Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-633/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-845/2018 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.M.Quliyeva) iddia qismən təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 005L**********32 saylı kredit xətti müqaviləsinə xitam verilməsi Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 20064,07 ABŞ dolları əsas, 3606,75 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borc olmaqla, cəmi 25670,82 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə, 31 manat xidmət haqqı və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, tutma Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşculuq Y/M, 22-ci küçəsindəki 36 saylı yaşayış evi açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 və Cavabdeh3 İddiaçı QSC-yə olan cəmi 25670,82 ABŞ dolları borc, 31 (otuz) manat xidmət haqqı və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 27457 (iyirmi yeddi min dörd yüz əlli yeddi) manat müəyyən edilməsi, İddiaçı QSC-ə ödənilməli olan kredit borcu, xidmət haqqı və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılması, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulub, iddiaçıya verilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat pul cavabdehlərdən tutulması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı QSC və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişlər. Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə (hakim S.M.Quliyeva) Cavabdeh1 Abşeron rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş baxışdan çıxarılması və Cavabdeh1 iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)- 845/2018 saylı qətnaməsindən verdiyi şikayət müzakirə olunması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılması qət edilmişdir. Cavabdeh3 Abşeron rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən xx xxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir (Mülki Prosessual Məcəllənin 366.1. maddəsi). Abşeron rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə aktlarından apellyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur. Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması institutu bir tərəfdən məhkəmə qərarlarının icrasının məcburiliyini tanıyan, digər tərəfdən isə yeni açılmış hallar və ya əvvəlki məhkəmə baxışında işin düzgün həll edilməməsinə təsir göstərmiş əhəmiyyətli maddi və prosessual hüquq pozuntuları olduqda, onların aradan qaldırılması zəruriliyini qəbul edən beynəlxalq hüquq normalarına da uyğundur. Yuxarıda göstərildiyi kimi, birinci instansiya məhkəməsi artıq işə yuxarı instansiya məhkəməsi tərəfindən baxıldığını nəzərə almadan, Cavabdeh3 tərəfindən Abşeron rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini, yəni işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olub-olmamasını qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq yoxlamadan apellyasiya şikayətini baxılması üçün mülki işin materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin 366.1 və 366.2-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Abşeron rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-633/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-633/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver