Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-63/2023 18.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X12 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(012)-131/2021-011 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh qarşı Abşeron rayon, Məhəmmədli kəndində yerləşən torpaq sahəsinin giriş-çıxış yolunun Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, həmin torpaq sahəsində giriş-çıxışının bərpa edilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qanunsuz təsirlərdən, manelərdən azad edilməsi və cavabdehdən dəymiş maddi ziyan üçün 1599 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə iddiası təmin edilməməsi, ekspertiza xərci olaraq müəyyən edilmiş 50 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X4nin AZ34 CTRE******************** saylı hesabına və 67.20 manat isə İddiaçı alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin giriş-çıxış yolunda olan maneələrin aradan qaldırılması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayon, Məhəmmədli kəndində yerləşən torpaq sahəsinin giriş-çıxış yolunun Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, həmin torpaq sahəsində giriş-çıxışının bərpa edilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qanunsuz təsirlərdən, manelərdən azad edilməsi və cavabdehdən dəymiş maddi ziyan üçün 1599 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon, Məhəmmədli kəndində yerləşən yaşayış üçün nəzərdə tutulan həyətyanı torpaq sahəsi DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarışla tam şəkildə mülkiyyət hüququ ilə 01 dekabr 2010-cu il tarixdən etibarən İddiaçı məxsusdur. Torpaq sahəsinin yerləşdiyi ərazi yeni yaşayış massivi olduğundan hələ də ünvan reyestri aparılmamışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün iddiaçı eskiz layihəsi almış, həmin eskiz layihəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 2039 saylı, 20 dekabr 2010-cu il tarixli sərəncamı ilə sözü gedən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə rəsmi qaydada icazə verilmişdir. İddiaçının oğlu Nəsibov Aqil ailəsi ilə birlikdə həmin evdə onlarla yaşayır. Qonşu sahədə qonşuları cavabdeh X7 məxsus torpaq sahəsi mövcuddur. Cavabdeh qanunsuz və əsassız olaraq iddiaçıya məxsus torpaq sahəsinin təqribən 1 metr 50 sm hündürlükdə mişar daşları ilə hörməklə giriş və çıxış yolunu bağlamışdır. Bununla əlaqədar olaraq iddiaçı 22 may 2019cu ildə Azərbaycan Respublikası TDİT üzrə DA-nə müraciət etmişdir. Həmin qurumun Abşeron rayon ərazi üzrə mütəxəsisləri əraziyə baxış keçirmiş və cavabdeh tərəfindən aparılmış tikinti işlərin qanunsuz hesab edərək həmin torpağa dair istifadə, sahiblik və sərəncam hüququnun olmamasını əsas gətirərək qanuna əsasən materiallar toplamış və həmin materialları Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə göndərmişdir. Sözü gedən idarə iş materiallarım Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərmişdir. Həmin iş materialları Sabunçu rayon Pİ tərəfindən araşdırılmış və iş mülki mübahisə olduğundan məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qanunsuz olaraq tikinti aparılmış mübahisəli torpaq sahəsinin onun torpaq sahəsinin girişçıxış yolunda olması Abşeron rayonu, Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş 23 may 2019-cu il tarixli, 104 nömrəli bildiriş məktubunda göstərilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Nəsibov X6 Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə razı olmadığı üçün məhkəmə qarşısında təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırmasına baxmayaraq məhkəmə vəsatəti təmin etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini cavabdeh tərəfindən tikilmiş tikilinin iddiaçının hər hansı hüququnu pozmasının təsdiq edilməməsi ilə əsaslandırmış, gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad etmiş və bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X13rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X9 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Abşeron rayon, Məhəmmədli kəndində yerləşən yaşayış üçün nəzərdə tutulan həyətyanı torpaq sahəsi DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarışla tam şəkildə mülkiyyət hüququ ilə 01 dekabr 2010-cu il tarixdən etibarən İddiaçı məxsus olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi iddiaçıya məxsus torpaq sahəsinin giriş-çıxış yolunun cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, qanunsuz tikilinin onun hesabına sökülməsi, torpaq sahəsinin qanunsuz təsirlərdən, manelərdən azad edilməsi və dəymiş maddi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2, 1096-cı maddələri təşkil edir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçının mülkiyyətində 0,039 ha torpaq sahəsinin olduğu işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinə xx.xx.2010-cu il tarixdən etibarən mülkiyyət hüququ əldə edən iddiaçı qonşu sahədə yerləşən Cavabdeh mübahisəli ərazidə ona məxsus torpaq sahəsinin 1 metr 50 sm hündürlükdə mişar daşları ilə hörməklə giriş və çıxış yolunu bağladığını qeyd etsə də, bunu təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə istər birinci, istərsə də apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyi ilə, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçının mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli, 10/363 №-li rəyi ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 dekabr 2020-ci il tarixli, **********84 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadə etdiyi 0,034 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki kadastr sənədləri (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları vəs.) iş materiallarına təqdim edilmədiyindən və elektron kadastr məlumat bazasında Abşeron rayonu, Məmmədli bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində yol nəzərdə tutulmadığından giriş-çıxış yolunun cavabdeh tərəfindən zəbt olunub-olunmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinə giriş-çıxış yolunu servitut qaydaları ilə müəyyənləşdirmək olar. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində X3 mülkiyyətində olan xx.xx.2016-cı il tarixli, **********14 reyestr nömrəli, 0.08 ha torpaq sahəsinin 87 kv.metr hissəsindən İddiaçı və digər şəxslər tərəfindən faktiki olaraq giriş-çıxış yolu kimi istifadə olunur. Abşeron rayon, Məmmədli kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2010-cu il tarixli, **********25 reyestr nömrəli, 0,039 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində iddiaçının faktiki istifadəsində olan yaşayış evi mövcuddur. Cavabdeh həmin torpaq sahəsində hər hansı bir tikililisinin mövcud olmadığı müəyyən olunur. Məhkəmə Ekspertiza Mərkəzinin 10/816 №li 03 aprel 2023-cü il tarixli ekspert rəyi ilə arxiv sənədlərində yol göstərilmədiyindən İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinin ilkin sənədlərinə əsasən giriş çıxış yolunun hansı tərəfdə olması müəyyən olunmadı. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallar iş materialları ilə təkzib olunduğundan, eləcə də iddiaçının öz əmlakından istifadəsinə maneə və ona məxsus torpaq sahəsinin giriş-çıxış yolunun qanunsuz sahibliyində olmadığından, iddia tələbləri təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat, həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı iddia tələbləri rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-63/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-63/2023
18.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver