Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-625/2024 25.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştiraklarıı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(012)-988/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları Tərəflər arasındakı mübahisə pul tələbi ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehlərin ona 55300 manat borclarının olduğunu bildirir, cavabdehlər isə iddianın təmin olunmasına etiraz edirlər. Cavabdeh2 tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis bölməsində verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, anası Cavabdeh1 Fərhad qızı və oğlu X9 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı onun dayısıdır və qonşuluqda C.Əliyev küçəsində öz ailəsi ilə birlikdə yaşayır. Onun anası ilə yaşadığı ev İddiaçı adınadır. Həmin evdən İddiaçı onu, anasını və oğlunu 2017-ci ildə qeydiyyatdan çıxarmışdır. Həmin evi dayısı bir ildir ki, öz adına keçirmişdir. İddiaçı həmin evi öz adına keçirməyinin səbəbi 2013-cü ildə onun İddiaçı 30000 manat pulu hissə-hissə götürüb faizlə verməsidir. Həmin pullardan 10000 manat faizlə qaytarılmışdır. Hazırda, 20000 manat pul qalmışdır. Bu səbəbdən də, yaşadığı baba evi 2017-ci ildə İddiaçı adına keçirilmişdir. Nə vaxt ona pulu qaytarsa həmin evi yenə onun adına qaytaracaqdır. Hazırda, onu pul vermədiyi üçün dayısı evdən qovmuşdur. O və anası həmin evdən qeydiyyatdan çıxıb digər yerə qeydiyyata düşmüşlər. Həmin vaxt dayısı ona məxsus olan Ramana qəsəbəsində olan evə onu, oğlunu və anasını qeydiyyata salmışdır, lakin sonra demişdir ki, həmin ev təcili satılır və onlar məcbur olub qardaşı Elnurun Xırdalan qəsəbəsində yerləşən evinə qeydiyyata düşmüşlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 14:00-da o, yaşadığı evdə olan zaman dayısı evə girmiş və demişdir ki, onlar həmin evdən çıxıb getməli və evi tərk etməli idilər. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış və bu yaşadıqları evin içində baş vermişdir. Mübahisə dayısı ilə onun arasında olmuşdur. Mübahisənin əvvəlində anası işdə olmuşdur. Anası mübahisənin sonunda evə gəlmişdir. Mübahisə zamanı İddiaçı ona demişdir ki, o, evdən çıxıb getməli və ustalar gətirib evi təmir etdirəcəkdir. O, evi tərk etməyəcəyini bildirmişdir. Həmin vaxt evdə qonaq otağında dayısı ona hirslənib saçından tutmuş, evdən itələyib çıxartmağa başlamışdır. Sonra İddiaçı həyətdə olan taxta parçasını iki dəfə onun baş nahiyəsinə, sol ayağından və əlindən vurmuşdur. Bundan sonra o, DİN-nin “102” zəng mərkəzinə müraciət etmişdir. Mübahisənin sonunda İddiaçı onu taxta parçası ilə evdə döyən zaman anası artıq işdən gəlmiş və həmin hadisənin şahidi olmuşdur. Cavabdeh3 tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis bölməsində verilmiş izahatdan görünür ki, anası Cavabdeh1 və bacısı Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən evdə 32 ildir ki, yaşayır. X1 özü onları qeydiyyata saldırmışdır. Dayısının həmin evdə gözü olduğu üçün bacısını aldadaraq 30000 manat pulu sələmə vermişdir. Nəticədə, ailəyə hədə-qorxu gəlmiş və evdən qeydiyyatdan çıxarmağa və girov qoymağa məcbur etmişdir. O, oğurluq hadisəsi olduğunu və guya onun evinə daxil olaraq qapını sındırdığını qeyd etmişdir. Halbuki, 18 mm armatur, paslanmayan su qızdırıcısı və şiferler ona məxsusdur və bacısı oğlu həmin materialların ona məxsus olduğunu bildiyi halda onları yoldan keçən dənizçilərə satmışdır. Qapıya qaldıqda isə həmin ev ona məxsus olduğundan evinin qapısını sındırıb evinə daxil olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 55300 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı 55300 manat borcu vardır. Cavabdehlər Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, 8 saylı evin 129 saylı mənzilini almaq üçün iddiaçıdan hissə-hissə pul vəsaiti almışlar. Cavabdehlər həmin borcu iddiaçıya qarşı verdikləri iddia ərizəsində, polis bölməsində yazdıqları izahatlarında, habelə, məhkəmə qətnaməsində etiraf etmişlər. Lakin cavabdehlər borclarını verməməyə görə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin 1 saylı mənzilinə daxil olaraq çıxmırlar, polisə şikayət edərək cinayət işi başlatmışlar. Beləliklə, hal-hazırda, cavabdehlərin 55300 manat borcu vardır. 300 manat pulu iddiaçı Cavabdeh3 mənzilə çıxarış alan zaman vermişdir. Cavabdehlər müxtəlif bəhanələrlə borclarını qaytarmadıqlarına görə iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçı onun doğma dayısıdır və rayonda hamı iddiaçını “sələmçi” kimi tanıyır. İddiaçının sələmçi olduğunu şahidlər də təsdiq edə bilər. Dayısı öz bacısını aldatmışdır. O, öz həyətini satmışdır. İddiaçının çıxarışı 2019-cu ilə aiddir, o isə 2017-ci ildə gürcüstanlıya torpaq sahəsi satmışdır. Belə ki, o, Bakı şəhəri Suraxanı rayonunda yerləşən və 30 il yaşadığı torpaq sahəsinin ona aid pay torpaq sahəsini satmışdır. Pula ehtiyacı olduğundan həmin pulu xərcləmişdir. İcra tikintiyə icazə vermədiyindən onun gürcüstanlı ilə alqı-satqısı alınmamışdır. İddiaçı gürcüstanlını tapmış, ona pul təklif etmiş və torpaq sahəsini almaq istəmişdir. O, polisdə qeyd etmişdir ki, onun əvəzinə iddiaçının dediyinə görə 25000 manat pul vəsaiti vermişdir. İddiaçı ona torpaq sahəsini ucuza satdığını, özünün isə baha satacağını bildirmişdir. Doğma dayısı olduğundan iddiaçıya inanmış, elə bilmişlər ki, qeydiyyata düşəndən sonra ev sahibi olacaqlar. Nəticədə, xx.xx.2022-ci il tarixdə iddiaçı oğlu ilə evə hücum etmiş, cinayət işi açılmış və proses hazırda, davam edir. İddiaçı bacısını aldadaraq çıxarış almışdır. O, məcbur qalıb istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, iddia təmin olunmuş, qətnamə yuxarı instansiya məhkəməsində ləğv olunmuşdur. Səbəb isə iddiaçının çıxarışının olmasıdır. Hazırda, o, inzibati qaydada çıxarışı mübahisələndirəcəkdir. O, iddiaçıdan pul vəsaiti almamışdır. Notariusda heç bir sənədli borc müqaviləsi yoxdur. İddiaçı gürcüstanlıya onun əvəzindən pul vermiş, nəticədə, bütün evə sahib olmuşdur. Halbuki, o, gürcüstanlı ilə danışıb pulu hissə-hissə verəcəkdi. Onun ümumiyyətlə, iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur. Onun polis idarəsində verdiyi izahatın mahiyyətini iddiaçının onların əvəzinə pul verilməsi təşkil edir. Halbuki, onun iddiaçıdan belə bir xahişi olmamışdır. İddiaçı gürcüstanlıya 25000 manat pul vermiş, çıxarışı almaq üçün 5000 manat pul ödəmiş, 30000 manat pulu isə onlardan tələb edir. Evlə birlikdə torpaq sahəsinin ölçüsü 4 sotdur, dayısı 2 sotun əvəzinə 4 sotun hamısına yiyələnmiş, evə dair çıxarış almışdır. Torpaq sahəsi “neftin torpağı” olduğundan çıxarış ala bilməmişdir. Bacısının “faiz” işi ilə məşğul olduğunu bilməmişdir. Belə ki, bacısı ondan qorxduğu üçün hər şeyi ondan gizlətmiş, anası isə hər şeyi bilmişdir. Onun anası 25 ildir ki, həmin ünvan üzrə qeydiyyatda olmuş, ev isə əvvəldən onun babasının adına olmuşdur. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişlər ki, iddiaçının özünün də istinad etdiyi fakta əsasən, 30 000 manat borcu iddiaçı cavabdehlərə 2013-cü ildə vermişdir. İddiaçı bununla bağlı 2022-ci ilin sonunda iddia qaldırmış və bununla da iddia müddətini ötürmüşdür. İddia tələbinin iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin e-2(012)-988/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Habil Əhmədov) ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, sübutetmə vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmişdir. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 377.3. maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Tərəflər arasında borc hüquq münasibətləri 2013-cü ildə yaranmasına baxmayaraq, iddiaçı tərəfindən borcun qaytarılması ilə bağlı mübahisə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni, xx.xx.2022-ci il tarixdən başlanmışdır. Ona görə də iddiaçı tərəfindən iddia ərizəsi müddət ötürülmədən verildiyindən iddia ərizəsinə müddətin ötürülməsi səbəbindən təmin edilməməsinə lüzum qalmır. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3-cü, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 88-ci, maddələrinə və Sübutlarla əlaqədar X12 Məhkəməsinin təcrübəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozularaq iddia təmin edilməmişdir. Cavabdehlərin yazılı şəkildə polis bölməsində verdikləri izahatları nəzərə alınmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin polis şöbəsində verilmiş izahatlarını qorxu, həyəcan və təsir altında yazılmışdır. Halbuki, Suraxanı Rayon Məhkəməsində hal-hazırda cavabdehlərin şikayəti əsasında barəsində olan cinayət işində onlar özlərinin ilkin izahatlarını müdafiə edirlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 988/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə iddiası rədd edilmişdir (hakimlər – X8 (sədrlik edən və məruzəçi) X10 və X3). Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlərin polis idarəsində verdikləri izahatları ilə İddiaçı tərəfindən 30.000 manat məbləğində pulun cavabdeh Naibə Məmmədovaya 2013-cü ildə verilməsi öz təsdiqini tapsa da, iddiaçı həmin məbləği cavabdehdən ona qaytarılması ilə bağlı hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. İddia tələbinin 25.000 və 300 manat pulun tutulması hissəsində tələb olunan 25.000 manat məhz Cavabdeh3 yaşadıqları torpağın 2 sotunun başqa şəxslərə satdığı pulun onun əvəzinə iddiaçı tərəfindən 2017-ci ildə qaytarılan pul vəsaitidir. Belə olan halda həmin məbləğin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməklə iddiaçı haqlı olmasa da, Mülki Məcəllənin 1090.2-ci maddəsinin tələbi baxımından həmin vəsaiti Cavabdeh3 tutulması barədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bu zaman Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan tələb etmə müddətini ötürmüşdür. Kollegiya qeyd etmişdir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Bu baxımdan iddiaçının Cavabdeh2 qarşı 30.000, Cavabdeh3 qarşı 25.000 manat pulun tutulması hissəsində iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz. İddia tələbinin 300 manat məbləğində pulun tutulması hissədə iddiaçı həmin məbləğin Cavabdeh3 verilməsini sübuta yetirə bilmədiyindən təmin edilə bilməz. Məhkəmə kollegiyası Cavabdeh1 qarşı iddia tələbinə gəldikdə isə qeyd etmişdir ki, Cavabdeh1 cavabdeh kimi qoyulsa da, lakin hazırki iddia tələbinə cavab verməli olan şəxs olmadığından, iddia tələbi ona münasibətdə rədd edilməlidir. Kassasiya instansiyası məhkəməsində icraat İddiaçı (vəkil Nümayəndə) apellyasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2(102)-4141/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1177/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Əliyev Zaur, hakimlər Zəki Babayev və Abiddin Hüseynov). Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 25.300 manat pul tələbinin əsassız varlanmaya söykənməsi barədə mövqe ilə bağlı qeyd olunmalıdır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əsassız varlanan (varlanmış şəxs) sayılır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır.Göründüyü kimi, əsassız varlanma üçün aşağıdakı şərtlər təsbit olunmalıdır: cavabdehin əmlak əldə etməsi; bunu iddiaçının əmlakı hesabına əldə edilməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn əsasın olmaması. Qeyd olunan şərtlərdən birinin aşkar edilməməsi əsassız varlanma halını istisna edir. Ali Məhkəmə qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qeyd etdiyi İddiaçı Cavabdeh3 üçüncü şəxsə qaytarmalı olduğu 25.000 manatı ödəməsi halı adıçəkilən cavabdehin iddiaçının hesabına əmlak əldə etməsini göstərsə də, digər şərtin mövcudluğu - əldəetmənin qanuni və müqavilə əsasının olmadığı məhkəmə tərəfindən əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısındakı öhdəliyini borclunun əvəzinə üçüncü bir şəxs icra edilə bilər (şəxsə bağlı öhdəlik istisna olmaqla). Öz iradəsi ilə hərəkət edən üçüncü şəxs öhdəliyi borclunun tapşırığı və ya məlumatı əsasında, yaxud bunlar olmadan yerinə yetirə bilər. Bu cür mülki hüquq münasibətləri Mülki Məcəllədə öhdəliyin üçüncü şəxs tərəfindən icrası (§ 36-37), tapşırıq müqaviləsi (§ 38), özgə işlərini tapşırıqsız aparma (§ 40) kimi qaydalarla tənzimlənir. Bu qaydaları özündə əks etdirən normalar eyni zamanda üçüncü şəxsin borclunun əvəzinə öhdəliyi icra etməsinin müqavilə və ya qanuni əsaslarını təşkil edir. Ona görə də, borclunun əvəzinə kreditoru təmin edən üçüncü şəxsin borcluya qarşı tələbinin hansı qanuni əsasa uyğun olduğunu müəyyənləşdirmək işə mahiyyəti üzrə baxan məhkəmənin vəzifəsidir. Belə ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən əvvəlcə tərəflərin bildirdiklərini və iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmalı, bu hallara uyğun gələn maddi hüquq normalarını tapmalı, onların dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyənləşdirməlidir. Əgər irəli sürülmüş tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (§ 31-32). Apellyasiya məhkəməsi 30.000 manat və 25.300 manat pul tələbləri üzrə iddiaçının öz hüquqlarının pozulduğunu hansı tarixdən bildiyini və ya bilməli olduğunu dəqiqliklə qeyd etməmişdir. Məlum olduğu kimi, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (§ 33-35). Baxılan işdə isə apellyasiya məhkəməsi müəyyən etdiyi borc müqaviləsi üzrə 30.000 manat, habelə digər hüquq münasibəti üzrə 25.300 manat pul tələblərinə hansı iddia müddətlərinin tətbiq olunduğunu, öhdəliklərin icra vaxtının, yəni iddia müddətlərinin axımının hansı andan və hansı əsasla başladığını, nə vaxt bitdiyini aydın şəkildə göstərməmişdir. Belə olan halda, iddia müddəti hazırkı işə qanuni və əsaslı şəkildə tətbiq edilmiş sayıla bilməz. Beləliklə, yuxarıda qeyd edilənlər iş üzrə maddi hüquq normalarının (düzgün) tətbiq olunmadığına, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına, nəticə etibarilə düzgün olmayan qətnamə çıxarıldığına dəlalət edir (§ 45, 48-49). Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 23-24). Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Tətbiq edilən hüquq AR Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd edərək onunla əsaslandırmışdır ki, sübutetmə vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1, (Əliyeva) Cavabdeh2 və Cavabdeh3 onların ünvan 2 ünvanına istifadə hüququnun tanınması barədə iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3451/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-703/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3451/2022 saylı işi üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmış və Cavabdeh1, (Əliyeva) Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqlarının tanınmasına dair iddiaları rədd edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1, (Əliyeva) Cavabdeh2 və Cavabdeh3 kassasiya ikayəti vermiş, Ali Məhkəmənin 1997/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-703/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yuxarıda qeyd olunan mülki iş üzrə apellyasiya şikayəti verərkən apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1, (Əliyeva) Cavabdeh2 və Cavabdeh3 özlərinin qeyd etdiyi kimi həmin mənzildə yaşadıqları dövrdə Cavabdeh3 həyətin bir hissəsini dələduzluq edərək 25000 manata başqa bir şəxsə satmış və orada qanunsuz tikinti işləri aparmağa cəhd etmişdir. O, İcra Hakimiyyətinə şikayət etdikdən sonra orada tikilən tikilini sökmüşlər. Torpaq alan şəxs pulun qaytarılmasını tələb etmiş və polisə şikayət etmişdir. O, Cavabdeh3 əvəzinə 25000 manat pulu ödəmişdir. 2017-ci ildə iddiaçılar öz razılıqları ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilindən qeydiyyatdan çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev 2, mənzil 10-da yerləşən mənzilinə qeydiyyata düşmüşlər və orada yaşamağa başlamışlar. İddiaçılara mübahisəli mənzildən çıxmaları üçün öz razılıqları ilə 30.000 manat pul vermişdir. Onlara 25000 manat və 30000 manat məbləğində pul vermişdir. Onlar polisə verdiyi izahatlarında həmin faktları təsdiq edirlər İddiaçılar özlərinə məxsus ünvan 4 ünvanında yerləşən mənzildə yaşamalarına baxmayaraq, mülkiyyətində olan mənzilə qanunsuz olaraq daxil olmuşlar və mənzili zəbt etmişlər. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iddiaçıların mülkiyyətində olan mənzildən könüllü şəkildə köçüb daimi olaraq başqa yerə getmələri, hal-hazırda Xırdalan şəhərində faktiki mənzillərinin olması və həmin mənzildə pasport qeydiyyatında olmalarını, eyni zamanda onun iddiaçılara 55000 manat məbləğində pul verməsini nəzərə almamışdır. İddiaçı qeyd olunan mülki iş üzrə apellyasiya şikayətinin həmin dəlilləri iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-703/2023 nömrəli qətnaməsində və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respubikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1997/2023 nömrəli qərarında da öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ cavabdehlərin başqa mülki iş üzrə, yəni iddiaçıların Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqlarının tanınmasına dair iddia qaldırmaları ilə əlaqədar yaranmışdır və həmin iddia tələbi yuxarıda qeyd olunan yekun məhkəmə aktı ilə rədd edildiyindən iddiaçının hazırkı iddianın qaldırılmasında subyektiv hüququ aradan qalxmışdır. Belə ki, cavabdehlər iddiaçı ilə olan qarşılıqlı razılaşma ilə yaranmış borcun əvəzində yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxmışlar və həmin razılaşmanı hazırkı iş üzrə iddiaçı qəbul etmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Göründüyü kimi İddiaçı yuxarıda qeyd olunan mülki işlə bağlı apellyasiya şikayəti verərkən cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsi, ev 2, mənzil 10-da yerləşən mənzildən qeydiyyatdan çıxmaqlarının 55000 manatla əvəzləşdirilməsini özü apellyasiya şikayətində etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi iddianın əsaslı olmasına dair sübutlar olmadığından mahiyyət üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(012)-988/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-625/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-625/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver