Məhkəmə qərarları › İş №2(105)-656/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-656/2022

02.02.2022 · Müqavilələrin bağlanması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-656/2022 02.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs AR ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(027)-2033/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim V.Seyidov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə 2(027)-2033/2021 saylı mülki işə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 X5, X9, İddiaçı və 3-cü şəxs Maraqlı şəxsnə qarşı onlara qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRXdən çıxarışın alınmasına dair yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(027)-1474/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə 2(105)-3431/2021 saylı mülki işə baxılaraq, çıxarılmış müvafiq qərar qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraat dayandırılmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, İddiaçı Quba Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(027)-2033/2021 saylı qərardadından verdiyi şikayət baxılması üçün, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 və onun ailə üzvlərinə verilmiş JN-221 kod 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X13 əsasən Cavabdeh2, X3, X4 və X1 mülkiyyətinə Quba Rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq sahəsinin və üzərində köhnə tikili olan mənzilin cavabdehlərlə aralarında olan alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Məmmədova (Yaqubova Emma) Yaqub qızı mülki iş üzrə eyni tərəflər arasında eyni predmet barəsindəki işə Apellyasiya Məhkəməsində baxılıb yekunlaşana kimi icraatın dayandırılması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin dayandırılması üçün əsas kimi o göstərilmişdir ki, Apellyasiya Məhkəməsinin icraatında tərəflər arasında torpaq sahəsindən çıxarmaya dair mülki iş var və həmin iş qurtarmayana qədər bu işin baxılması qeyrimümkündür. Amma əslində bu işin baxılması qurtarmayana qədər Apellyasiyadakı işə baxılması qeyri-mümkündür. Belə ki, qarşılıqlı iddia ilkin iddianın rədd edilməsinə yönəlmiş iddiadır və əqdin etibarlı hesab edilməsinə dair iddiası təmin ediləcəyi təqdirdə Apellyasiya məhkəməsində baxılan torpaq sahəsindən çıxarma iddiası rədd ediləcəkdir. Belə olan təqdirdə məhkəmə hazırkı qərardadı qəbul edərkən AR MPM-nin qarşılıqlı iddianın mahiyyəti və hazırkı mübahisələr arasındakı qarşılıqlı əlaqə və asılılığı düzgün müəyyən etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli və onunla bağlı 24 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilməlidir. İşdən görünür ki İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, məhkəmənin dayandırılmaya əsas kimi iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 cavabdehlər X5, X9, İddiaçı və 3-cü şəxs Maraqlı şəxsnə qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRX-dən çıxarışın alınmasına dair yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılması olmuşdur. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırılmalıdır (Mülki Prosessual Məcəllənin 254.1.4. maddəsi). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Göründüyü kimi Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İşdən göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs AR ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qaldırdığı iddia tələbinin nəticəsi hazırkı Apellyasiya Məhkəməsinin baxış predmeti olan iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 cavabdehlər X5, X9, İddiaçı və 3-cü şəxs Maraqlı şəxsnə qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRX-dən çıxarışın alınmasına dair yaradılan maneələrin aradan qaldırılması tələbini özündən asılı edərək, həmin işə baxılmasını mümkünsüz edir. Lakin birinci instansiya məhkəməsi mülki işin icraatını dayandırarkən qanunvericiliyin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli və onunla bağlı 24 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, mülki işə mahiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-8.1, 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli və onunla bağlı 24 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün mülki iş Quba rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar