keçirilmədiyi halda cavabdehin aktın imzalanmasının səbəblərini, bu imza ilə həmin aktda göstərilənlərlə razılığını ifadə edib-etməməsinin araşdırılması” barədə göstərişlər qoyulsa da, apellyasiya instansiyası məhkəməsi bunlarla bağlı hər hansı bir araşdırma aparmadan təkrar olaraq yalnız ekspert rəyinə əsaslanmaqla qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya məhkəməsi tərəfindən əvvəlki qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktiki halları tam araşdırılmış olması, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmasına dair göstərişlərini tam və lazımınca yerinə yetirməmişdir Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Apellyasiya instansiya məhkəməsində üçüncü icraat zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili əvvəlki məhkəmə iclasında iştirak edərək, tərəflər arasında barışıq əldə olunması üçün iddiaçı tərəfə müraciət etdiklərini bildirmişdir. Cavabdeh və onun vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə. 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192.1.Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199. a və b bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda və işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 200.1.İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 200.3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. Maddə 202. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Maddə 205.İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönəlsədə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 5768/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-737/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilib və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıldığından, apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı işəgötürən ilə cavabdeh işçi arasında xx.xx.2017-ci il tarixliəmək müqaviləsi bağlanılmış, cavabdeh həmin əmək müqaviləsinə əsasən satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixli 469-K saylı Əmrlə baş satıcı vəzifəsinə keçirilmiş və tərəflər arasında xx.xx.2017-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmış, xx.xx.2018-ci il tarixli 031-K saylı Əmrlə adminstrator vəzifsinə keçirilmiş, xx.xx.2019-cu il tarixli Əmrlə işdən azad olunmuşdur. Həmçinin, tərəflər arasında bağlanılmış tam maddi məsuliyyət haqqında müqavilə üzrə işçi qismində cavabdeh tərəfindən ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işin layiqincə yerinə yetriilməsini tam maddi məsuliyyət ilə öz üzərinə götürdüyünü və bundan irəli gələn vəzifələr daşıdığı öz əksini tapmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, işəgötürən qismində çıxış edən iddiaçı işçinin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğunu, işçiyə təhvil verilmiş malların siyahısının faktiki yoxlanılması zamanı, habelə inventarizasiya nəticələrinə əsasən malların sayında əksikgəlmə halının baş verdiyini, bunun nəticəsində işəgötürən ona maddi ziyan vurulduğunu əsas gətirərək, işçi qismində çıxış edən cavabdehə qarşı belə bir tələb irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir.Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək, etirazın əsası kimi vurulmuş ziyanın ona heç bir aidiyyəti olmaması, ondan əvvəlki adminstrator ilə onun arasında heç bir təhvil-təslim aktı olmaması, vurulmuş ziyandan xəbərinin olmaması kimi hallara istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu qeyd edir ki, cavabdeh işə qəbul zamanı ondan əvvəlki işçi tərəfindən malların ona təhvil verilməməsi, bu barədə təhvil-təslim aktının olmaması halına istinad etsə də, iş materiallarında olan cavabdehin özü tərəfindən imzalanmış 16 yanvar 2018-ci il tarixli inventarizasiya siyahısına dair malların təhvil-təslim aktı və iltizamnamə həmin halı təkzib etmişdir. Belə ki, qeyd olunan sənədlərin məzmunundan görünür ki, əvvəlki maddi məsul şəxs olan Əliyev V. İştirakı ilə öhdəliyində olan maddi qiymətlilərin yoxlanılaraq yeni təyin olunmuş maddi məsul şəxs indiki Cavabdeh təvil verilmiş, habelə Əliyev V. İnventarizasiya müddətinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısının mühasibatlığa təqdim etdiyini, kənara borc və başqa qaydada saxlanmaq üçün heç nə vermədiyini, heç kimdən borc və başqa qaydada saxlanmaq üçün heç nə almadığını bildirmiş və bu barədə iltizamnamə tərtib edilmiş, Cavabdeh həmin aktda adları qeyd olunan bütün material qiymətliləri komissiya tərəfindən onun iştirakı ilə naturada yoxlanıldığı və siyahıya daxil edildiyi, siyahıda göstərilən material qiymətliləri onun məsuliyyəti altında saxlanıldığını, tərtib edilmş aktla razı olduğunu bildirərək, həmin sənədləri şəxsən imzalamışdır. Cavabdeh tərəfindən isə həmin sənədləri və onlarda qeyd edilmiş məlumatın təkzib edən heç bir mötəbər sübuta istinad edilməmiş, habelə həmin imzanın ona məxsus olmaması halı da mübahisələndirilməmişdir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər halları ilə bağlı onu qeyd edir ki, cavabdeh işdən azad olunduğu zaman malların təhvil verilməsinə dair müvafiq aktın onun iştirakı olmadan tərtib edildiyini, həmin aktdakı məlumatlardan xəbərinin olmadığını, işdən azad olunması üçün həmin aktı imzalamalı olduğunun ona bildirildiyini, orada malların çatışmazlığı ilə bağlı ona heç bir məlumat verilmədiyini, izahatının alınmadığını, sadəcə aktı imza edərək, ondan sonrakı işçiyə təhvil verməl olduğunu dediklərini bildirsə də, cavabdeh tərəfindən qeyd olunan hallarla bağlı heç bir mötəbər sübuta istinad edilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli inventarizasiya siyahısına dair Akt və iltizamnamənin məzmunundan görünür ki, maddi məsul şəxs olan Cavabdeh iştirakı ilə öhdəliyində olan maddi qiymətlilər yoxlanılaraq yeni təyin olunmuşmaddi məsul şəxsə təhvil verildi, cavabdeh İnventarizasiya müddətinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısının mühasibatlığa təqdim etdiyini, kənara borc və başqa qaydada saxlanmaq üçün heç nə vermədiyini, heç kimdən borc və başqa qaydada saxlanmaq üçün heç nə almadığını bildirmiş və bu barədə iltizamnamə tərtib edilmiş, hər iki sənəd onun tərəfindən şəxsn imzalanmışdır. Cavabdeh qeyd edilən sənədlərin onun tərəfindən imzalanması halını qəbul etsə də, onda olan məlumatlardan xəbərinin olmadığını, onun iştirakı olmadan tərtib olunduğunu bildirmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən hallarla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, bununla bağlı heç bir dəlilə istinad edilməmişdir. Nəticə etibarilə qeyd edilən sənədləri və onda əks olunmuş məlumatları təkzib edən heç bir hal müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, cavabdeh işçi ilə ilə iddiaçı işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlandığından, cavabdehin həmin müqavilə üzrə işəgötürənin əmlakına vurulmuş ziyana görə tam mülki hüquqi məsuliyyət daşıması barədə öhdəlik götürdüyündən (qeyd olunan hallar işin mübahisəsiz halıdır), cavabdeh işçinin işə qəbul zamanı təhvil aldığı malların siyahısı və işdən azad olunduğu zaman təhvil veridyi malların siyahısı aşkar olduğundan (bu barədə cavabdehin iştirakı ilə tərtib edilmiş və özü tərəfindən imza edilmiş müvafiq aktlar mövcuddur), habelə malların siyahısında çatışmazlıq müəyyən edildiyindən, cavabdehin təqsirli hərəkətləri nəticəsində işəgötürənə maddi ziyan vurması və vurulmuş maddi ziyanla onun hərəkətləri arasında səbəbli əlaqənin olması halı aşkardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, sübutetmə yükünün bölüşdürülməsini düzgün müəyyən edərək, bununla bağlı düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı hissədə qeyd edir ki, hazırki mülki iş üzrə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı müvafiq ekspertiza keçirilmiş, həmin ekpsertizanın nəticəsinə dair ekspert rəyinə əsasən vurulmuş ziyanın məbləği 16037 (18937-2900) manat olduğu müəyyən edilmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vurulmuş ziyanın məbləğini iddia tələbi həddində (16037 manat) müəyyən etməkdə haqlı olmuşdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, cavavdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə əmtəəşunaslıq-qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 (on beş manat 40 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-615/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-615/2023
27.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver