Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-631/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “xxxx” BOKT-un nümayəndəsi X2, Cavabdeh2 MMC-nin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı “xxxx” BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin və peniyanın tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-111/2020 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-111/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 77.615.11 (yetmiş yeddi min altı yüz on beş manat, on bir qəpik) manat əsas borc, 77.78 (yetmiş yeddi manat, yetmiş səkkiz qəpik) manat faiz borcu, 9332 (doqquz min üç yüz otuz iki) manat cərimə borcu, 500 (beş yüz) manat dəbbə pulu olmaqla, cəmi 87524,89 (səksən yeddi min beş yüz iyirmi dörd manat, səksən doqquz qəpik) manat məbləğində borc və iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzinin tutularaq, “xxxx” X16 Təşkilatına verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 MMC-dən alınaraq dövlət büdcəsinə (adı: dövlət xəzinədarlığı agentliyi kodu: 210005; VÖEN: **********; müxbir hesab: AZ41NABZ********************; sfift bik: CTREAZ22; məhkəmə ekspertiza mərkəzi - VÖEN **********; hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir (hakim Elçin Kazımov) Qətnamədən Cavabdeh2 MMC apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-111/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, pul tələbinin Cavabdeh2 MMC-dən tutulması hissəsində ləğv edilərək pul vəsaitinin Cavabdeh1 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” X16 Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCdən 80.000 manat əsas borc, 14.566,22 manat faiz borcu, 72.480 manat penya borcu olmaqla, cəmi 167.046,22 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi X5 Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, “xxxx” X16 Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 80,000 manat əsas borc, 33,055,11 manat faiz borcu, 150,480 manat penya olmaqla, cəmi 263,535,11 manat borcun Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq “xxxx” X16 Təşkilatının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X7 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-111/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə borcun məbləği hissəsində tam razı olsalar belə, hesab edirlər ki, Cavabdeh2 MMC-yə münasibətdə “xxxx” X16 Təşkilatı MMC-nin iddia tələbləri tamamilə rədd edilməlidir. Belə ki, iddiaçı “xxxx” X16 Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 6 ay müddətinə, illik 26% olmaqla 80.000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədilə, “xxxx” X15 ilə Cavabdeh2 MMC arasında xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı zaminlik müqaviləsi bağlanmışdır. “xxxx” X16 Təşkilatı MMC və Cavabdeh1 arasında bağlanan xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC zamin olaraq çıxış etdiyi vaxt Cavabdeh2 MMC-nin təsisçisi və direktoru Cavabdeh1 olmuşdur və daha sonra Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MMC-də olan 100% payını notarial təsdiqli alğı-satqı müqaviləsinə əsasən X1. payların satışı həyata keçirilən zaman X6 Cavabdeh2 MMC-ı xx.xx.2017-ci il tarixli 1518/2017 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə görə zamin olduğu faktı gizlədilmişdir. xx.xx.2018-ci il tarixli payların alğısatqı müqaviləsinin 2.2-ci bəndində də qeyd edilmişdir ki, satılan pay üzərində hər-hansı məhdudiyyət və yüklülük yoxdur. Bu fakt tərəfindən məhkəmə araşdırması zamanı şifahi qaydada məhkəmənin diqqətinə çatdırılmışdır, faktla bağlı lazımı sübutlar məhkəməyə təqdim edilmişdir və xx.xx.2020-ci il tarixdə məhkəməyə yazılı şəkildə təqdim edilən məhkəmə çıxışında bildirmişdir. Lakin bu hala məhkəmə qətnaməsində münasibət bildirilməmişdir. Məhkəmə 2(012)-111/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsində X8, xx.xx.2017-ci il tarixli 1518/2017 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin zamin kimi çıxış etdiyindən məlumatı olmadan, Cavabdeh2 MMCdəki Cavabdeh1 məxsus 100% payı xx.xx.2018-ci il tarixdə alğı-satqı müqaviləsi ilə əldə etməsi məsələsinə ümumiyyətlə toxunmamış, yalnız Cavabdeh2 MMC-nin iddiaçı “xxxx” X3rşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığı qənaətinə gəldiyini qeyd etməklə kifayətlənmişdir, qətnamənin əsaslandırıcı hissəsində məhkəməyə təqdim edilmiş bu sübutlar dəyərləndirilməmiş, qəbul edilib-edilməməsinin səbəbləri göstərilməmişdir. Cavabdeh2 MMC xx.xx.2017-ci il tarixdən 1518/2017 saylı zaminlik müqaviləsinin tərəfi kimi çıxış etsə belə, qanunvericilik tərəfindən hüquqların zaminliklə yüklü edilməsi ilə bağlı hər hansı dövlət qeydiyyatı tələb olunmadığından, zaminlik münasibətləri vaxtaşırı icra edilməli öhdəlikləri nəzərdə tutmadığından və əvəzsiz müqavilə kimi zaminlik müqaviləsi üzrə zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımadığından (Cavabdeh2 MMC-nin iddiaçıya qarşı hər hansı tələbi olmadığı üçün) X13 xx.xx.2018-ci il tarixli payların alğı-satqı müqaviləsi bağlanarkən və sonrasında Cavabdeh2 MMC-nin Cavabdeh1 öhdəliklərinə görə zamin kimi çıxış etməsi faktından məlumatı olmamışdır. “xxxx” X16 Təşkilatı MMC məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, dəfələrlə kreditin və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Cavabdeh1 müraciətlər edilmişdir. Kreditor “xxxx” X16 Təşkilatı MMC müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulan 6 aylıq müddət bitdikdən sonra, zamin Cavabdeh2 MMC-yə Cavabdeh1 tərəfindən borcun ödənilmədiyini bildirə və faiz borclar yığılmadan öhdəliyin icrasını ondan tələb edə bilərdi. Qanunvericiliyə əsasən zaminlik öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün təminat üsulu kimi çıxış edir. Əgər iddiaçı borclu tərəfindən icra edilməyən öhdəliyin icrasına təminat vermək üçün zaminlik müqaviləsi bağlamışdısa, borclu tərəfindən öhdəlik yerinə yetirilmədiyi halda mübahisə ilə bağlı məhkəməyə müraciət edilən tarixədək tələbini zaminə yönləndirə bilərdi, belə olduğu halda, bu Cavabdeh2 MMC-nin də mənafeyinə daha uyğun olardı. Çünki, kredit müqaviləsinin 1.3.cü bəndinə nəzərdə tutulub ki, “Zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər, habelə Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Kreditor qarşısında Borcalanla eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2017-ci il tarixdə Cavabdeh2 MMC-nin təsisçisi və direktoru olmuş Cavabdeh1 təmsil etdiyi hüquqi şəxsin mənafelərini nəzərə almadan, hüquqlarından sui-istifadə edərək, öz mənafeyini hüquqi şəxsin mənafeyindən üstün tutaraq, Cavabdeh2 MMC-nin fəaliyyəti ilə bağlı olmayan, kredit müqaviləsi nəticəsində əldə etdiyi «borcun ödənilməsi ilə bağlı öhdəliyinin icrasını təmin etmək üçün hüquqi şəxsin adından zaminlik müqaviləsi bağlamış, daha sonra öz öhdəliyini vaxtında və lazımi qaydada icra etməyərək, borcu ödəməmiş və Cavabdeh2 MMC-nin məsuliyyət daşımasına səbəb olmuşdur. Üstəlik, xx.xx.2018-ci il tarixdə zaminliklə bağlı öhdəliyi gizlədərək Cavabdeh2 MMC-də olan 100% payını notarial təsdiqli alğı-satqı müqaviləsi ilə X1. X13 xx.xx.2018-ci il tarixdə Cavabdeh1 Cavabdeh2 MMC-də olan 100% payı notarial təsdiqli alğı-satqı müqaviləsi ilə əldə etdikdən sonra, “xxxx” X16 Təşkilatı MMC xx xxxxx 2019-cu il tarixdə Cavabdeh2 MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, Satıcı Cavabdeh1 alıcı X6 Cavabdeh2 MMC-nin “xxxx” X16 Təşkilatı MMC-nin zaminlik müqaviləsindən irəli gələn hüquqları ilə yüklü olduğunu gizlətmiş və bunun nəticəsində həm alıcı X11, həm də onun tərəfindən idarə olunan Cavabdeh2 MMC-ni ümumilikdə 87.524,89 (səksən yeddi min beş yüz iyirmi dörd manat, səksən doqquz qəpik) məbləğində həcmində zərərə uğratmışdır. zaminlik müqaviləsinin Cavabdeh2 MMC-nin hüquqi mənafeyi pozularaq bağlandığını və X8 zaminlik müqaviləsi bağlandıqdan sonra, zaminlik öhdəliyini bilmədən Cavabdeh2 MMC-dəki 100% payları alğı-satqı müqaviləsi ilə əldə etdiyini nəzərə alaraq, 77.615.11 (yetmiş yeddi min altı yüz on beş manat, on bir qəpik) əsas borc, 77.78( yetmiş yeddi manat, səkkiz qəpik) faiz borc, 9332 (doqquz min üç yüz otuz iki) manat cərimə borc, 500 ( beş yüz) manat dəbbə pulu olmaqla, cəmi 87.524,89 (səksən yeddi min beş yüz iyirmi dörd manat, səksən doqquz qəpik) məbləğində borc Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada deyil, yalnız borclu Cavabdeh1 tutularaq iddiaçı “xxxx” X16 Təşkilatına verilməlidir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-111/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən, pul vəsaitinin Cavabdeh2 MMC-dən tutulması hissəsində ləğv edilərək, qətnamə üzrə pul vəsaitinin borclu Cavabdeh1 tutularaq iddiaçı “xxxx” X16 Təşkilatı MMC-nin xeyrinə verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” BOKT-un nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, “xxxx” X16 Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 6 ay müddətinə, illik 26% olmaqla 80.000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, “xxxx” X16 Təşkilatı ilə Cavabdeh2 MMC ilə xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bu günədək sözügedən kreditin əsas borcundan 0 manat, faiz borcundan 13.456 manat olmaqla, cəmi 13.456 manat məbləğində ödəniş etmişdir. Bank tərəfindən dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Cavabdeh1 müraciətlər edilmiş, lakin o, verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Nəticədə, Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə x xxxxx 2019-cu il tarixə əsas borc üzrə 80.000 manat, faiz borcu üzrə 14.566,22 manat, 720480 manat penya olmaqla, cəmi 167.046,22 manat məbləğində borcu mövcuddur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-111/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasuiya şikayətində qətnaməni qismən, borcun zamin kimi ondan tutulması hissəsini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə- borcun zamindən tutulması hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-111/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan “Kreditor” “xxxx” X16 Təşkilatı ilə “Borcalan” Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı kredit müqaviləsinin surətindən görünür ki, kreditor tərəfindən borcluya 6 ay müddətinə, 80.000 manat məbləğində kredit verilməsinə, borclunun isə krediti qəbul etməsinə, bu müqavilədə göstərilən məqsədə istifadə etməsinə, bu müqavilədə göstərilən müddətdə və qaydada kredit və kreditə görə hesablanmış faizləri kreditora qaytarmasına dair borc pul öhdəliyidir. Həmin müqavilənin 3.1.4.1 və 3.1.4.2-ci bəndinə əsasən əsasən, kreditor əsas borcu hesablanmış faizlər ilə birlikdə qaytarılmasını borcalandan vaxtından əvvəl tələb edə bilər. Həmin müqavilənin 3.2.8-ci bəndinə əsasən, əsas borc, kreditdən istifadəyə yerə hesablanmış faizlər, cərimələr, borcların yığılması ilə əlaqədar digər xərclər, məhkəmə, qiymətləndirmə, hərrac və sair) borcalan tərəfindən ödənilməlidir. İşdə olan “Kreditor” “xxxx” X16 Təşkilatı ilə “Zamin” Cavabdeh2 MMC arasında bağlanmış 1518/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, “Zamin” kredit müqaviləsi üzrə “Borcalan”ın Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşdə olan “xxxx” X16 Təşkilatı tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 80.000 manat əsas borcu, 33055.11 manat faiz borcu, 150480,00 manat cərimə borcu olmaqla, cəmi 263535,11 manat məbləğində borcu qalmışdır. İşdə olan “xxxx” X16 Təşkilatı tərəfindən Cavabdeh1 və Cavabdeh2 MMC-yə ünvanlanmış 328 saylı, xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini icra etmələri və əks halda bunun hüquqi nəticələri izah olunmuşdur. İşdə olan xx xxxx 2018-ci il tarixli Payın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, “Satıcı” Cavabdeh1 Cavabdeh2 MMC-dəki 100 % payını “Alıcı” X1. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən “Kreditor” “xxxx” X16 Təşkilatı ilə “Borcalan” Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 1518/2017 saylı kredit müqaviləsi bağlanmasını, kredit müqaviləsinin təminatı kimi “Kreditor” “xxxx” X16 Təşkilatı ilə “Zamin” Cavabdeh2 MMC arasında bağlanmış 1518/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmasını, “Zamin”in kredit müqaviləsi üzrə “Borcalan”ın Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsini müəyyən edərək iddianı zaminə qarşı hissədə də təmin etmiş, tələb olunan borc məbləğinin borcalanla birlikdə zamindən müştərək qaydada tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borcun borcalanla yanaşı zamindən də müştərək qaydada tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə, kredit müqaviləsi bağlanarkən zaminlik müqaviləsini bağlamış Cavabdeh2 MMC-nin təsisçisi və direktorunun borcalan Cavabdeh1 olması, sonradan Şahin Mehralıyevin MMC-də olan 100% payını satmasını, Cavabdeh2 MMC-nin zamin kimi üzərinə götürdüyü öhdəliklərdən azad olmasına əsas ola bilməz. Bundan əlavə hazırki gündə də qeyd edilən zaminlik müqaviləsi qüvvədədir, hər hansı şəxs və ya orqan tərəfindən mübahisələndirilməmiş, müqavilənin ləğvinə dair məhkəmə qərarı mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 MMC-nin apelyasiya şikayəti təmin edilməməli və Cavabdeh2 MMC-nin apelyasiya şikayəti üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-111/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 MMC-nin apelyasiya şikayəti üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-111/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-631/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-631/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver