Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-616/2024 26.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi –apellyasiya şikayətinin geri qaytarılması, müddət keçib, müddət bərpa barədə ərizə rədd) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-2450/2023 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 55 807 (əlli beş min səkkiz yüz yeddi) manat 10 (on) qəpik sığorta ödənişinin, ödənilmiş 257,42 manat dövlət rüsumunun və 0,40 manat tutulması dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2450/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (G.Tağızadə) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.
3. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 28 noyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(060)-2450/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət vermişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2450/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2341/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli və onunla bağlı 29 noyabr 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır.
8. Bundan sonra iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(060)- 2450/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzürlü hesab edilərək, prosessual müddətin bərpa edilməsi, apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(060)-2450/2023 saylı qətnaməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin məhkəmə apellyasiya şikayətini müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır. Belə ki, mübahisələndirilən qətnamə iddiaçının elektron kabinetinə 18 oktyabr 2023-cü il tarixdə yerləşdirilmiş, bununla da şikayət vermə müddəti başlamış və 18 noyabr 2023-cü il tarixədək davam etmişdir. 18 noyabr 2023-cü il tarixi qeyri-iş gününə təsadüf etdiyindən şikayət vermə müddəti 20 noyabr 2023-cü ilədək uzanmışdır. Apellyasiya şikayəti isə 24 noyabr 2023-cü il tarixdə verilmişdir. Yəni qətnamədən apellyasiya şikayəti cəmi 4 gün gecikdirilməklə verilmişdir. Buna səbəb isə qətnamənin elektron kabinetinə yerləşdirilməsi barədə iddiaçının nümayəndəsinə (Nümayəndə) heç bir SMS xəbərdarlıq göndərilməmişdir. İddiaçı "xxxx" ASC-nin məhkəmələrin icraatında kifayət qədər mübahisələrinin mövcudluğu və qeyd olunan digər diqqətəlayiq halları nəzərə alaraq apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət bərpa edilməli və apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.
10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2450/2023 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli e-2(060)- 2450/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətinin bərpası barədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
11. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2450/2023 nömrəli, 31 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsi və prosessual müddətin üzürlü səbəbdən ötürülmüş hesab edilməsi barədə ərizəni təmin edərək, şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
12. Birinci instansiya məhkəməsi bu iş üzrə 01 fevral 2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qətnaməsi iddiaçının elektron kabinetinə 18 oktyabr 2023-cü il tarixdə yerləşdirilmiş, bununla şikayət vermə müddəti başlamış və 18 noyabr 2023-cü il tarixədək davam etmişdir. 18 noyabr 2023-cü il tarixi qeyri-iş gününə düşdüyündən şikayət vermə müddəti 20 noyabr 2023-cü ilədək verilə bilərdi. İddiaçının nümayəndəsi tərəfindən isə apellyasiya şikayəti 24 noyabr 2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qanunda nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilmişdir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin irədəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkalarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış aktı qanunlik, obyektivlik və qərəzçilik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, prosessual müddətin bərpası barədə iddiaçının nümayəndəsinin vəsatəti əsassız olduğundan təmin edilməməlidir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 128.1, 129.2, 133.1, 360-cı maddələrinə və K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin müddətin bərpasından imtina etməsi barədə mövqeyi əsassız və qanunsuzdur. Məhkəmə müddətin bərpa edilməsi barədə vəsatətdə qeyd olunan hallara düzgün qiymət verməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdırmamış və müddətin hansı səbəbdən ötürülməsini aydınlaşdırmamışdır. Belə ki iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi komputerin skrinlərindən (ekran fotolarından) həmçinin Elektron İnformasiya sistemi mərkəzinə ünvanlanmış sorğulardan və cavablardan görünür ki, qətnamənin kabinetə yerləşdirilməsi barədə bildiriş e-mail adresinə texniki səbəblərdən gəlməmişdir. Bu isə öz növbəsində MPM-nin 135.6-cı mədəsində (həmin maddədə qeyd olunmuşdur ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.) pozuntusudur. Məhkəmə qərardadda qeyd etmişdir ki, "Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(060)-2450/2023 saylı qətnaməsi cavabdehə 18 oktyabr 2023-cü il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. İddiaçının kabinetinə isə «Elektron Məhkəmə İnformasiya Sistemi» ilə 18 oktyabr 2023-cü il tarixdə, saat 13-00-da yüklənmişdir". Lakin bildirir ki, iddiaçı tərəfə heç bir poçt vasitəsi ilə qətnamə göndərilməmişdir. Poçt vasitəsi ilə qətnamənin iddiaçıya təqdim olunmasını sübut edən hər hansı sənəd məhkəmədə yoxdur. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
16. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 363.1.3 Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-2450/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir.
22. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, mübahisələndirilən məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş, bununla müddətin axımı başlamış, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti xx.xx.2023-cü il tarixində bitmişdir. İddiaçının apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə daxil olmuşdur. Qanunun tələbinə görə iddiaçı tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti həmin vaxtdan hesablanmaqla bir ay müddətində verilə bilər. Lakin iddiaçı bu hüquqi imkandan istifadə etməyərək qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. Daha sonra işə baxan məhkəmə apellyasiya şikayətini geri qaytarmış, həmin qərardad apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
23. Bundan sonra iddiaçı tərəf qətnamədən apellyasiya şikayəti verilməsi üçün “ötürülmüş müddətin bərpası barədə” vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmə vəsatəti əsassız hesab edərək təmin etməmişdir.
24. İşin sadalanan ardıcıllığından görünür ki, iddiaçı tərəf qətnamədən ilk dəfə apellyasiya şikayəti verərkən qanunda nəzərdə tutulan müddəti bir neçə gün ötürməklə şikayət vermişdir.
25. Məhkəmənin apellyasiya şikayətinin geri qaytarılması barədə mövqeyini əsassız hesab edən kollegiya bildirir ki, iddiaçı bu qərardaddan apellyasiya şikayəti vermiş və dəlilləri təxminən hazırkı müddətin bərpası barədə ərizəylə uyğun təşkil etmişdir. Lakin şikayəti təmin olunmadığından hazırkı vəsatətlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi sadalanan ardıcılıqdan müəyyən edilir ki, ümumilikdə prosesin axımı uzun müddət ərzində davam etməmiş və iddiaçı hər dəfə öz hərəkətləri ilə mövcud məhkəmə qətnaməsi ilə barışmadığını qəti şəkildə nümayiş etdirmişdir. Hazırkı vəsatətində də qeyd etdiyi dəlillər işin halları ilə uzlaşmaqla, prosessual müddətin üzürlü səbəbdən ötürülməsinə dalələt edir.
26. Bundan əlavə təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, məhkəmənin sözügedən qətnaməsi "xxxx" ASC-nin elektron kabinetinə yerləşdirilsə də, səlahiyyətli nümayəndəsinin elektron kabinetinə yerləşdirilməsi iş materialları ilə təsdiq olunmur.
27. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin üzürlü səbəbdən ötürülmüş hesab edilməsi barədə vəsatəti təmin etməməklə haqlı nəticəyə gəlməmişdir.
28. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti prosesual tələblər baxımından digər hissələrdə qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, əlavə vaxt itkisinin qarşısının alınması və prosessual qənaət prinsipinə uyğun olaraq şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-2450/2023 nömrəli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(060)-2450/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə verilmiş vəsatət təmin olunaraq, apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-2450/2023 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(060)-2450/2023 saylı qətnaməsindən “apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə” iddaçı Paşa Sığorta” ASC tərəfindən verilmiş vəsatət təmin edilsin. Mülki iş qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təhvil verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.