Məhkəmə qərarları › İş №2(105)-654/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-654/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-654/2022 31.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı ləğv prosesində olan “Dəmirbank» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacbala oğluna və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim N.Ə.İsmayılov) Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi və qarşılıqlı iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Cavabdeh1 qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan Dəmirbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacbala oğlu və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 21056,12 manat olmaqla, 3485,94 manat əsas, 7996,42 manat faiz, 9048,64 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 525,12 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacbala oğlu və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan Dəmirbank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 21056,12 ABŞ dolları olmaqla, 3485,94 ABŞ dolları əsas, 7996,42 ABŞ dolları faiz, 9048,64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 525,12 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacbala oğlu və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan Dəmirbank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 şikayətini heç bir dəlil göstərmədən, qərardadın qanunsuz olduğunu nəzərə alıb, Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(074)-360/2021 saylı qərardadını ləğv edib, iş üzrə məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi barədə qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasəm cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Göründüyü kimi cavabdeh ilkin iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlı olsa da, qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Lakin cavabdeh qarşılıqlı iddia ərizəsinin verilməsi üçün əsasların məhkəmə baxışı gedişində yaranmasına dair ərizəyə heç bir sübut əlavə etməmişdir. Həmçinin cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh1 şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə 12 iyul 2021-ci il tarixli 2(074)-360/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar