Məhkəmə qərarları › İş №2(105)-626/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-626/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-626/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X7 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və X4 iştirakları ilə İddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və X5 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4387/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4387/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 1255 manat 67 qəpik məbləğində pulun tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat 40 qəpik və 30 manat notariat xərci məbləğində pulun cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutularaq “xxxxxxxxxxxx” ASC-yə verilməsi qət edilmişdir. (hakim Pərviz Hacıyev) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı “xxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və X5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1255,67 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun və 30 manat məbləğində notariat xərcinin, cəmi 1316,07 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutulub iddiaçı “xxxxxxxxxxxx” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində X4 mülkiyyətində olan “VAZ 21154” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də sığortalanmış “Mitsubishi Pajero” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Nəsimi RPİ-nin DYPB-nin xx.xx.2014-cü il tarixli, 9/1311107 saylı müvafiq arayışına, DİN BDYPİ-nin CYP 303534 saylı, xx.xx.2014-cü il tarixli inzibati xəta haqqında protokoluna və inzibati xəta haqqında iş üzrə qərarına əsasən, “VAZ 21154” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələbini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 51.2-ci maddəsinə əsasən təqsirli bilinmiş və 60 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh inzibati qərarla razılaşaraq onu öz imzası ilə təsdiq etmiş və inzibati tənbeh tədbiri icra edilmişdir. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı “xxxxxxxxxxxx” ASC tərəfindən “Mitsubishi Pajero” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 350 manat franşiza çıxılmaqla, 1.255,67 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh bugünə qədər həmin məbləğin geri ödənilməsindən qərəzli şəkildə yayınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AC seriyalı 042479 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Pajero” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r. AB seriyalı 893165 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21154” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. xx.xx.2013-cü il tarixli ƏN-İİ seriyalı 905663 №li etibarnamənin surətindən müəyyən edilir ki, X8 özünə məxsus “VAZ 21154” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətləri verilməklə 9 il 1 ay müddətinə xx.xx.2022-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan MİB-HO-0506-1/13 №li “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsi’nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 məxsus olan “Mitsubishi Pajero” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxx” ASC tərəfindən 29.520 manat sığorta məbləği həddində maddi zərərdən sığortalanmış və sığorta müddəti xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək müəyyən edilmişdir. Qeyd olunan şəhadətnaməyə əsasən avtonəqliyyat vasitəsinin maddi zərərdən sığortası üzrə azadolma məbləği 350 manatdır. xx.xx.2014-cü il tarixli 669/14-CM 696/14 saylı sığorta aktının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, MİB-HO-0506-1/13 saylı könüllü sığorta şəhadətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “xxxxxxxxxxxx” ASC-də kasko sığorta növündə sığortalanmış “Mitsubishi Pajero” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X10 zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 350 manat franşiza (azadolma məbləği) çıxılmaqla 1.255,67 manat sığorta ödənişi “xxxxxxxxxxxx” ASC tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 CYP 303534 №li xx.xx.2014-cü il tarixli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh1 İXM-nin 151.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2014-cü il tarixli “Zərərin hesablanması akf”ından görünür id, xx.xx.2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, X10 məxsus “Mitsubishi Pajero” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tədqiq edilən zədələnmiş avtomobilin dəyişilməli ehtiyyat hissələrinin və təmir-bərpa işlərinin adları aşağıdakı kimi olmuşdur: Ehtiyyat hissələri: ön bumper-1 ədəd 456,57 manat; buferin kronşteynni-1 ədəd 11,97 manat; sol dəmir kronşteynni/İEB-1 ədəd 11,58 manat; ıaklepka-10 ədəd 18,10 manat; podkrilnik-1 ədəd 50,97 manat; faraya suvuran-1 ədəd 78,41 manat; krishka-1 ədəd 17,65 manat; brizqovik-1 ədəd 26,87 manat; buferin dəmiri-1 ədəd 18,74 manat; dumanın fara-1 ədəd 173,66 manat; dumannı ockisi-1 ədəd 38,21 manat; sol krepleniye-1 ədəd 7,95 manat; krepleniya-1 ədəd 8,26 manat, cəmi 918,94 manat. İİ. Əmək haqqı: ön usilitelin təmiri agir-70 manat, ön buferin reng-si-100 manat, ön sol spollerin reng-si-40 manat; ön usilitelin reng-si-40 manat; ön buferin s/y-30 manat, oblisovkanm s/y-11,80 manat, ön sol qanadaltınm+spollerin s/y-25 manat, ön sol faranın s/y-10 manat, ön sol spollerin təmiri-30 manat, ön sol diskin reng-si-40 manat, razval-30 manat, 1 ədəd diskin sinomantajı və balansı-15 manat, cəmi 441,80 manat, ümumi məbləğ-1.360,74 manat. ƏDV 18%-244,93 manat. Yekun məbləğ-1.605,67 manat. “xxxxxxxxxxxx” ASC tərəfindən 621/**-CM-***/14 №li sığorta aktına əsasən, xx.xx.2014-cü il tarixli 001225 №li kassa məxaric orderi ilə İlham Aslanova 1.255,67 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 21, 936.2, 936.5, 1108.1, 1114.1, 1114.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1108.1-ci maddəsinə əsasən,ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarından müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində “VAZ 21154” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də sığortalanmış “Mitsubishi Pajero” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İnzibati xəta haqqında iş üzrə qərara əsasən, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı “xxxxxxxxxxxx” ASC tərəfindən “Mitsubishi Pajero” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 1.255,67 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında iddia ərizəsi üzrə tələb edilən məbləği mübahisələndirməsini nəzərə alaraq, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2137 nömrəli, xx xxxxxx 2020-ci il tarixli rəyində göstərilmişdir ki, iş materiallarında olan “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mitsubishi Pajero” markalı, ** FN *** dövıət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1483 manat müəyyən edilir. Ekspert rəyindən müəyyən edilir ki, avtomobilin təmir-bərpa xərci tələbdən çoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda sadalanan qanunvericilik normalarından və iş materiallarından görünür ki, “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ödənilmiş sığorta ödənişi məbləğini cavabdehdən subroqasiya hüququ (geriye tələb) qaydasında tələb etmək hüququ yaranmışdır. Sığorta şirkəti dəymiş zərərin əvəzini zərərvuran şəxsə ödədiyindən, həmin vurulmuş zərərin əvəzini tələb etmək hüququ subroqasiya qaydasında ona keçir və onun zərər vuran şəxsdən zərərin əvəzini tələb etmək hüququ yaranır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, baş vermiş avtonəqliyyat hadisəsinə görə “xxxxxxxxxxxx” ASC tərəfindən üçüncü şəxsə ödəmiş olduğu pul vəsaiti həcmində subroqasiya hüququnun yaranması və buna görə də ödənişin cavabdehdən alınması barədə tələb qanuni və əsaslıdır. Həmçinin, ekspert rəyinə əsasən avtomobilin təmir-bərpa xərci iddia ərizəsi üzrə tələb edilən məbləğdən çox olduğundan, birinci instansiya məhkəmsi iddia tələbini Cavabdeh1 münasibətdə tam təmin edərək düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4387/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri-100 (bir yüz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4387/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri-100 (bir yüz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar