Məhkəmə qərarları › İş №2(105)-667/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-667/2024

02.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-667/2024 02.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , iddiaçılar Nümayəndə (eyni zamanda İddiaçı3 etibarnamə üzrə nümayəndəsi), İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, Nümayəndə və İddiaçı3 cavabdehlər Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e-2(060)-5730/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, Nümayəndə və İddiaçı3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, Nümayəndə və İddiaçı3 cavabdehlər Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Sumqayıt şəhəri, Xəzri MK İİİ küçə, ev 103 ünvanında yerləşən evdə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı1 1984-cü ildən X2 ilə ailə quraraq, ailə üzvləri həyat yoldaşı Mehman Kərimov, qızı Sehran Kərimova və oğlu İddiaçı3la birlikdə 2015-ci ilə qədər yuxarıda göstərilən ünvanda, yəni ünvan 1əsində onlar oradan çıxaraq yuxarıda göstərilən Sumqayıt şəhəri, YAT-5, 20 Yanvar küçəsi, məh. 15, ev.42Byə 1 otağa müvəqqəti köçərək yaşamağa başlamışlar. Hal-hazırda böyük bir külfət yataqxananın dar otağında zillət içərisində qalmışdır. Mehman Kərimov vəfat etdikdən sonra həmin yaşayış sahəsi boş kimsəsiz vəziyyətdə qaldığı üçün kənar şəxslər tərəfindən zəbt edilmişdir. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 24 noyabr 2022- ci il, 3712 nömrəli məktubuna əsasən 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə 08 oktyabr 2022-ci il tarixində ölmüş X1 vərəsəsi – qızı Nümayəndə müraciət etmiş və vərəsələr siyahısına əlavə edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilərək iddia ərizəsinin surəti rəsmi qaydada təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e-2(060)-5730/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, Nümayəndə və İddiaçı3 birgə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e- 2(060)-5730/2023 nömrəli qətnaməsinin ləğv edilməklə iddia tələbinin tam təmin olunması, Sumqayıt şəhəri, Xəzri MK İİİ küçə, ev 103 ünvanında yerləşən mənzilə istifadə hüquqları tanınmaqla iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar apellyasya şikayətini iddia ərizəsi ilə eyni qaydada əsaslandıraraq qeyd etmişlər ki, İddiaçı1 1984-cü ildən X2 ilə ailə quraraq, ailə üzvləri həyat yoldaşı Mehman Kərimov, qızı Sehran Kərimova və oğlu İddiaçı3la birlikdə 2015-ci ilə qədər yuxarıda göstərilən ünvanda, yəni ünvan 1əsində onlar oradan çıxaraq yuxarıda göstərilən Sumqayıt şəhəri, YAT-5, 20 Yanvar küçəsi, məh. 15, ev.42Byə 1 otağa müvəqqəti köçərək yaşamağa başlamışlar. Hal-hazırda böyük bir külfət yataqxananın dar otağında zillət içərisində qalmışdır. Mehman Kərimov vəfat etdikdən sonra həmin yaşayış sahəsi boş kimsəsiz vəziyyətdə qaldığı üçün kənar şəxslər tərəfindən zəbt edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar Nümayəndə (eyni zamanda İddiaçı3 etibarnamə üzrə nümayəndəsi), İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, yoldaşının ona dediklərinə əsasən İddiaçı1 ilə X2 2016-cı ilə kimi rəsmi nikahda olsalar da, 2008-ci ildən faktiki olaraq ayrı yaşayıblar. 2005-ci ildə onların qızı Nümayəndə ailə həyatı quraraq başqa evə gəlin köçmüşdür. Ondan sonra X8 Əliyevaya və oğluna 8 sot torpaq verib və orada digər evin tikintisinə köməklik etmişdir. Cavabdeh2 həmçinin bildirmişdir ki, 2016-cı ildən təqribi 1 il yarım əvvəl Kərimov Mehmanla faktiki nikahda olub və o, İddiaçı1 ilə boşandıqdan sonra onunla rəsmi nikaha daxil olmuşdur. Cavabdeh2 qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Digər cavabdeh Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal sahəsinin 1175 nömrəli, xx.xx.2023 tarixli ailə tərkibi haqqında arayışından görünür ki, ünvan 2 ünvanında İddiaçı1 qeydiyyatdadır, lakin yaşamır. Ailə tərkibi isə Nümayəndə Meman qızı və İddiaçı3dur. İş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 noyabr 2015-ci il tarixli, AZ-İ seriyalı, 228183 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin noyabr ayının 13cü günündə 441 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə Kərimov, qadına isə Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5- 6-1/2-71 nömrəli, 21 iyun 2023-cü il tarixli arayışdan görünür ki, vətəndaş İddiaçı1 1984cü ildən 2015-ci ilədək "xxxx" MTK ərazisində İİİ küçə, ev 103-də X2, X5 və İddiaçı3 ilə birlikdə yaşamışdır. İş materiallarında olan qonşular tərəfindən birgə tərtib edilmiş və Sumqayıt Şəhəri Xəzri MK-nin sədri tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X2 1984-cü ildən əvvəlki ailə üzvləri İddiaçı1 (həyat yoldaşı), qızı X5 və oğlu İddiaçı3 ilə 2015ci ilə qədər Sumqayıt şəhər, Xəzri MK İİİ küçə, ev 103-də yaşamışlar. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçılar mənzildən tərəflər arasında nikahın pozulması, digər iddiaçıların ailə həyatı qurması səbəbindən uzun müddətdir ki, yaşamırlar və öz razılıqları ilə köçüb getmişlər. Mənzil rəsmi qaydada özəlləşdirilməyən mənzil olmaqla mənzilə istifadə hüququnun tanınmasının hüquqi və faktiki əsası mövcud olmamaqla, iddia tələbinin əsassız olması qənaətinə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçıların yaşayış evinə istifadə hüquqlarının tanınması ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə nəticə etibari ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sumqayıt şəhəri, Xəzri MK İİİ küçə, ev 103 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və daşınmaz əmlakın reyestrində qeydiyyata alınmamış, hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikiliyə mülkiyyət hüququ əldə edilmədiyinə görə istifadə hüququ da tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, Nümayəndə və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e-2(060)-5730/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar