Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-640/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər «xxxx» MMC-nə və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh «xxxx» MMC-nin nümayəndəsi E.Səlimov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-368/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(012)-368/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsinin qismən təmin edilməsi, onun apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 və «xxxx» MMC-yə qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixli 15/041 saylı kredit müqaviləsi üzrə 42.600 manat məbləğində əsas borc, 18.009,03 manat məbləğində faiz borcu, ümumilikdə 60.609.03 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh2 və «xxxx» MMC-dən tutulmasına, tutmanın Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti, 240 ünvanında salınmış «AAAF-Park 3» yaşayış massivi, 240 nömrəli evin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 148 nömrəli mənzilə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına, həmin mənzilə tutma yönəldikdən sonra ipoteka qoyan Cavabdeh2 və onunla birgə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən azı 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-368/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 və «xxxx» MMC-dən xx xxxxxx 2015-ci il tarixli 15/041 saylı kredit müqaviləsinə əsasən 42.600 manat məbləğində əsas borc, 10.009.03 manat məbləğində faiz borcu, cəmi 60.609.03 manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-368/2020 saylı qətnaməsindən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx xxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-368/2020 saylı qərardadı ilə həmin apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələbinə əsasən şikayətvermə müddəti ötürülməklə verildiyindən geri qyatarılmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi S.Y.Muradzadə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-368/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)- 368/2020 saylı qətnaməsindən şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzürlü hesab edərək, bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, dünyada və eləcə də ölkə ərazisində yayılmış yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Nazirlər Kabinetinin xx xxxx 2020-ci il 01/411 nömrəli qərarına əsasən Azərbaycan Höküməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində bir sıra dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanmaqla ödənişsiz məzuniyyətə buraxılmışlar və daha sonra bir müddət uzadılmışdır. X1 da həmin qurumların siyahısına əlavə edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1541/2016 saylı xx xxxxx 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi X1 təyin edilmişdir. Bu səbəbdən xx xxx 2020-ci il tarixində karantin rejimində yumşalmalar tətbiq edilən kimi hüquq şöbəsinin əməkdaşları işə çıxmış və həmin vaxt qətnamə ilə tanış olaraq yıgılıb qalmış iş çoxlugu şəraitində mümkün qısa zamanda şikayəti hazırlayaraq xx xxx 2020-ci il tarixində poçt xidmətinə təhvil vermişdirlər. Həmçinin, qətnamədən narazı qalan Cavabdeh2 xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-368/2020 saylı qətnaməsindən şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)- 368/2020 saylı qətnaməsindən şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzürlü hesab edərək, bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehə qətnamənin surəti qeydiyyatda olduğu ünvan üzrə çatmadığından, o, xx xxxx 2020-ci il tarixdə qətnamənin şəxsən özü qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətini poçt vasitəsi iə məhkəməyə göndərmiş, lakin sonra müəyyən olunmuşdur ki, fərdi poçt xidmətini həyata keçirən kuryer cavabdeh tərəfindən xx xxxxx 2020-ci il tarixdə bilavasitə ona verilən həmin şikayəti pandemiya ilə əlaqədar yaranan çətinliklərə görə xx xxxx 2020-ci il tarixdə məhkəmənin dəftərxanasına təhvil vermişdir. Qeyd edildiyi kimi ondan asılı olmayan səbəblərdən şikayət vermə müddəti ötürüldüyü üçün qeyd edilən halların üzrlü hal kimi qiymətləndirilməsi zəruridir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi E.D.Səlimov şikayətində qərardadın qismən ləğv olunmasını və ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi haqqında» ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, Cavabdeh2 və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-368/2020 saylı qatnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi F.A.Əliyev tərəfindən poçt vasitəsi ilə göndərilmiş apellyasiya şikayəti xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin apellyasia şikayətinin göndərildiyi zərfin üzərində olan qəbzdən müəyyən olunur ki, apellyasiya şikayətinin qablaşdırıldığı zərf pot şöbəsinə xx xxx 2020-ci ildə verilmişdir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)- 368/2020 saylı qətnaməsi xx xxxx 2020-ci il tarixli məktub poçt vasitəsi ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ünvanına göndərilmiş və onun nümayəndəsi xx xxxx 2020-ci il tarixdə həmin poçt göndərişinin verilməsi barədə xəbərnaməni imzalayaraq, həmin qətnaməni rəsmi qaydada almış, lakin, xx xxx 2020-ci il tarixdə qanunla müəyyən edilmiş müddət ötürülməklə qətnamədən apellyasiya şikayəti verilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-368/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti xx xxxx 2020-ci ildə məhkəməyə daxil olmuşdur. Həmin apellyasiya şikayətinin göndərildiyi zərfin üzərində olan qəbzdən müəyyən olunur ki, həmin apellyasiya şikayətinin qablaşdırıldığı zərf poçt şöbəsinə xx xxxxx 2020-ci ildə verilmişdir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)- 368/2020 saylı qətnaməsi xx xxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsində Cavabdeh2 tərəfindən bilavasitə rəsmi qaydada alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin iş üzrə müddəti bərpa və ötürülməmiş hesab etdikdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(012)-368/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-640/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-640/2021
11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver