Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-652/2024 04.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(012)-1664/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əmlaka vurulmuş zərərə görə 4500 manat, qiymətləndirmə üçün 100 manat, avtomobil cərimələri üçün ödənilmiş 100 manat və 67 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə etiraz təqdim edərək, sadələşdirilmiş icraatın iddia icraatına keçirilməsini, avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1664/2023 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat iddia icraatına keçirilməklə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi BA221614 №-li 15 may 2022-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən, 1ZR0108082 №li mühərrik, JTNBV58E002037332 №li bana malik, ** VJ *** dövlət nömrə nişanlı, gümüşü rəng Toyota Corolla markalı avtomobil iddiaçıya məxsusdur. Avtomobilin mülkiyyətçisi kimi avtomobili 02 dekabr 2022-ci il tarixində etibarnamə əsasında Cavabdeh sahibliyinə vermişdir. Lakin cavabdeh sahibliyində olan ona məxsus ** VJ *** dövlət nömrə nişanlı avtomobil ilə Yol hərəkəti haqqında Qanunun və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozaraq ona maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh 18 dekabr 2022-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoqəza törətmişdir. Qəza nəticəsində ** VJ *** dövlət nömrə nişanlı Toyota Corolla markalı avtomobilə ziyan dəymişdir. Avtomobilə dəyən ziyanın qiymətləndirməsi X4 MMC tərəfindən aparılmış və 6065.02 manat zərər müəyyən edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi Qaradağ rayon DYP İdarəsinin əməkdaşları tərəfindən protokollaşdırılmış və qəzada cavabdehin təqsirli olması qeyd edilmişdir. Bundan əlavə cavabdeh ** VJ *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtomobillə qəza törətmədən öncə həmin gün, yəni 18 dekabr 2022-ci il saat 10:51 radələrində yol hərəkəti qaydasını pozmaqla avtomobilin EQ 12515352 nömrəli protokolla 60 manat, həmçinin eyni tarixli protokolla başqa yol hərəkət qaydasını pozduğuna görə 40 manat olmaq cəmi 100 manat məbləğində cərimələnməsinə səbəb olmuşdur. İddiaçı sonradan iddia tələbinin azaldılması barədə ərizə verərək, cavabdeh tərəfindən əmlaka vurulmuş maddi zərərə görə 3500 (üç min beş yüz) manat, qiymətləndirilməsi üçün 100 (yüz) manat, avtomobil cərimələri üçün ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 (altmış yeddi) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia ərizəsini azaldılmış formadan müdafiə etdiyini, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia tələbində ondan əmlaka vurulmuş maddi zərərə görə 4500 manat, qiymətləndirmə üçün 100 manat, avtomobil cərimələri üçün 100 manat və ödənilmiş 67 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini qeyd olunan miqdarda qəbul etmir, iddia tələbini qismən - 1000 (min) manat məbləğində qəbul edir və hesab edir ki, iddia ərizəsində göstərilən avtomobilə dəymiş zərərin həcmi süni şəkildə şişirdilmiş və ondan avtomobilə dəymiş zərərin real miqdarından qat-qat artıq miqdarda pulun tutulması tələb edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmişdir ki, «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri və təmir xərcləri nəzərə alınmaqla, ümumilikdə 6065,02 manat məbləğində zərər dəymişdir. İddiaçı iddia ərizəsində ona məxsus avtomobilə dəymiş zərərin məbləğini 4500 (dörd min beş yüz) manat məbləğində göstərsə də, onun tərəfindən «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə həmin məbləğdə xərc çəkməsini, qeyd olunan miqdarda pulu avtomobilin təmiri üçün ödəməsini təsdiq edən hər hansı bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa İddiaçı «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə real xərc çəkmədən və hər hansı bir pul məbləği ödəmədən, yalnız "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmiş və həmin avtomobilin təmirinə lazım olan real xərcləri özündə ehtiva etməyən, formal olaraq qiymətləri göstərilmiş avtomobil ehtiyat hissələrinin dəyərini və usta xərclərini əks etdirməklə, ondan 4500 (dörd min beş yüz) manat məbləğində pul tələb etmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zərər çəkmiş hissələrinin dəyişdirilmədən təmir olunmasının mümkün olmamasını əsaslandırmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmiş ehtiyat hissələrinin dəyişdirilməklə avtomobilin bərpa olunmasının mümkünlüyünü göstərmiş, lakin qeyd olunan halın əsaslılığını təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir. Bundan başqa, İddiaçı «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hansısa avtomobil servisində və ya konkret şəxslər tərəfindən təmir olunması barədə iddia ərizəsində heç bir məlumat göstərməmiş, avtomobilin təmirini həyata keçirmiş şəxslər barədə qeydlər etməmiş, avtomobilin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmiş ehtiyat hissələrinin alınması və avtomobilin təmirində istifadə edilməsi, eləcə də həmin hissələrin alınmasını təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı həqiqətən də «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə 4500 (dörd min beş yüz) manat məbləğində xərc çəkmişdirsə, o, həmin xərclərin çəkilməsini - avtomobilin ehtiyat hissələrinin alınması, həmçinin avtomobilin təmiri üçün ustalara pulun ödənilməsini təsdiq edən mötəbər sübutları iddia ərizəsinə əlavə etməli, bu mümkün olmadıqda isə məhkəmə iclasında təqdim etməli idi. Lakin İddiaçı hazırki vaxta qədər həmin sübutları məhkəməyə təqdim etməmişdir. Bu isə onu təsdiq edir ki, İddiaçı «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə 4500 (dörd min beş yüz) manat məbləğində xərc çəkməmiş və hazırda ondan həmin avtomobilin təmirbərpası üçün tələb olunan məbləğdən qat-qat artıq miqdarda pul tələb edir. Qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələbinin qanuni və əsaslı olmasını sübut etmək vəzifəsi daşıyır. Məhz qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq İddiaçı «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa işlərinə 4500 (dörd min beş yüz) manat məbləğində xərc çəkmədiyi halda, həmin məbləğdə ondan pulun tutulmasını tələb etməkdə haqlı deyildir. Ona görə də göstərilənlərə əsasən, İddiaçı ona qarşı “dəymiş zərərin ödənilməsi”na dair iddia tələbinin qismən təmin edilməsini və ondan 1000 (min) manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə verdiyi etirazı müdafiə edərək bildirmişdir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğlər yüksəkdir. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(012)-1664/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh dəymiş ziyana görə 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 67 (altmış yeddi) manat, qiymətləndirilmə üçün 100 (yüz) manat, avtomobil cərimələri üçün ödənilmiş 100 (yüz) manat pul vəsaitinin tutularaq İddiaçı hesabına ödənilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaitinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(012)-1664/2023 nömrəli qətnaməsinin dəyişdirilərək, ziyanın məbləğinin 1000 manat məbləğində müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(012)-1664/2023 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/1809 saylı rəyinə əsasən Yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etməyin mümkün olmaması, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsinin mümkün olmaması, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4746 saylı rəyinin nəzəri hesablama yolu ilə işin materiallarına əlavə edilmiş qüsur aktına əsasən hesablanması, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının 1-ci bəndinin tələbinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində yalnız real zərərin nəzərdə tutulması halları məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2023cü il tarixli, 2(012)-1664/2023 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtı iddiaçı- İddiaçı “Toyota Corolla “ minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hansısa servisdə və konkret şəxslər tərəfindən təmir olunması barədə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmiş ehtiyat hissələrinin alınması və avtomobilin təmirində istifdə edilməsi, eləcə də həmin hissələrin alınmasını təsdiq edən sənədlərin mülki işin materiallarına əlavə edilməsi barədə hər hansı bir sübutun təqdim olunmamasına məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Halbuki bu halları sübut etmək vəzifəsi qanunla iddiaçının üzərinə düşür. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(012)-1664/2023 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/1809 saylı rəyi nəzərə alınmamışdır. Halbuki həmin rəydə açıq-aşkar qeyd olunmuşdur ki, Yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəsislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(012)-1664/2023 nömrəli qətnaməsinin qəbul edildiyi vaxt Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4746 saylı rəyinin nəzəri hesablama yolu ilə işin materiallarına əlavə edilmiş qüsur aktına əsasən hesablanmasına heç bir əhəmiyyət verilməmişdir. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(012)- 1664/2023 nömrəli qətnaməsinin qəbul edildiyi vaxt real zərərin ümumi məbləğinin 840.56 manat təşkil etməsinə baxmayaraq nəzəri hesablamaya əsasən hesablanmış məbləğin qeyd edilməsinin heç bir vaxt həqiqəti əks etdirə bilməməsinə heç bir əhəmiyyət verilməmişdir. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(012)- 1664/2023 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtı xx.xx.2023-cü il tarixli arayışdan görünən “Toyota Corolla” minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperinin, qabaq sol qanadının, qabaq sol faranın, qabaq təkərinin və sol güzgünün bazar qiymətləri ayrı-ayrılıqda qiymətləndirilməmiş və bu hala düzgün olaraq hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(012)- 1664/2023 nömrəli qətnaməsinin dəyişdirilərək, ziyanın məbləğinin 1000 manat məbləğində müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, həmin tarixdə saat 20:00-da Qobu Yolu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperi, qabaq sol qanadı, qabaq sol farası, qabaq təkəri, sol güzgüsü əzilmişdir. İş materiallarında olan İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:00-da Cavabdeh Qobu Yolunda «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 20:00-da Qobu Yolunda «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə törətdiyi İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Hesabdan və qəbzdən görünür ki, İddiaçı tərəfindən 44.90 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Qiymətləndirmədən və həmin tarixli qəbzdən görünür ki, İddiaçı məxsus «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 6065,02 manat təşkil edir. Əzizov X1 üçün 100,01 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ƏN-Vİ № 343059 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 01 il müddətinə Cavabdeh vermişdir. İş materiallarında olan Elektron çıxarışdan görünür ki, Cavabdeh idarə etdiyi ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixdə Caspian Plaza və ya Bakıxanov ist. İXM-nin 327.2- Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə EQ12515352 saylı protokola əsasən 60 manat, həmin tarixdə Qobu yolunda İXM-nin 327.1 -əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə İXP5122879 saylı protokola əsasən 40 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/1809 saylı rəyindən görünür ki, Yolnəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vaşitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4746 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Corolla” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 5181,01 manat müəyyən edilir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Birinci instansiya məhkəməsi araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 20:00-da Qobu Yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh etibarnamə əsasında idarə etdiyi «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Qiymətləndirməyə əsasən avtomobilə dəymiş ziyan cəmi 6065,02 manat, qiymətləndirmə xərci 100 manat hesab edilmişdir. Bundan əlavə Cavabdeh idarə etdiyi «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə Caspian Plaza və ya Bakıxanov ist. İXM-nin 327.2- Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə EQ12515352 saylı protokola əsasən 60 manat, həmin tarixdə Qobu yolunda İXM-nin 327.1 - əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə İXP5122879 saylı protokola əsasən 40 manat cərimə edilmişdir. Həmin ziyan və cərimə məbləğləri avtomobilin sahibi İddiaçı tərəfindən ödənilmişdir. Hazırda, iddiaçı onun avtomobilinə dəymiş ziyanın və ödədiyi qiymətləndirmə xərci və cərimə məbləğlərinin məhkəmə qaydasında cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, baş vermiş yol-nəqliyyat hadisəsində «Toyota Corolla» minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2- ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi və təqsirinin sübuta yetirilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Müəyyən edilmişdir ki, mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4746 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Corolla” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 5181,01 manat müəyyən edilmişdir. İddiaçı sonradan iddia tələbinin azaldılması barədə ərizə verərək, cavabdeh tərəfindən əmlaka vurulmuş maddi zərərə görə 3500 (üç min beş yüz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə vurulmuş ziyana görə iddiaçı tərəfindən xeyli miqdarda azaldılmış 3500 manat məbləğini yenə də qəbul etməmiş, çox olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, dəymiş ziyan ekspert rəyi ilə tam sübuta yetirilmiş, lakin iddiaçı tərəfindən ziyan məbləği yetərincə azaldılmış və bu vurulmuş ziyanı əhatə etmişdir. Ona görə də cavabdehin həmin ziyan məbləği ilə razılaşmamasını məhkəmə vurulmuş ziyana görə məsuliyyətdən yayınması cəhdi kimi qiymətləndirmişdir. Beləliklə birinci instansiya məhkəməsi sübutlara əsasən iddiaçının avtomobilinə 3500 manat maddi ziyanın vurulmasını əsaslı hesab edərək haqlı olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə kollegiyasının iclasında bildirdi ki, avtomobilinə vurulmuş ziyanın aradan qaldırılmasını əvvəlcə cavabdehə təklif etmiş, bununla əlaqədar avtomobil təmir üçün cavabdehin göstərdiyi şəxslərə təqdim edilmiş, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmiş, iddiaçı bundan sonra avtomobili köhnəlmiş ehtiyat hissələri əldə etməklə təmir etmiş, buna görə çəkdiyi xərclərə uyğun iddia tələbinin həcmini azaltmış, lakin halhazırda müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulmuş ziyan məbləği ona vurulmuş real ziyan məbləğindən aşağıdır. Cavabdeh bununla əlaqədar məhkəmə kollegiyasının iclasında avtomobilin təmir edilməsi üçün ona təqdim olunmasını təsdiq etmiş, lakin maddi imkanının olmaması səbəbindən avtomobili təmir etdirə bilmədiyi bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(012)-1664/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-652/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-652/2024
04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver