Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-632/2022 23.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-4543/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-4543/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 54674,05 manat əsas borc, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 22082,26 manat faiz borcunun və 30,40 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-4543/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 da qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-4543/2021 saylı qətnaməsinin ona qarşı iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və ona qarşı qaldırılmış iddianın rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ "xxxx" ASC Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 54674,05 manat, faiz borcu üzrə 20153,48 manat olmaqla, cəmi 74827,53 manat kredit borcunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun, həmçinin bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 54674,05 manat əsas borc, 22082,26 manat faiz borcu olmaqla, cəmi 76756,31 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsinə əsasən bank Cavabdeh2 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 59360 (əlli doqquz min üç yüz altmış) manat kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC, Cavabdeh2 və zamin "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015- YS-AAAF-AE saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün onun banka iddia tələbində qeyd olunan məbləğdə borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq etmiş, nəticəsi olmadığından məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə başlıca olaraq Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, 2(012)-580/2018 nömrəli qətnaməyə əsaslanır. Məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-580/2018 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında imzalanmış 11 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən "xxxx" MMC-yə dənilmiş 79365 manat, maddi ziyan kimi 13346.71 manat, mənəvi zərərə görə 2000 manat, 20 manat dövlət rüsumuna görə pul, cəmi 94731.71 manat məbləğin "xxxx" MMC-dən alınıb Cavabdeh2 verilməsi barədə qətnamə qanuni qüvvəsini aldığından hazırkı iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, əsas borc üzrə məbləğ Cavabdeh2, faiz borcu isə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulmalıdır. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə məhz qeyd edilən qətnaməyə əsaslanır. Lakin məhkəmə bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 kredit verilmişdir, həmin kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış zaminlik müqaviləsinin şərtlərindən göründüyü kimi cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi gecikdirildiyi halda zamin yaranmış bütün borc məbləği üçün borclu ilə birgə məsuliyyət daşıyır. Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamə "xxxx" MMC ilə Cavabdeh2 arasında olan münasibəti tənzimləyir. Həmin qətnamə "xxxx" ASC ilə cavabdehlər arasında olan münasibətə təsir göstərə bilməz. Bank tərəfindən kredit məbləği Cavabdeh2 verilmiş və kredit müqaviləsinin təminatı qismində isə bank ilə "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Mövcud vəziyyətdə zaminin əsas borc hissəsində məsuliyyətinin tanınmamasına hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə ləğv edilməli, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla iddiaçı "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsi bağlanılmış və ona 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 59360 manat kredit ayrılmışdır. Kredit vəsaiti Cavabdeh2 ilə digər cavabdeh "xxxx" MMC arasında bağlanılan 11 mart 2015-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən inşa edilib İbrahimovaya təhvil verilməli olan Abşeron rayonu, Xırdalan şəhəri. H.Əliyev prospekti 167 ünvandakı 5 saylı binanın 3 otaqlı, ümumi sahəsi 122,1 kv.m təşkil edən 23№-li mənzilinin tikintisi üçün "xxxx" MMC-yə köçürülmüşdür. Eyni zamanda, Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə ilkin ödəniş kimi 20005 manat ödənilmişdir. Lakin cavabdeh "xxxx" MMC mənzilin razılaşdırılan bütün dəyərini qabaqcadan alsa da, öz təqsiri ucbatından həmin binanı (mənzili) vaxtında inşa edib Cavabdeh2 təhvil verməmişdir. Odur ki, Cavabdeh2 məhkəməyə müraciət edərək "xxxx" MMC-dən bank tərəfindən ödənilən kredit vəsaitinin ona geri qaytarılmasını tələb etmişdir. Məhkəmə 22082 manat faiz borcunun "xxxx" MMC ilə yanaşı, həm də Cavabdeh2 tutarkən işin bu hallarını nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmamış, düzgün nəticəyə gəlməmişdir. Kredit üzrə faizlərin Cavabdeh2 tutulması qanunsuz və əsassızdır. İşə baxan məhkəmə kredit borcunun vaxtında ödənilməməsinin səbəblərini, eləcə də Cavabdeh2 nə qədər ödəniş etdiyini araşdırmamışdır. Eləcə də, faiz borcunun məbləği ilə bağlı məsələ tam və hərtərəfli araşdırılmamışdır. Çünki faizlər az qala əsas borcun yarısı qədər şişirdilmişdir. İşə baxan məhkəmə iddiaçının faiz tələbinə obyektiv qiymət verməmiş, həddindən artıq faiz tələb edildiyi halda mühasibatlıq ekspertizası keçirilməsini təmin etməmişdir. Sadalanan hallar nəzərə alınmaqla apellyasiya şikayəti təmin edilməli, qətnamə Cavabdeh2 qarşı hissəsində ləğv edilməli, yeni qətnamə qəbul edilərək, ona aid hissədə iddia tələbi rədd edilməlidir. Apellyasiya baxışı zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 bankın şikayətinin dəlillərini müdafiə edib, şikayətin təmin olunmasını, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini, həmin şikayətin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbi hər iki cavabdehə münasibətdə təmin edilməlidir. Çünki işin faktiki hallarından aydın olduğu kimi, mövcud qanunvercilikdə hazırkı iş üzrə zaminə münasibətdə iddia tələbinin rədd edilməsi üçün hər hansı bir əsas yoxdur. Apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, bankın apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur, cavabdehin şikayəti əsaslıdır, bu səbəbdən iddiaçının şikayətinin rədd edilməsini, Cavabdeh2 şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı digər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 izahatında bildirdi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, Cavabdeh2 apellyasiya şikayətlərini qəbul etmirlər. Hazırkı qətnamədə istinad olunan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-580/2018 nömrəli qətnaməsi də nəzərə alındıqda, belə məlum olur ki, MMC eyni kredit borcu üzrə hər iki tərəfə ayrı-ayrılıqda pul ödəməli olur ki, bu da qanuni və əsaslı mövqe hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. Mülki iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 59360 (əlli doqquz min üç yüz altmış) manat kredit verməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC, Cavabdeh2 və zamin "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015- YS-AAAF-AE saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Yenə işdə olan xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə 58766 (əlli səkkiz min yeddi yüz altmış altı) manat pul vəsaitini imza edərək bankdan təhvil almışdır. Yenə də işdə olan "xxxx" ASC tərəfindən Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə əsas borc üzrə 54674,05 manat, faiz borcu üzrə 20153,48 manat olmaqla, cəmi 74827.53 manat kredit borcu vardır. Yenə işə əlavə edilmiş “Azərbaycan Beynəlxalq Bankı ASC” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə əsas borc üzrə 54674,05 manat, faiz borcu üzrə 22082,26 manat olmaqla, cəmi 76756,31 manat kredit borcu vardır. Yenə də işə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-580/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 5 saylı binanın, 4-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 23 saylı mənzilə görə bağlanmış 11 aprel 2015-ci il tarixli, ABB YM-0365 saylı müqavilə ləğv edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh2 xeyrinə mənzilin dəyəri kimi ödənilmiş cəmi 79365 manat, maddi ziyan kimi 13 346,71 manat, mənəvi zərərə görə 2000 manat pul və iddianın təmin edilən hissəsinə müvafiq 20 manat dövlət rüsumuna görə ödənilmiş pul, cəmi 94731,71 (doxsan dörd min yeddi yüz otuz bir manat, yetmiş bir qəpik) manatın tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamə yuxarı məhkəmə instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2022-ci il tarixli, 9/1350 nömrəli ekspert rəyindən görünür ki, borcalan Cavabdeh2 iddiaçı “Azərbaycan Beynəlxalq Bankı ASC”yə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 54.674,23 manat, faiz borcu üzrə 20.350,96 manat; xx.xx.2021-ci il tarixə əsas borc üzrə 54.674,23 manat, faiz borcu üzrə 22.097,50 manat; xx.xx.2022-ci il tarixə (Qərardad çıxarılan tarixə) əsas borc üzrə 54.674,23 manat, faiz borcu üzrə 24.178,16 manat borcu vardır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-4543/2021 nömrəli qətnaməsi qismən, əsas borcun "xxxx" MMC-dən tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə tam təmin olunmalı, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsinə əsasən bank Cavabdeh2 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 59360 (əlli doqquz min üç yüz altmış) manat kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC, Cavabdeh2 və zamin "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015- YS-AAAF-AE saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün onun banka iddia tələbində qeyd olunan məbləğdə borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq etmiş, nəticəsi olmadığından məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Qətnamədən iddiaçı "xxxx" ASC və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Yaranmış mübahisə ilə əlaqədar, o cümlədən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarına istinad edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yenə həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zamin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarını rəhbər tutaraq, məhkəmə kollegiyası hər şeydən əvvəl yaranmış mübahisəyə düzgün hüquqi qiymət verilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin qətnaməsində sübut qismində istinad edilən Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-580/2018 nömrəli qətnaməsinin hazırkı mübahisənin həllində nə dərəcədə əhəmiyyətli olmasını aydınlaşdırmağı zəruri hesab edir. İşdən aydın olduğu kimi sözügedən qətnamə Cavabdeh2 "xxxx" MMC-yə qarşı müqavilənin ləğvi, bank tərəfindən ödənilən kredit vəsaitinin ona geri qaytarılmasını tələbinə dair mülki iş üzrə qəbul edilmişdir və qanuni qüvvəyə minmiş həmin qətnamə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 5 saylı binanın, 23 saylı mənzilinə görə bağlanmış 11 aprel 2015-ci il tarixli, ABB YM-0365 saylı müqavilə ləğv edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh2 xeyrinə mənzilin dəyəri kimi ödənilmiş cəmi 79365 manat, maddi ziyan kimi 13 346,71 manat, mənəvi zərərə görə 2000 manat pul və iddianın təmin edilən hissəsinə müvafiq 20 manat dövlət rüsumuna görə ödənilmiş pul, cəmi 94731,71 (doxsan dörd min yeddi yüz otuz bir manat, yetmiş bir qəpik) manatın tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qətnaməyə istinad edərək, əsas borcun yalnız Cavabdeh2 tutulması barədə mövqeyi ilə razılaşmayan apellyasiya kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-580/2018 nömrəli qətnaməsi Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan müqavilə münasibətlərini tənzimləyir. Hazırkı iddia tələbi isə kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlıdır ki, kollegiya hesab edir ki, iddiaçı "xxxx" ASC hər iki cavabdehə qarşı öz tələbində haqlı və əsaslıdır. Belə ki, işdən aydın olduğu kimi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin şərtlərindən görünür ki, cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi gecikdirildiyi halda zamin yaranmış bütün borc məbləği üçün borclu ilə birgə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq bir daha qeyd edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan əsasla hazırkı iddia tələbi üzrə zaminə aid hissədə əsas borcun tutulmaması barədə mövqeyi qanuni hesab edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh2 həmin kredit müqaviləsi üzrə bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərindən biri faiz borcunun əsas borca münasibətdə yüksək məbləğdə qeyd olunması ilə bağlıdır ki, kollegiya bu məsələnin dəqiqləşdirilməsi və cavabdehlərin real borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və alınmış ekspert rəyində faiz borcunun iddia tələbində qeyd olunan məbləğdən də artıq olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, "xxxx" MMC zamin kimi hazırkı qətnamə üzrə öhdəliyi icra etdiyi halda iddiaçı bankın həmin öhdəlik üzrə hüquqları ona bankın tələbini ödədiyi həcmdə keçir. Belə ki, Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinin tələblərinə görə isə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC apellyasiya şikayəti üzrə dəlillərini qismən sübut edə bilmişdir. İddiaçının iddia tələbi əsaslıdır. Cavabdeh2 isə apellyasiya şikayətinin dəlilləri sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-4543/2021 nömrəli qətnaməsi qismən, 54674,05 manat əsas borc məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutulmasının təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 54674,05 manat əsas borc məbləği tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 22082,26 manat faiz borcu və 30,40 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-632/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-632/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver