Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-667/2022 08.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X1, X3 və X4 qarşı borcun tutulması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(060)-986/2016 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2016-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı QSC icraatın təzələnməsinə dair vəsatət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim E.Abdullayev) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş icraatın təzələnməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı QSC Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2016-ci il tarixli qərardadından şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim A.İsmayılov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2016-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı QSC Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərardadından şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim R.Qoşqarlı) İddiaçı QSC-nin Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı QSC həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı QSC-nin şikayətinə baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X1, X3 və X4 qarşı borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı QSC Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərardadda şikayətin geri qaytarılmasına əsas kimi Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə istinad etmiş, istinad edilən maddə isə apellyasiya şikayətinin geri qaytarılması üçündür. Halbuki bu iş üzrə İddiaçı QSC tərəfindən apellyasiya şikayəti deyil, qərardaddan şikayət verilmişdir. Onlara apellyasiya və kassasiya şikayətlərinin elektron qaydada verilməsi tələbi məlumdur. Lakin bu qayda birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərardadlardan şikayətə aid deyildir. Göründüyü kimi maddədə qərardaddan şikayəti elektron qaydada vermək tələbi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi şikayət vermək hüququnu məhdudlaşdırmış, mülki prosessual qanunvericiliklə tələb müəyyən edilmədiyi halda, əlavə əsassız tələb qoyaraq İddiaçı QSC-nin məhkəməyə çatımlılıq hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli və onunla bağlı 27 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını şikayətin elektron qaydada verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilərkən elektron qaydada verilməməsini əsas gətirərək, şikayətin geri qaytarılmasını qərara almış, lakin 2(060)- 986/2016 saylı mülki işin elektron sistemə daxil olmadığını, Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərardadından şikayətin elektron qaydada verilməsinin mümkünsüz olmasını nəzərə almamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli və onunla bağlı 27 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilməli, İddiaçı QSC tərəfindən verilmiş şikayətə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli və onunla bağlı 27 dekabr 2021-ci il tarixli qərardadları ləğv edilsin. Şikayətə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-667/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-667/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver