Məhkəmə qərarları › İş №2(105)-665/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-665/2024

05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-665/2024 05.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Cabbarov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddianın qismən təmin edilməsi və cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cavabdehndən vurduğu zərərə görə kompensasiya – 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaitinin alınaraq iddiaçı Dəvəçi-Sərnişin” Açıq Səhmdar Cəmiyyətinin ödənilməsi qət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qətnaməsindən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi, hazırki qərardad qanuni qüvvəsini aldıqdan sonra Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki işi həmin iş üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qətnamədən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardadından həmin iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin sədri X2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Şabran Rayon Məhkəməsinin 2(031)- 285/2023 nömrəli mülki işi həmin iş üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin sədri X2 tərəfindən verilmiş şikayət ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC xx.xx.2022-ci il tarixdə Cavabdehnə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC – yə vurduğu 5297 (beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti Şabran Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Belə ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məxsus şəxsi kabinetdə yerləşdirilmişdir. Bundan sonra, üçüncü şəxs Nizami Ağamalıyev xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətlə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Şabran Rayon Məhkəməsinə birbaşa müraciət etməsi, həmin şikayətdə şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi ünvanı qeyd etməməsi, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə etməməsi və şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2 saylı Əlavəsində göstərilmiş apellyasiya şikayətinin formasına uyğun olmaması hallarına istinad edilməklə geri qaytarılmışdır. Daha sonra, üçüncü şəxs, xx.xx.2023-cü il tarixdə yenidən şikayətlə müraciət etmiş, həmin şikayət də Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun (elektron kabinet vasitəsilə) verilmədiyindən geri qaytarılmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 xx.xx.2023-cü il tarixdə elektron kabineti vasitəsilə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2298/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadından görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2298/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadında birbaşa qeyd olunmuşdur ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş üçüncü şəxsə məxsus elektron kabinetə yerləşdirildiyindən, qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayəti verilməsi üçün müddət axımının həmin tarixdən hesablandığından və qətnamədən apellyasiya şikayətinin qətnamənin rəsmi qaydada verildiyi gündən 1 ay müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə verildiyindən üçüncü şəxs apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cüil tarixdə qəbul edilmiş qərardadından görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 285/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayəti belə bir şikayətin verilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş 01 (bir) aylıq müddət ötürüldükdən sonra verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Yuxarıda qeyd edilmiş mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 xx.xx.2023-cü il tarixdə Elektron məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qətnaməsindən apelyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən apelyasiya şikayət verilməsi üçün müəyyən edilmiş 01 (bir) aylıq prosessual müddətin tərəfindən buraxılmasının səbəbini üzürlü hesab etməklə buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 ərizəsini Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qətnaməsindən verdiyi apelyasiya şikayətinin həmin qətnamədən apelyasiya şikayəti verilmə müddətinin tərəfindən ötürüldüyü üçün geri qaytarılması, sözü gedən qətnamənin xx.xx.2023-cü il tarixdə ona məxsus Elektron Məhkəmə İnformasiya sistemində olan elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq onun elektron imzanı dəstəkləyən mobil nömrəyə kifayət qədər vəsait yükləyə bilməməsi səbəbi ilə Elektron Məhkəmə İnformasiya sistemində olan şəxsi kabinetinə daxil ola bilməməsi, həmin qətnamənin ona xx.xx.2023-cü il tarixdə poçt göndərişi vasitəsi ilə təqdim edilməsi və onun həmin qətnamədən xx.xx.2023-cü il tarixində də 01 (bir) ay müddəti ötürmədən 18-ci gündə Elektron Məhkəmə Sistemi vasitəsi ilə apelyasiya şikayəti verməsi ilə əsaslandırmışdır. Şabran rayon məhkəməsinin 2(031)-285/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunur ki, beləliklə, Azərbaycan Respublikasının Qanunvericiliyini yuxarıda qeyd edilmiş müddəalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qətnaməsi xx.xx.2023-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məxsus Elektron Məhkəmə İnformasiya sistemində olan elektron kabinetinə yerləşdirilsə də, onun həmin elektron kabinetdən istifadə etməməsi səbəbi ilə faktiki olaraq həmin qətnamə ona xx.xx.2023-cü il tarixdə sifarişli poçt göndərişi ilə təqdim edildiyi üçün onun həmin qətnamədən apelyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməli və apelyasiya şikayəti mülki işlər birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş üçüncü şəxsə məxsus elektron kabinetə yerləşdirildiyindən, qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayəti verilməsi üçün müddət axımı həmin tarixdən hesablanmalı və qətnamədən apellyasiya şikayəti həmin gündən 1 ay müddətində verilə bilərdi. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi,qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. X5 isə apellyasiya şikayətini müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə vermişdir. X3 elektron imzanı dəstəkləyən mobil nömrəyə kifayət qədər vəsait yükləyə bilməməsi səbəbini qeyd etməklə Elektron Məhkəmə İnformasiya sistemində olan şəxsi kabinetinə daxil ola bilməməsini göstərməsi apellyasiya şikayəti verilməsi müddətinin buraxılması üçün üzrlü səbəb sayılmamalıdır. Belə ki, elektron məhkəmə informasiya sisteminə asan və elektron imzalar əldə etmədən də “email” və “asan login” ilə də daxil olaraq məhkəmə sənədləri ilə tanış olmaq olardı. İkincisi isə “asan” imza da aylıq abunə haqqı 2 manat 50 qəpik pul təşkil edir ki, bu da elə də böyük bir vəsait deyil ki, sistemə daxil olmaq böyük bir problemə çevrilə bilsin. Ən əsası isə qanunların tələbləri hamı tərəfindən birmənalı şəkildə yerinə yetirilməlidir. Göründüyü kimi məhkəmənin Nizami Ağamalıyevin elektron kabinetindən istifadə etməməsini əsas gətirərək onun əməllərinə hüquqi don geyindirməsi qanun pozuntusudur. Nizami Ağamalıyevlə aramızda bu günədək illərlə davam edən onlarla məhkəmə prosesləri olmuşdur ki, Nizami Ağamalıyev də elektron kabinetin nə olduğunu, apellyasiya şikayətinin həmin kabinet vasitəsi ilə verilməli olduğunu hamıdan yaxşı bilir. Göründüyü kimi şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin N.Ağamalıyev tərəfindən üzrlü səbəbdən buraxılmasından söhbət belə gedə bilməz. X3 qeyd etdikləri üzrlü səbəb yox açıq aydın bəhanədən başqa bir şey deyildir. Ən əsası isə X5 iş üzrə tərəf olmamasına baxmayaraq, cavabdeh tərəfindən İddiaçı ASC-yə vurulmuş ziyanın geri qaytarılmasına maneəçilik yaratmaqdadır. Hansı ki, iş üzrə cavabdeh tərəf vurduğu ziyanı birbaşa etiraf etməkdədir. Göründüyü kimi məhkəmədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə formal cəhətdən istinad edilsə də, həmin maddə səhv təfsir edilmişdir. Bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini əsaslı olması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nizami Ağamalıyev qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli və onunla bağlı 08 fevral 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar