Məhkəmə qərarları › İş №2(105)-618/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-618/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-618/2022 24.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinin tələblərinə uyğunluğu məsələsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın təmin edilməsi, Cavabdeh 241 (iki yüz qırx bir) manat borc, 30 (otuz) manat dövlət rüsumu, cəmi 271 (iki yüz yetmiş bir) manat məbləğində pulun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********42134 olan Xiaomi Redmi 7 markalı telefon almış və nəticədə 241 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, ümumilikdə 241 (iki yüz qırx bir) manat borc və 30 manat ödənilməmiş dövlət rüsumu, Cavabdeh, alınaraq "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 03 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********42134 olan Xiaomi Redmi 7 markalı telefon almış və nəticədə 241manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 398 (üç yüz doxsan səkkiz) manat (12 ay x 33 manat + 2 manat ilkin ödəniş) olan, İMEİ Kodu **********42134 olan Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə 241 (iki yüz qırx bir) manat olmaqla, ondan 241 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 157 manat təşkil edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. O, Bakı İnşaat Sənayə zavodunda kran maşinist vəzifəsində işləyir. Aldığı maaş 450 manat təşkil edir. Aliment ödəyəçisidir. Maddi durumu çox acınacaqlı vəziyyətdədir. Başqa yerdən qazancı yoxdur. Bu səbəbdən imkanı olmadığından o, iddiaçıya hər ay 20 manat olmaqla ödəyə bilər. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(060)-8926/2021 saylı qətnaməsinin ləğv edilməsi və ədalətli qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti geyri-mümkün hesab edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il qətnaməsinin surəti Cavabdeh tərəfindən rəsmi qaydada 01 dekabr 2021-ci il tarixdə almışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 20 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(060)-8926 saylı qərardadı ilə apellyasiya şikayəti forma və məzmununa görə düz verilmədiyi üçün, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Buna baxmayaraq Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, yenidən qanuna uyğun qaydada apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayəti verən şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 363.3, 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(060)-8926/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar