Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-627/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2(060)-5457/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4812/2021 saylı qətnaməsi üzrə cavabdeh X3 xx.xx.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 (əlli bir min) manat məbləğində pul və 28 (iyirmi səkkiz) manat dövlət rüsumunun tutularaq iddiaçı qismində ona (İddiaçı) ödənilməsi barədə qəbul edilmiş qətnaməyə görə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə həmin qətnamədə qət olunmuş pul məbləğini Cavabdeh ilə X9 birgə nikahda olduqları və həmin pulu şəxsi ehtiyaclarına birgə xərclədiklərindən iddianın təmin edilməsi, Cavabdeh 25500 (iyirmi beş min beş yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh əri X4 arasında 32 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən xx.xx.2019-cu il tarixdə 3M-818 № ilə qeydə alınmış kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X9 xx.xx.2020-ci il tarixə kimi borc aldığı 51000 (əlli bir min) manat məbləğində pulunu qaytarmalı idi. Lakin o, bu günə kimi ona olan borcunu qaytarmamışdır. Borcun qaytarılması barədə X4 ev ünvanına və mobil nömrəsinə dəfələrlə bildirişlər göndərsə də Rəşad indiyə kimi borcunu ödəməmişdir. Ona görə də onun barəsində Sumqayıt Şəhər Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(060)-4812/2021 saylı qətnaməsinə əsasən cavabdeh X3 xx.xx.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 (əlli bir min) manat məbləğində pul və 28 (iyirmi səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda X9 ölkədən xaricdə əvvəl Ukrayna respublikasında gizlənmişdir, sonra müharibə başladığına görə qaçıb Almaniya Respublikasına getdiyi üçün onun barəsində Beynəlxalq Cinayət Polisi İdarəsi tərəfindən axtarış verilmişdir. X9 ilə birgə nikahda olduğu həyat yoldaşı Cavabdeh dəfələrlə yanına gedib gəlir, indi isə xaricə köçməyi planlaşdırırlar. Onlar birgə nikahda olduqları üçün onun 51000 (əlli bir min) manat pulunu əlbir olub mənimsədikləri sübuta yetirilmişdir. Belə ki, X4 adına DƏDRX-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Sumqayıt şəhəri, 5-ci məhəllə, 18A/39, mənzil 8 qeydiyyatdan keçmişdir. Onlar əlbir olaraq həmin 51.000 manat pulu öz ehtiyaclarına, evlərinin təmirinə və sair ehtiyaclarına xərcələyərək onun pulunu qaytarmırlar. Cavabdeh əri X9 ilə birgə nikahda olduqları vaxt onun 51000 manat məbləğində pulunu mənimsəyərək əsassız varlanaraq qazanc əldə etmişdir. O isə əmlakından (pulundan) məhrum olmaqla ağır maddi duruma düşmüşdür. Onun pulunu qaytarmadığına görə X4 atası Elman ilə şəxsən bir neçə dəfə görüşmüş, atası ona söz verərək zamin durduğunu bildirmiş ki, oğlunun hər ay adına Kamal adında şəxsin əlaqə nömrəsi 077 *** ** ** saylı mobil telefon vasitəsi ilə Ukraynaya 5000 manata yaxın pul göndərilir. O, həmin pulu oğlunun borcunun yerinə ona ödəyəcəkdir. Lakin Rəşadın atası Elman da onu aldatmışdır. Oğlunun ondan borca götürdüyü 51 000 manat pulunu qaytarmaq əvəzinə gəlini X6 müxtəlif yollar vasitəsi ilə Bakı şəhərində X1 işə bərpa etdirmişdir. Hesab edir ki, 32 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən xx.xx.2019-cu il tarixdə 3M-818 № ilə qeydə alınmış kredit müqaviləsi X9 ilə bağlanmasına baxmayaraq Rəşad həmin kredit müqaviləsinə əsasən ondan aldığı 51.000 manat pulu arvadı Cavabdeh ilə birgə nikahda olduğu müddət ərzində aldığına və öz şəxsi ehtiyaclarına xərclədiklərinə görə 51 000 manat pulun yarısı 25 500 manatı Cavabdeh tutulmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4812/2021 saylı qətnaməsinə əsasən cavabdeh X3 xx.xx.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 (əlli bir min) manat məbləğində pul və 28 (iyirmi səkkiz) manat dövlət rüsumunun tutularaq iddiaçı qismində ona (İddiaçı) ödənilməsi qət edilmiş qətnamə üzrə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə həmin qətnamədə qət olunmuş pul məbləği Cavabdeh X9 ilə birgə nikahda olduqları və həmin pulu şəxsi ehtiyyaclarına birgə xərclədiklərindən iddiası təmin edilməli, bu barədə qətnamə qəbul edilərək tələb 1/2 hissədə Cavabdeh qarşı yönəldilməlidir. Cavabdeh əri X7 borca verdiyi 51000 manat məbləğində pulunu geri qaytarmadıqları üçün hesab edir ki, həmin pulu Cavabdeh əri Rəşad Rəfiyev ilə birlikdə öz şəxsi ehtiyaclarına xərclədiklərindən onlar birgə məsuliyyət daşımalıdırlar və ondan mənimsədikləri 51 000 manat pulun yarısı yəni 25 500 manatının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2(060)-5457/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2(060)-5457/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə analoji məzmun daşıyır. Apellyasiay Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən hesab etmişdir ki, qüvvəyə minmiş qətnamə ilə ərdən tutulması qət olunmuş borc məbləğinin yarısının onun arvadından tutulması barədə hazırki iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. İddiaçı Rəfiyev Rəşada 51 000 manat pul borca verərkən Cavabdeh ilə birgə nikahda olmuşlar və krediti aldıqdan sonra onlar 3 il birgə nikahda yaşayaraq qeydiyyatda olduqları və yaşadıqları ünvandan başqa Rəfiyev Rəşadın öz adına olan ünvan 1 nsaylı mənzili təmir etdirib kirayə vermiş və qazanc əldə etmişlər. X15 Camalovdan borca götürdüyü pulu qaytarmamışdır. Rəşad Rəfiyev 51000 manat pulu Cavabdeh ilə birlikdə öz şəxsi ehtiyyaclarına xərcləmiş, bundan başqa Cavabdeh Ukraynada müharibə başlayana qədər əri Rəşad Rəfiyevlə istirahətlərə getmişlər. Cavabdeh əri X12 Camalovdan 51000 manat pul borca aldığını bildiyi halda susmuş və bu barədə narazılığını bildirməmişdir. Bu faktlar iddianın təmin edilməsinə kifayət qədər əsas verdiyi halda və o cümlədən bunların əksini təsdiq edəcək sübutlar olmadığı halda məhkəmə əsassız olaraq iddianı rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(060)-5457/2022 saylı ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, tərəfin izahatını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2(060)-5457/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işin icraatına xitam verilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4812/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər X9, Cavabdeh və X8 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X3 xx.xx.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 (əlli bir min) manat məbləğində pulun və 28 (iyirmi səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ilə X9 arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə X7 51.000 (əlli bir min) manat məbləğində borc pul vermişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X4 adına Sumqayıt şəhəri, 5-ci məhəllə 18A/39, mənzil 8 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X4 adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(06)-4873/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh X7 qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X9 arasında xx.xx.2013-cü il tarixində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X5 iddiaçı Cavabdeh yanında saxlanması, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin cavabdeh X3 tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixindən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa mülki işin icraatına xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından aydın olur ki, iddiaçı daha öncə sözügedən kredit müqaviləsindən irəli gələn tələblə hazırkı iş üzrə cavabdehin keçmiş əri Rəşad Rəfiyevə, hazırkı iş üzrə Cavabdeh və X8 qarşı məhkəməyə müraciət etmiş və həmin tələb üzrə onun iddiası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4812/2021 saylı qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh X3 xx.xx.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 (əlli bir min) manat məbləğində pulun və 28 (iyirmi səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə, yəni cavabdehlər Cavabdeh və X8 münasibətdə təmin edilməmişdir. Həmin qətnamə hazırda da qüvvədədir. İddiaçı hazırda eyni mübahisə üzrə eyni tərəfə qarşı tələbi bir qədər dəyişməklə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırkı mülki işə mahiyyəti üzrə baxıla bilməzdi. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2(060)-5457/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 384.0.5 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2(060)-5457/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-627/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-627/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver