Azərbaycan Respublikası adından Əlavə qətnamə Sumqayıt şəhəri İş № 2(105)-662/2025 14.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı1 İxtibar qızının cavabdeh cavabdeh2 MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəhimli Lalə Elxan qızından ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı iddiaçı1 İxtibar qızının nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 İxtibar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddiaçı1 İxtibar qızı cavabdehlər cavabdeh2 MTK-ya və Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ləğv edilmiş müqavilə üzrə tərəfindən ödənilmiş 93.000 ( doxsan üç min) manat məbləğdə pul vəsaitinin, faiz borcları və digər tutulmalar çıxılmaqla 73.000 (yetmiş üç min) manat məbləğdə pul vəsaitinin cavabdeh cavabdeh2 MTK-dan və mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus əmlaklara (TV LC Smart 82 ekran televizor -1 ədəd, dəyəri 1000 manat, 2 ədəd xrustal şamdanlı çilçıraq dəyəri-250 manat (ümumilikdə 500 manat), Almaniya istehsalı servis naboru dəyəri 500 manat, mətbəx mebeli ümumi dəyəri 1500 manat, klassik stildə qonaq otağı şkafı (qorka) 1- ədəd qiyməti 700 manat, 3 ədəd dolab hər biri 350 manat olmaqla, ümumilikdə 1050 manat, 12 ədəd xrustal stəkan 50 manat, yataq otağında asılqan dolab-1 ədəd 300 manat, 2 qapılı dolabın güzgüləri hər biri 150 manat olmaqla 300 manat, Karaca qaşıq bıçaq dəsti 100 manat olmaqla, vurulan ziyan nəticəsində ona dəymiş 6.000 (altı min) manat məbləğdə maddi zərərin əvəzinin Binəqədi rayon İcra Şöbəsi və cavabdeh2 MTK-dan tutularaq xeyrinə ödənilməsi, dövlət rüsumu qismində ödənilmiş 327 manat məbləğdə pul vəsaitinin cavabdehlərdən tutularaq xeyrinə ödənilməsinə, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, ** saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin (cavabdeh xxxx” MMC yə aid hissəsində) iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamə ilə müəyyən edilmiş məbləği əhatə etmədikdə, yerdə qalan məbləğin təkrar cavabdeh cavabdeh2 MMC-dən tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, icra tədbirləri həyata keçirərkən kobud qanun pozuntularına və əmlakına qarşı yol verilmiş qeyri-qanuni əməllərə görə Binəqədi rayon İcra Şöbəsinin müvafiq icra məmurları barəsində “xüsusi qərardad” qəbul edilməsi, aidiyyatı üzrə İcra Baş İdarəsinə təqdimat ünvanlanmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə Əbilova Arzu İxtibar qızı arasında bağlanmış *** saylı, ## ####### 2016-cı il tarixli Payçı müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdeh Əbilova Arzu İxtibar qızının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, ** saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı cavabdeh2 Mənzil Tikinti Kooperativinə qaytarılması, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Əbilova Arzu İxtibar qızından tutularaq, cavabdeh2 Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi qət edilmişdir. Müvafiq qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri isə təmin edilməmiş, qətnamə qanuni qüvvə almış və icra edilməsi məqsədilə Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin icra məmurları və cavabdeh2 MTKnın əməkdaşları tərəfindən müvafiq qətnamə icra edilərkən və mənzil boşaldılarkən mənzildə ona məxsus olan ev əşyaları kobud şəkildə çölə atılmış, bir çoxu zədələnmiş, məhv olmuşdur. Belə ki, icra məmurları tərəfindən mənzil boşaldılarkən mənzildə ona məxsus olan qab-qacaq əşyaları tamamilə sındırılmış, “LG Smart TV” markalı televizor, çilçıraqlar, mebellər, bütün mətbəx əşyaları və digər əşyalar yararsız hala salınmış, bununla da mənə külli miqdarda zərər vurulmuşdur. Buna dair foto və video görüntülər məhkəmə zalında təqdim ediləcəkdir. Eyni zamanda qeyd edilməlidir ki, müvafiq müqavilə məhkəmə tərəfindən ləğv edilmiş olsa da mənzilə münasibətdə müqavilə üzrə onun tərəfindən ödənişlər həyata keçirilmiş, ümumilikdə 73.000 (yetmiş üç min) manat manat məbləğdə pul vəsaiti ödənmişdir. Ona görə də hesab edir ki, müqavilə ləğv edildiyi təqdirdə həmin ödənişlər (faiz borcları çıxılmaqla) və mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində ona dəymiş 6.000 ( altı min) manat məbləğdə maddi zərərin əvəzi, ümumilikdə 79.000 ( yetmiş doqquz min) manat məbləğdə pul vəsaiti cavabdeh2 MTK tərəfindən ona qaytarılmalı, qətnaməni icra edərkən kobud qanun pozuntularına və əmlakına qarşı yol verilmiş qeyri-qanuni əməllərə görə Binəqədi rayon İcra Şöbəsinin müvafiq icra məmurları barəsində “xüsusi qərarardad” qəbul edilməlidir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi qismən təmin edilmiş, iddiaçı iddiaçı1 İxtibar qızı ilə cavabdeh cavabdeh2 MTK arasında bağlanmış ## ####### 2016cı il tarixli payçı müqaviləsinə əsasən ödənilmiş 10000 (on min) manat məbləğində pul və dövlət rüsumuna görə 120 manat pul vəsaitinin cavabdeh2 MTK-dan alınaraq iddiaçı1 İxtibar qızına verilməsi, ödənilmiş dövlət rüsumunun 207 manatının iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında hazırki müabahisəli məsələ onlar arasında bağlanmış ## ####### 2016-cı il tarixli müqavilənin 8.1-ci bəndi ilə bağlıdır. Həmin bənddə qeyd edilmişdir ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni birtərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. İş materiallarından görünür ki, müqavilə ləğv edildikdən sonra “MTK” tərəfindən banka olan borc ödənilmiş və mənzil artıq digər şəxsə satılmışdır. Həmçinin məhkəmə sorğusuna əsasən əldə edilmiş materiallardan görünür ki, Əbilova Arzu İxtibar qızı müqavilə ləğv edilənədək ##.##.2016-cı il tarixdən ##.##.2023cü il tarixədək kredit müqaviləsi üzrə 7773.64 manat əsas borc üzrə, 59092.91 manat məbləğində faiz borcu üzrə ödənişlər edilmişdir. Belə olan halda müqavilənin 8.1-ci bəndi əsas götürülərək MTK-dan iddiaçının xeyrinə ödənilmiş əsas məbləğin tutulması hissəsində iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Göstərilənləri və cavabdeh cavabdeh2 MTK-nın nümayəndəsinin izahatını nəzərə alaraq məhkəmə hesab edir ki, 10000 manat (cavabdehin nümayəndəsinin izahatı nəzərə alınaraq) məbləğdə pul vəsaitinin cavabdeh cavabdeh2 MTK-dan tutularaq iddiaçı iddiaçı1 İxtibar qızına ödənilməlidir. İddia tələbinin mənzil boşaldılarkən edilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus əmlaklara vurulan ziyan nəticəsində ona dəymiş 6.000 (altı min) manat məbləğdə maddi zərərin əvəzinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinin icrası zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əksinə iddiaçı1 İxtibar qızı qanuni qüvvəsini almış qətnamənin könüllü icrası ilə əlaqədar məlumatlandırılmış, lakin o, məhkəmə qətnaməsini icra etməkdən yayınmışdır. İcra zamanı A.İ.Tekinə məxsus 34 adda əşyalar akt tərtib edilərək, MTK-nın nümayəndəsinə təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı icra zamanı hər hansı qanun pozuntutsunun aşkarlanmadığından, həmçinin iddiaçı bu tələbi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişidir. Məhkəmə tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, ** saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin (cavabdeh cavabdeh2 MMC yə aid hissəsində) iddiaçıya ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamə ilə müəyyən edilmiş məbləği əhatə etmədikdə, yerdə qalan məbləğin təkrar cavabdeh cavabdeh2 MMC-dən tutularaq, iddiaçının xeyrinə ödənilməsi hissəsində qeyd edir ki, həmin mənzil artıq 3-cü şəxsə satıldığından, MTKnın həmin mənzilə dair hüququları olmadığından tutmanın yönəldilməsi yolverilməzdir, ona görə də bu hissədə iddia təmin edilə bilməz.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 389.1, 421.3, 424.4, 424.5, 1096.1, 1097.1-ci maddələrinə, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2017-ci tarixli qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı iddiaçı1 İxtibar qızına apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv olunması və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları kifayət qədər hərtərəfli araşdırmamış, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə dəymiş 6.000 (altı min) manat məbləğdə maddi zərəri nəzərə almadan, iddiaçı iddiaçı1 İxtibar qızı ilə cavabdeh cavabdeh2 MTK arasında bağlanmış ## ####### 2016-cı il tarixli payçı müqaviləsinə əsasən ödənilmiş 10000 (on min) manat məbləğində pul vəsaiti cavabdeh2 MTK-dan alınaraq iddiaçı1 İxtibar qızına verilməsini təmin edərkən mənzilə və ya əşyalara münasibətdə verilməsini əsaslandırmadan, eyni zamanda əmlakın ümumi dəyərini müəyyən etmədən ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı iddiaçı1 İxtibar qızı əmlakın ümumi dəyərini müəyyən edilməsi istiqamətində kifayət qədər pul vəsaiti ödənilmişdir. Tərəfindən vəsatət verilərək mülki iş üzrə “məhkəmə-mühasibatlıq ekspertizası”nın təyin edilməsi, ekspert qarşısında müvafiq sualların qoyulmasına (xxxx” Mənzil Tikinti Kooperativi ilə Tekin (Əbilova) Arzu İxtibar qızı arasında bağlanmış *** saylı, ## ####### 2016-cı il tarixli Payçı müqaviləsi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, ** saylı mənzil üçün Tekin (Əbilova) Arzu İxtibar qızı tərəfindən ödənilmiş pul vəsaitinin ümumi məbləğin (faiz borcu, cərimələr və digər tutulmalar nəzərə alınmaqla) (bütün ödəniş illəri nəzərə alınmaqla); Azərbaycan Beynəlxalq Bankı ilə Tekin (Əbilova) Arzu İxtibar qızı arasında bağlanmış ##.##.2016- cı il tarixli daxili ipoteka krediti üçün) ## ####### 2016-cı il tarixli və eyni tarixli, 491-25-10-2016-MA-Bİ №-li müqavilələr üzrə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, ** saylı mənzil üçün Tekin (Əbilova) Arzu İxtibar qızı tərəfindən ödənilmiş pul vəsaitinin ümumi məbləğin (faiz borcu, cərimələr və digər tutulmalar nəzərə alınmaqla); Azərbaycan Beynəlxalq Bankı ilə Tekin (Əbilova) Arzu İxtibar qızı arasında bağlanmış ##.##.2016-cı il tarixli ( daxili ipoteka krediti üçün) ## ####### 2016-cı il tarixli və eyni tarixli, 491-25-10-2016-MA-Bİ №-li müqavilələr üzrə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, ** saylı mənzil üçün Tekin (Əbilova) Arzu İxtibar qızı tərəfindən ödənilmiş pul vəsaitinin ümumi məbləği (faiz borcu, cərimələr və digər tutulmalar nəzərə alınmaqla çıxdıqdan sonra ( aralarında bağlanan müqavilə öhdəliyi çərçivəsində) yerdə qalan məbləğin müəyyən edilməsi məqsədi ilə) dair qərardad qəbul edib icrası məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi xahiş edilsə də vəsatət rədd edilmişdir. Məhkəməyə tərəfindən “TV LC Smart 82 ekran teelvizor -1 ədəd, dəyəri 1000 manat ,2 ədəd xrustal şamdanlı çılçıraq dəyəri-250 manat ( ümumilikdə 500 manat), Almaniya istehsalı servis naboru dəyəri 500 manat, mətbəx mebeli ümumi dəyəri 1500 manat, klassik stildə qonaq otağı şkafı ( qorka) 1- ədəd qiyməti 700 manat ,3 ədəd dolab hər biri 350 manat olmaqla ümumilikdə 1050 manat,12 ədəd xrustal stəkan 50 manat, yataq otağında asılqan dolab- 1 ədəd 300 manat, 2 qapılı dolabın güzgüləri hər biri 150 manat olmaqla 300 manat,Karaca qaşıq bıçaq dəstləri -1 dəst olmaqla ümumi dəyəri 100 manat olan əşyalar barədə ekspertin qarşısında qeyd olunan əşyaların bazar qiymətinin nə qədər olması və həmin əşyalara dəymiş ziyanın miqdarınin nə qədər olması barədə suallar qoyularaq “məhkəmə əmtəəşünaslıq ekspertizası”-nın keçirilməsini və aidiyyəti üzrə məhkəmə eksperiza mərkəzinə göndərilməsini”nə dair vəsatət verilsə də, məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Bundan əlavə cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə Nağıyeva İlgün Vilayət qızı arasında bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, ** saylı mənzilə dair ##.##.2024-cü il tarixli “Payçı müqaviləsi” tərəflərin mənzilə dair “alqı-satqı” müqaviləsi məhkəməyə təqdim olunmalı və məhkəmə tərəfindən bu məsələ Nağıyeva İlgün Vilayət qızı mülki iş üzrə üçünçü şəxs qismində cəlb edilərək düzgün, obyektiv, tam, hərtərəfli araşdırılmalı idi. Qətnamə ilə ödənilmiş 10000 (on min) manat məbləğində pul vəsaitnini cavabdeh2 MTK-dan alınaraq iddiaçı1 İxtibar qızına verilməsi qət edilmişdir. Buna əsas olaraq cavabdeh cavabdeh2 MTK-nın etirafını nəzərə almışdır. İddia tələbinin qalan hissədə təmin edilməməsinin əsası məhkəmə tərəfindən əsaslandırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin Binəqədi rayon İcra şöbəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
11. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 MTKdan 26.993,47 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 125 manatı olmaqla, cəmi 27.113,47 manat alınaraq, iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
Kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Qərardaddan iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.
13. Eyni zamanda iddiaçı qətnamədən kassasiya şikayəti verərək, cavabdehin kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız iddianın rədd edilməsi hissəsində ləğv edilməsi barədə yeni birbaşa qərar qəbul olunmasını xahiş etmişdir.
14. Həmçinin, cavabdeh cavabdeh2 MTK qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edildiyi hissəsində ləğv edilməsini və həmin hissədə işin baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- ****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli, ## #### 2025-ci il tarixli qərardadının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
16. Daha sonra mülki işin materialları Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılması üçün hazırkı məhkəmə tərkibinin icraatına verilmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin ## ###### 2025ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 3863/2025 nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı1 İxtibar qızı və cavabdeh cavabdeh2 MTK tərəfindən verilmiş kassasiya şikayətlərinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş məhkəmə baxışından çıxarılması, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı1 İxtibar qızının nümayəndəsi və vəkili vəkil1 izahatında bildirmişdir ki, İcra şöbəsi icra tədbirlərini həyata keçirərkən iddiaçıya məxsus əşyalara zərər vurulub. İddiaçı icra tədbirlərində iştirak etməyib. Sonradan iddiaçının anası əşyaları götürməyə getmiş, lakin ona bildirmişlər ki, məhkəmə prosesləri zamanı əşyaları vermirlər. Videogörüntüləri həmin zaman qeydə alımışdır. Vidoegörüntüdəki qadın iddiaçının anası olmuşdur. Əgər əşyaları təhvil verdiklərini bildirirlərsə, o zaman təhvil aktını təqdim etsinlər. Belə bir akt mövcud deyil. Vətəndaşın icra tədbirləri zamanı iştirak edə bilməməsi onun əşyalarına zərər vurulmasına rəvac vermir. İddiaçı icra tədbirləri həyata keçirilərkən Azərbaycanda olmayıb, anasına MTKnın nümayəndəsi olan Salman adlı şəxs zəng edərək, icra tədbirlərinin həyata keçirildiyini bildirərək əşyaları götürməsini bildiriblər. Anası isə illərlə ödənişlər etdiyini bildirərək hər hansı bir güzəştə getmələrini, yeni qrafik açmalarını və həmin qrafik əsasında ödənişlər etməsini təklif etsə də, MTK ilə razılıq əldə olunmamışdır. İddiaçının anası illərlə etdiyi ödənişlərin, mənzildəki əşyaların necə olacağını soruşduqda MTK-nın nümayəndəsi əşyaların icra tədbirləri çərçivəsində evdən çıxarılacağını bildirmiş, iddiaçının anasına “istəyirsən icra zamanı iştirak et, istəyirsən etmə” şəklində ifadə etmişdir. Sonradan özü də Salman və icra məmuru Asəmə zəng edərək, icra tədbirinin təxirə salınmasını xahiş etmiş, lakin icranın davam etdiriləcəyini və təxirə salmanın mümkün olmadığı ona bildirilmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh Bakı şəhər Binəqədi rayon İcra şöbəsinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə Əbilova Arzu İxtibar qızı arasında bağlanmış *** saylı ## ####### 2016-cı il tarixli Payçı müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdeh Əbilova Arzu İxtibar qızının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, ** saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı cavabdeh2 Mənzil Tikinti Kooperativinə qaytarılması, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Əbilova Arzu İxtibar qızından tutularaq cavabdeh2 Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi qət edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ### 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin digər şəxslərlə yanaşı iddiaçıya da ünvanladığı ## #### 2024-cü il tarixli bildirişdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2023-cü il tarixli icra sənədi könüllü icra edilməsiyi üçün məcburi icra tədbiri ## #### 2024-cü il tarixə saat 10:30-a təyin edilməklə, iddiaçıya qeyd edilən vaxtda icra yerində olması tapşırılmışdır.
23. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin ##.##.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğu üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır.
24. ünvan 1 ünvanında ##.##.2024-cü il tarixdə icra məmuru tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar əvvəlcədən iş üzrə borcluya rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq, icra yerinə gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Tərəflərindən qapı açılmış və mənzilə baxış keçirilmişdir. Mənzilə baxış zamanı heç bir qiymətli əşya, qızıl-zinyət əşyaları və ya pul vəsaitləri aşkar edilməmişdir. Baxış zamanı iki otaqlı mənzildə olan 34 adda məişət əşyaları – 2 ədəd televizor, 1 ədəd ikigüzgülü kamot, 1 ədəd stenka, 1 ədəd bir qapılı stenka, 1 ədəd televizor altı, 1 ədəd jurnalnı, 1 ədəd dairəvi xalça, 6 ədəd stul, 1 ədəd stol, 1 ədəd künc divan, 1 ədəd uşaq stolu, 2 ədəd matraslı taxt, 13 ədəd döşək, 3 ədəd yorğan, 8 ədəd yastıq, 1 ədəd dolab, 2 ədəd tumbuçka, 7 ədəd yastıq (karopka), 1 dəst mətbəx mebeli, 1 ədəd (evrolux) paltaryuyan, 1 ədəd (Heiner) soyuducu, 1 ədəd fırın (İltimat), 1 ədəd dörd gözlü qaz pilitəsi ( Öztürklər), 1 ədəd aspirator (Zuxell), 1 ədəd tozsoran (Eurolux), 1 ədəd tozsoran (Galaksi star), 1 ədəd şirəçəkən (Bergamo), 1 ədəd toster (Haeger), 1 ədəd kombi (Eca), 1 ədəd blender (Raf), 1 ədəd lüstur, 1 ədəd iki gözlü divan dolabı, 10 dəst pal-paltar dəsti siyahıya alınmaqla iş üzrə tələbkar cavabdeh2 MTKnın nümayəndəsi-komendantı Faiq Abbasova təhvil verilmiş və ona Cinayət Məcəlləsinin 303-cü maddəsinin məsuliyyəti elan edilmişdir. Mənzil boş vəziyyətdə təhvil verilmişdir.
25. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, mülki işin 1-ci cildinin 171-ci səhifəsində olan yaddaş saxlayıcıdakı videogörüntülərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən evdən çıxarılmış əşyalar bianın qaraj hissəsinə yığılmış, videonu qeydə alan şəxs isə əşyalarına zərər dəyməsini iddia edərək, yalnız 1 ədəd LG markalı televizorun zədələndiyini bildirməklə, zədəni nümayiş etdirməkdədir. Bundan başqa o, çilçırağın və qab-qacağın sındığını iddia etsə də vidoegörüntüdən həmin əşyalara zərər dəyməsini müəyyən etmək mümkün deyildir.
26. İş materiallarında olan cavabdeh2 MTK-nın əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, icra məmuru tərəfindən cavabdeh2 MTKnın saxlancına verilmiş əşyaları iddiaçı təhvil almış və bunu təsdiq edən fotoşəkillər akta əlavə edilmişdir. Yalnız fotoşəkildə qeyd olunan 4 ədəd əşyanı (1 cild, səhifə 220-də olan fotoşəkil) yerləşdirməyə yerinin olmadığını bildirərək iddiaçı həmin əşyaların saxlancda qalmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1. Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
28. "İcra Haqqında” Azərbaycan Respublikası Qanunu
2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
29. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1 işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
30. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin Binəqədi rayon İcra şöbəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iş üzrə əlavə qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddia tələbinin Binəqədi rayon İcra şöbəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə Əbilova Arzu İxtibar qızı arasında bağlanmış *****0*** saylı, ## ####### 2016-cı il tarixli müqavilə ləğv edilmiş və cavabdeh Əbilova Arzu İxtibar qızının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, ** saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı cavabdeh2 Mənzil Tikinti Kooperativinə qaytarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir.
33. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi ümumiyyətlə əyaların onlara təhvil verilmədiyini iddia etmişdir ki, məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilini əsassız hesab etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iş üzrə iddianın predmeti icra məmuru tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli akta əsasən evdən çıxarılmış 34 adda məişət əşyasının iddiaçıya təhvil verilməsi və ya hər hansı bir şəxsin qanunsuz sahibliyindən götürülməsi ilə bağlı deyil, 10 adda məişət əşyasının yararsız vəziyyətə düşməsi ilə əlaqədar olaraq zərərin əvəzinin ödənilməsi olmuşdur. Hərçənd ki, cavabdeh cavabdeh2 MTK tərəfindən məhkəməyə ##.##.2024-cü il tarixli akt və ona əlavə edilmiş fotoşəkillər təqdim edilmişdir ki, həmin akta əsasən cavabdeh cavabdeh2 MTK icra məmuru tərəfindən cavabdeh2 MTK-nın saxlancına verilmiş əşyaların iddiaçı tərəfindən apardığı, bunun isə fotoşəkillərlə təsdiq olunduğu iddia olunmuşdur. Yalnız fotoşəkildə qeyd olunan 4 ədəd əşyanın (1 cild, səhifə 220-də olan fotoşəkil) yerləşdirməyə yerin olmaması əsası ilə cavabdeh cavabdeh2 MTK-a saxlandığı qeyd olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, videogörüntülərdən isə görünür ki, evdən çıxarılmış əşyalar bianın qaraj hissəsinə yığılmış, iddiaçının anası əşyaların görüntüsünü video qeydə almaqla yanaşı, əşyalara zərər dəyməsini iddia etmişdir. İddiaçının tələbi əşyaların təhvil verilməsi olmadığından məhkəmə kollegiyası işin qeyd olunan hallarına hüquqi qiymət verməmişdir.
34. Məhkəmə kollegiyası iddiaçının ona məxsus əşyaların bəzilərinin icra zamanı, icra məmurunun hərəkətləri nəticəsində yararsız vəziyyətə düşməsi və buna görə də ona zərər vurulması ilə bağlı şikayətinin dəlillərini də əsassız hesab etmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin icrası ilə əlaqədar o, qətnamənin könüllü icrası ilə əlaqədar məlumatlandırılmış, lakin o, məhkəmə qətnaməsini könüllü icra etməmiş, həmçinin məcburi icra zamanı isə icra yerinə gəlməmiş və icra zamanı mənzildən çıxarılan əşyalarını təhvil almamışdır. Hərçənd ki, iddiaçı mənzildən əşyaları ilə birlikdə çıxarılacağından məlumatlı olduğundan icra prosessidə iştirak etməkdə, o cümlədən öz əşyalarının təhlükəsizliyini təmin etməkdə maraqlı olmalı idi. Əşyalara zərər vurulmasına dair iddiaçı tərəfindən məhkəməyə yalnız videogörüntülər təqdim edilmişdir ki, həmin videogörüntülərdə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən evdən çıxarılmış əşyalar bianın qaraj hissəsinə yığılması, videonu qeydə alan iddiaçının anasının əşyalarına zərər dəyməsini iddia etməsi, yalnız 1 ədəd LG markalı televizorun zədələnməsinin müəyyən olunması görünməkdədir. Hərçənd ki, həmin televizorun icra tədbirindən əvvəl evdə zədələnmiş vəziyyətində olması, iddiaçının anası tərəfindən əşyalara baxış keçirilərkən zədələnməsi halı da istisna olunmamaqdadır. Bundan başqa o, çilçırağın və qab-qacağın sındığını iddia etsə də vidoegörüntüdən həmin əşyalara zərər dəyməsini müəyyən etmək mümkün deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı icra tədbiri zaman icra məmurunun hərəkətləri nəticəsində ona məxsus əşyaların zədələnməsini və ya yararsız vəziyyətə düşməsini sübut edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə əlavə qətnamə qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi, iddia tələbinin Binəqədi rayon İcra şöbəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İş üzrə əlavə qətnamə qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddia tələbinin Binəqədi rayon İcra şöbəsinə qarşı maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.