Məhkəmə qərarları › İş №2(105)-623/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-623/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-623/2022 14.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Azərbaycan Beynəlxalq X4 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq X4 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(012)-3907/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Beynəlxalq X4 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMCdən iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 24327.23 manat, faiz borcu üzrə 5979.02 manat, olmaqla cəmi 30306.25 manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Beynəlxalq X4 Cəmiyyəti iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 29.03.2015-ci il tarixli, 6-29-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 24327.23 manat əsas, 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 29.03.2015-ci il tarixli, 6-29-03-2015-YS- AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, 87 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 26670 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank ilə "xxxx" MMC arasında 29.03.2015ci il tarixli, 6-29-03-2015-YS-AAAF-AE nömrəli zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş arayışa əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka borcu 24327.23 manat əsas, 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat təşkil edir. Beləliklə, Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış fazilərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-cu il tarixli, 2(012)-3907/2021 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 24327,23 manat əsas borc (əsas borcun 21984,46 manat hissəsi müştərək, qalan hissəsi Cavabdeh1 tutulmaqla), 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat və 30.40 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq X4 Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin Cavabdeh1 münasibətdə təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə tərəfindən Azərbaycan Respublikası MM-nin 385.1, 442 və 445-ci maddələri Cavabdeh1 münasibətdə tətbiq edilməməli idi. Buna görə ki, iş materiallarından da məlumdur ki, kredit məbləği Cavabdeh1 yox, digər cavabdeh olan Cavabdeh2nə ödənilmişdir, ödənilmiş pulun müqabilində Cavabdeh2 mənzil tikərək Cavabdeh1 təhvil verməli idi, lakin faktiki olaraq müqavilə üzrə öhdəliklər Cavabdeh2 tərəfindən icra olunmamışdır. Pul məbləği Cavabdeh2nə ödənildiyindən həmin məbləğin qaytarılması öhdəliyi Cavabdeh2 üzərinə qoyulmalı idi. Çünki pul məbləği Cavabdeh2ndədir və mənzili də tikməmişdir. Lakin məhkəmə qətnamənin əsaslandırma hissəsində yanlışlığa yol verərək qeyd etmişdir ki, pul məbləği Cavabdeh1 tərəfindən təhvil alınmışdır. Faktiki olaraq müqavilənin təyinatından da görünür ki, kredit məbləği Cavabdeh1 yox, Cavabdeh2nə ödənilmişdir. Cavabdeh1 aldadılmışdır. Cavabdeh2 əməlində əsassız varlanma halı vardır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-nin 425-ci maddəsinə də istinad edərək düzgün qərar qəbul etməli idi. Bundan başqa, birinci inistansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MM-nin 385.1, 442 və 445-ci maddələri Cavabdeh2nə münasibətdə tətbiq edilməli idi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2(006)-1461/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM-0215 saylı “Mənzilin alqı-satqı müqaviləsi”nə xitam verilməsi, həmin müqaviləyə əsasən ödənilmiş 2970 (iki min doqquz yüz yetmiş) manat (ilkin ödəniş) məbləğində pul vəsaitinin "xxxx" Məhdud Məsliyyətli Cəmiyyətindən alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(012)-280/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 AAAF İnşaat MMC-yə qarşı maddi, mənəvi zərərin ödənilməsi və s.tələbi üzrə iddiası qismən təmin edilmiş, "xxxx" MMC-dən 11 653,31 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Bu məhkəmə qətnamələri onu sübut edir ki, hal-hazırda öhdəliklərini icra etməyən Cavabdeh1 yox, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yuxarıda da qeyd edildiyi kimi, birinci inistansiya məhkəməsi tərəfindən iş üzrə bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin və Abşeron Rayon Məhkəməsinin qətnamələri ilə müəyyən olunan hallar, iş üzrə faktiki zərərə uğramış şəxs və bağlanmış kredit və digər müqavilələr üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müqavilənin icra edilməməsi və bununla da Cavabdeh1 maddi zərər vurulması hissəsi araşdırılmamışdır. Məhkəmə tərəfindən iş materialları və qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilən hallar düzgün tövsif edilmədiyindən məhkəmənin gəlmiş olduğu nəticədə işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, qətnamənin Cavabdeh1 münasibətdə təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan: Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 29.03.2015-ci il tarixli, 6-29-03-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 26670 (iyirmi altı min altı yüz yetmiş) manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 24 mart 2015-ci il tarixli ABB YM-0215 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kv.m. ibarət, 1 otaqlı 87 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 24 mart 2015-ci il tarixli ABB YM-0215 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kv.m. ibarət, 1 otaqlı 87 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. Kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 24 mart 2015-ci il tarixli ABB YM-0215 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kv.m. ibarət, 1 otaqlı 87 №-li mənzili boşaltmalıdır. Kredit müqaviləsinin 13.8-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 24 mart 2015-ci il tarixli ABB YM-0215 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kv.m. ibarət, 1 otaqlı 87 №-li mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 29.04.2015-ci il tarixdən başlayaraq 29.03.2030-cu il tarixinə kimi hər ay banka 286.60 manat ödəməklə qaytarmalıdır. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh1, zamin AAAF-İnşaat MMC arasında bağlanmış 29.03.2015-ci il tarixli 6-29-03-2015-YSAAAF-AE saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 30.03.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə 26 670 manat pul vəsaitini alan kimi qeyd olunmuş və Cavabdeh1 onu imzalamışdır. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2nə ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. 19.05.2021-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə əsas borc üzrə 24327.23 manat, faiz borcu üzrə 5979.02 manat, olmaqla cəmi 30306.25 manat kredit borcu vardır. 12.10.2021-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə əsas borc üzrə 24327.23 manat, faiz borcu üzrə 6945.35 manat, olmaqla cəmi 31272.58 manat kredit borcu vardır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2(006)- 1461/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 mart 2015-ci il tarixli, ABB YM-0215 saylı “Mənzilin alqı-satqı müqaviləsi”nə xitam verilməsi, həmin müqaviləyə əsasən ödənilmiş 2970 (iki min doqquz yüz yetmiş) manat (ilkin ödəniş) məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsliyyətli Cəmiyyətindən alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(012)-280/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 AAAF İnşaat MMC-yə qarşı maddi, mənəvi zərərin ödənilməsi və s. tələbi üzrə iddiası qismən təmin edilmiş, "xxxx" MMC-dən 11 653,31 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. 24.03.2015-ci il tarixli X3 Qəbzindən görünür ki, Cavabdeh1 267 (iki yüz altmış yeddi) manat ödəniş etmişdir. 24.03.2015-ci il tarixdə "xxxx" MMC tərəfindən verilmiş ABB YM-0215 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 11, ümumi sahəsi 31,2 kv.m. ibarət, 1 otaqlı 87 №-li təmirli və mebel ilə təchiz olunmuş mənzilin alınması üçün ilkin ödəniş kimi 2970 manat məbləğində vəsait ödəmişdir. Borc qalığı 26670 manatdır. 11.02.2020-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC Müştəri xidməti departamenti ilə Cavabdeh1 (ş/v: AZE********; YEVLAX RPŞ; 14.03.2015-ci il) arasında bağlanmış 29.03.2015-ci il tarixli 6-29-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsinə əsasən (h/n: ********************) Abşeron ray., Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF-Park" .asayiş massivindəki 28 saylı küçəsində yerləşən 5 saylı bina, 87 nömrəli mənzil, 1 otaqdan ibartə ümumi sahəsi 31.2 kv.m olan mənzilin əldə edilməsinə görə 26,670.00 (iyirmi altı min altı yüz yetmiş,00) manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə 11.02.2020-cı ıl tarixədək 2,342.77 (iki min uç yüz qırx iki,77) manat əsas, 9,310.54 (doqquz min üç yüz on,54) manat faiz, ümumilikdə isə 11 653.31 (on bır min aitı yüz əlli üç,31) manat məbləğində ödəniş edilmişdir. Cavabdeh1 həmin kredit müqaviləsi üzrə 11.02.2020-ci il tarixinə bank qarşısında icra edilməmiş 24,327.23 (iyirmi dörd min üç yüz iyirmi yeddi,23) manat əsas borc və 2,884.17 (iki min səkkiz yüz səksən dörd, 17) manat faiz olmaqla cəmi 27,211.40 (iyirmi yeddi min iki yüz on bir,40) manat kredit öhdəliyi mövcuddur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, borcalan Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, zamin Cavabdeh2 isə bank qarşısında, digər borclu Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(012)-280/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldığından, 11653,31 manat məbləğində pul vəsaiti isə maliyyə arayışı ilə müvafiq kredit müqaviləsi üzrə 11.02.2020-cı il tarixədək 2,342.77 manat əsas, 9,310.54 manat faiz borcu olduğundan, hazırkı iddia tələbi üzrə əsas borc hissəsində zaminin mülki məsuliyyəti müvafiq olaraq 2 342.77 manat azaldılmalıdır. Belə ki, iddia tələbi üzrə qeyd olunmuş 24327,23 manat əsas borc məbləğindən 2342,77 manat çıxılmaqla əsas borcun 21984,46 manat hissəsində zamin müştərək cavabdehlik daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası maddi hüquq normalarının tətbiqinə giriş olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmir, ya da lazımınca yerinə yetirmir, bununla da mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. İş materiallarından göründüyü kimi, Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 29.03.2015-ci il tarixli, 6-29-03-2015-YS- AAAF-AE saylı Təminatlı kredit müqaviləsinə əsasən borcverən borcalana 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 26670 (iyirmi altı min altı yüz yetmiş) manat kredit verməyi öhdəsinə götürmüş və müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Bu işin nə iddiaçı, nə də cavabdehlər tərəfindən mübahisə edilməyən halıdır. Cavabdeh apellyasiya şikayətində pul məbləğinin Cavabdeh1 tərəfindən təhvil alınması barədə birinci instansiya məhkəməsinin yanlış nəticəyə gəldiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 həmin kredit məbləği inşa edilən mənzili əldə etmək üçün verilmiş və bu hal iş materialları ilə də təsdiqlənir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (Mülki Məcəllənin 442. maddəsi). Mülki Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh1 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, borcalan Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında, digər borclu Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-cu il tarixli, 2(012)-3907/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar