Məhkəmə qərarları › İş №2(105)-637/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-637/2024

15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-637/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3nə qarşı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın ödənilməsi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh “Aypara Lı̇ zı̇ nq” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Əzı̇ mov Vüsal Eynulla oğlunun cavabdeh “Aypara Lı̇ zı̇ nq” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə, Qədı̇ rov Rəvan Arzu oğluna və Cavabdeh3nə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-2706/2023 nömrəli qətnaməsindən cavabdeh “Aypara Lı̇ zı̇ nq” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1520 (bir min beş yüz iyirmi) manat maddi ziyan və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun cavabdehlər X9 və Cavabdeh2 MMC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh3 MMC-ni cavabdeh qismində iş cəlb olunaraq, yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1520 (bir min beş yüz iyirmi) manat maddi ziyan və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu cavabdehlər X9, Cavabdeh2 MMC və "xxxx" MMC-dən müştərək qaydada onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci ildə saat 22:40 radələrində Sumqayıt şəhəri Bulvar küçəsində Cavabdeh1 “Aypara Lizinq" MMC-yə məxsus olan Şhevrolet Kruz markalı ** PV *** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək onun idarə etdiyi Kia Sorento markalı ** CK *** nömrəli avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədə xəsarət alan olmamış, hər iki avtomobilə xeyli miqdarda zərər dəymişdir. Fakt əsasında Sumqayıt şəhər Pİ-nin DYPŞ-də araşdırma aparılmışdır. X2 ara məsafəsini saxlama qaydasını pozub nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə edərək yol-nəqliyyt hadisəsi törədərək zərərçəkən şəxsə maddi zərər vurmuşdur. Onun əməlində AR İXM-nin 333.3-cü maddəsinn tərkibi olduğundan barəsində DYPŞ-nin əməkdaşları tərəfindən İXP5265850 saylı X13 protokol tərtib edilmişdir. Tərtib edilmiş inzibati material baxılması üçün aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03.03 2023-cü il tarixli İŞ N 3(060)-598/2023 saylı qərarı ilə X9 AR İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələlərini idarə etmə hüququ 2 ( iki) il müddətinə məhdudlaşdırılmaqla 700 ( yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati xətanı törədən X6 əməli nəticəsində ona 1520 (min beş yüz iyirmi) manat məbləğində maddi zərər yetirilmişdir. Ona vurduğu ziyanı könüllü surətdə ödəməsi barədə dəfələrlə bildirilsə də, o, ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qanunvericilikdə göstərildiyi kimi, ona vurulmuş zərər hadisəni törədən sürücü və "xxxx" MMC tərəfindən müştərək qaydada ödənilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sürücü Cavabdeh1 saxta olması daha çox şübhə yaradan yol vərəqəsi verilmişdir. Habelə DYP-də araşdırma zamanı müəyyən edilmiş nəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması fakt araşdırılmamış, İcbari sığortalar haqqında AR Qanunu ilə mülki məsuliyyətin icbari qaydada sığorta etdirmək vəzifəsi həvalə olunan şəxsin əməlinə hüquqi qiymət verilməmişdir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. X13 İXP 52665850 saylı protokolun surətindən görünür ki, Cavabdeh1 idarə etdiyi “Chevrolet Cruze” markalı, 99PV 317 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı məxsus “Kia Sorento” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər vurmuşdur.

6. Elektron məlumat bazasından görünür ki, “Chevrolet Cruze” minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh2 MMC-yə məxsusdur.

7. “Mərcan Firması”nın xx.xx.2023-cü il tarixli aktından görünür ki, “Kia Sorento” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 1520 manat təşkil edir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-598/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır.

9. xx.xx.2022-ci il tarixli, 06/5597/YDLİZ “Daxili maliyyə Lizinqi müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 MMC mülkiyyətində olan “Chevrolet Cruze” markalı avtomobili Cavabdeh3 MMC-yə müvəqqəti sahiblik və istifadəsinə vermişdir.

10. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən Cavabdeh2 MMC-nin adına qeydiyyatdadır.

11. Cavabdeh3 MMC tərəfindən verilmiş Yol vərəqəsindən görünür ki, “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi çıxış xx.xx.2023 saat 16.30, dönüş xx.xx.2023 saat 00.00 göstərilməklə Cavabdeh1 idarəçiliyinə verilmişdir.

12. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7782 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan “Mərcan” firması tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxlışlı “Kia Sorento” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1060 manat müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

13. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)- 2706/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddianın qismən təmin edilməsi, Cavabdeh2ndən 1060 (bir min altmış) manat məbləğində maddi ziyanın, həmçinin 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1096 (bir min doxsan altı) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manatın Cavabdeh2ndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin digər cavabdehlərə qarşı hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1111.2, 1108, 1099, 1114.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5, 216-220, 227, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

15. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)- 2706/2023 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh “Aypara Lı̇ zı̇ nq” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, Aypara Lizinq MMC-yə münasibətdə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ** PV *** dövlət nömrə nişanlı “Shevrolet Kruz” markalı avtomobil Cavabdeh2 MMC-yə məxsusdur. Cavabdeh2 MMC həmin avtomobili Cavabdeh3 MMC-yə lizinqə vermişdir. Cavabdeh3 MMC isə öz növbəsində həmin avtomobili yol vərəqəsi ilə Cavabdeh1 vermişdir. Cavabdeh1 avtomobili sərxoş vəziyyətdə idarə edərək xx.xx.2023-cü il tarixdə, saat 22:40 radələrində Sumqayıt şəhəri Bulvar küçəsində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı “Kia Sorento” markalı ** CK *** nömrəl avtomobilə ziyan vurmuşdur. İddiaçı həm Cavabdeh1, həm də Cavabdeh2 MMC-ni birgə cavabdeh kimi seçərək məhkəməyə iddia ilə müraciət etmiş, daha sonra məhkəmə gedişatında Cavabdeh1 yol vərəqəsini aldığı Cavabdeh3 MMC-ni əlavə cavabdeh kimi cəlb etdirmişdir. Məhkəmə isə iddianı nə bilavasitə ziyan vuran Cavabdeh1, nə də ziyan vuranın yol vərəqəsi əldə etdiyi Cavabdeh3 MMC-yə münasibətdə deyil, Cavabdeh1la yaxından və ya uzaqdan əlaqəsi olmayan, işçi işəgötürən münasibətində olmayan təşkilata, yəni Cavabdeh2 MMC-yə münasibətdə təmin etmişdir. Məhkəmə qətnaməsi həm maddi, həm də prosessual normaların pozuntusu ilə qəbul edilib. Maddi pozuntu odur ki, mübahisə Mülki Məcəllənin 1114-cü maddəsi ilə deyil, 1096, 1099, 1108-ci maddələri ilə həll edilməli idi. Bu məsələni həll edən əsas maddə Mülki Məcəllənin 1108-ci maddəsidir. Həmçinin Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Plenum Qərarındakı hüquqi mövqe nəzərə alınmalı idi. Prosessual pozuntu ondan ibarətdir ki, məhkəmənin qənaəti işdə olan sübutlarla təsdiqini tapmır. Bu isə MPM-in 217.4-cü maddəsinin pozuntudur. Apellyasiya Məhkəməsi 384.1.3-cü maddə ilə ona verilən səlahiyyətdən istifadə edərək tam hüquqlu məhkəmə kimi mübahisəni düzgün həll edə bilər. İşçi olmayan şəxs (Cavabdeh1) cavabdeh Aypara Lizinq MMC-nin işçisi kimi müəyyən edilib. Qətnamədə bu barədə fikir qətnamənin 4-cü səhifəsinin sonuncu abzasında “... təqsirli olan şəxs Cavabdeh1 qeyd olunan Cəmiyyətin işçisi olduğundan...” kimi qeyd edilmişdir. Məhkəmənin qətnaməsində gəldiyi nəticənin əsası kimi istinad etdiyi hal olaraq «R.A.X11 MMC-nin işçis olması halı» yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron alt sistemində qeydə alınmış əmək bildirişi ilə müəyyən edilə bilərdi ki, belə bir sübut iş materiallarında olmadığından, qətnamə qanunsuzdur və ləğv edilməsi üçün MPM-in 385.1.3-cü maddəsi əsasdır. Şəxsin hər hansı MMC-nin işçisi olmasının müəyyən edilməsinin əsası kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əmək müqaviləsi bildirişinin olması Əmək Məcəlləsinin 5-1, 7-ci maddəsinin 2-ci hissəsində öz əksini tapır. Belə ki, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

19. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyaından xahiş etdi.

20. Qədı̇ rov Rəvan Arzu oğluna və Cavabdeh3 nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab edir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh “Aypara Lı̇ zı̇ nq” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, Aypara Lizinq MMC-yə münasibətdə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

25. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1520 (bir min beş yüz iyirmi) manat maddi ziyan və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu cavabdehlər X9 və Cavabdeh2 MMC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, bundan sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh3 MMC-ni cavabdeh qismində iş cəlb olunaraq, yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1520 (bir min beş yüz iyirmi) manat maddi ziyan və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu cavabdehlər X9, Cavabdeh2 MMC və "xxxx"MMC-dən müştərək qaydada onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

26. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2ndən 1060 (bir min altmış) manat məbləğində maddi ziyanın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

27. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobil Cavabdeh2 MMC-yə məxsus olduğundan və zərərin vurulmasında təqsirli olan şəxs Cavabdeh1 qeyd olunan Cəmiyyətin işçisi olduğundan həmin mənbənin vurduğu zərərə görə sonuncu məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi qismən təmin edilməklə və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7782 saylı ekspert rəyi nəzərə alınmaqla, Cavabdeh2ndən 1060 (bir min altmış) manat məbləğində maddi ziyan alınaraq İddiaçı verilməlidir. İddia tələbi digər cavabdehlərə qarşı hissədə təmin edilməməlidir.

28. Məhkəmə həmçinin göstərilən məbləğin "xxxx" MMC-dən tutulma tələbini əsassız hesab edərək qeyd etmişdir ki, Cavabdeh3 MMC Cavabdeh2 MMC ilə avtomobillərin kirayəsi ilə məşğuldur və aralarından müqavilə bağlanan zaman, avtomobillərin mülkiyyətinə verilməsinə yox, sadəcə olaraq həmin avtomobillərin kirayəyə verilməsinin təşkil edilməsində köməklik göstərməsini həvalə etmişdir. Məhkəmə iclası zamanı həmin avtomobilin Cavabdeh2 MMC mülkiyyətində olması müəyyən edilmişdir.

29. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)- 2706/2023 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh “Aypara Lı̇ zı̇ nq” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, Aypara Lizinq MMC-yə münasibətdə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı hesab edir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

32. İşin müəyyən edilmiş edilmiş mübahisəsiz hallarından göründüyü kimi xx.xx.2022-ci il tarixli, 06/5597/YDLİZ “Daxili maliyyə Lizinqi müqaviləsi”nə əsasən Cavabdeh2 MMC mülkiyyətində olan “Chevrolet Cruze” markalı avtomobili Cavabdeh3 MMC-nin sahiblik və istifadəsinə vermişdir. Eyni zamanda müəyyən edildi ki, Cavabdeh3 MMC həmin nəqliyyat vasitəsini yol vərəqi əsasında Cavabdeh1 idarəçiliyinə vermiş, yol vərəqəsinin qüvvədə olduğu müddətdə, xx.xx.2023-cü ildə saat 22.40 radələrində sonuncu tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşınına maddi zərər dəymişdir.

33. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7782 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Kia Sorento” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1060 manat təşkil edir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarnda qeyd edilmişdir ki, Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır.

35. İşin müəyyən edillmiş hallarına istinadən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 MMC mülkiyyətində olan “Chevrolet Cruze” markalı avtomobili Cavabdeh3 MMC-nin sahiblik və istifadəsinə vermiş, Cavabdeh3 MMC nəqliyyat vasitəsinə qanuni əsaslarla sahiblik və istifadə edən şəxs olmuşdur.

36. Eləcə də, araşdırıdan mübahisə üzrə müəyyən edilmiş hallar Cavabdeh1la Cavabdeh3 MMC arasında faktiki əmək münasibətlərinin olması qənaətinə gəlməyə əsas verir. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Göründüyü kimi Cavabdeh1, MMC tərəfindən verilmiş yol vərəqi əsasında nəqliyyat vasitəsini idarə etməklə MMC-nin göstərişlərini yerinə yetirmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MMC mülkiyyətində olan “Chevrolet Cruze” markalı avtomobil qanuni əsaslarla Cavabdeh3 MMC-nin sahiblik və istifadəsində olduğundan, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsinin qanuni əsasla sahiblik edən hüquqi şəxsin (Cavabdeh3 MMC) üzərinə qoyulması Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır.

38. Kollegiya Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hesab edir ki, Cavabdeh1 yol vərəqəsi əsasında nəqliyyat vasitəsini idarə etməklə, sonuncu ilə Cavabdeh3 MMC arasında faktiki əmək münasibətləri mövcud olduğundan, işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün işəgötürən məsuliyyət daşıyır.

39. Məhkəmə kollegiyası vurulmuş maddi zərərin məbləğinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7782 saylı ekspert rəyi ilə müəyyən edilmiş məbləğ həddində qəbul edilməsini ağlabatan və əsaslı hesab edir. Kollegiyanın qənaətincə rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

40. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla, maddi hüquq normalarının tətbiqində pozuntuya yol verilmiş, nəticə də qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-2706/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh3ndən maddi zərərin əvəzi olaraq 1060 (bir min altmış) manat alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

41. MPM-nin 119.1-ci maddəsinə əsasən Ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Cavabdeh3ndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 36 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh2 Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-2706/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdeh3ndən vurulmuş maddi zərərin əvəzi olaraq 1060 (bir min altmış) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 (otuz altı) manat alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Cavabdeh3ndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar