Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-670/2022 21.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-3582/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3582/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1əsi ilə təyin olunmuş 110 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş 05 yanvar 2016-cı il təvəllüdlü X7, 08 aprel 2017-ci il təvəllüdlü X8 və 11 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və birgə nikahlarından dünyaya gəlmiş azyaşlı 11 dekabr 2018-ci il təvəllüdlü X3 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 100 (bir yüz) manat alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. (hakim Elman Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-05/2017 saylı qətnaməsi ilə təyin olunmuş 118 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş 05 yanvar 2016-cı il təvəllüdlü X1 üçün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, birgə nikahlarından dünyaya gəlmiş 08 aprel 2017-ci il təvəllüdlü X8 və 11 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi və birgə nikahlarından dünyaya gəlmiş azyaşlı 11 dekabr 2018-ci il təvəllüdlü X3 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 100 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1əsi ilə təyin olunmuş 110 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş 05 yanvar 2016-cı il təvəllüdlü X7, 08 aprel 2017-ci il təvəllüdlü X8 və 11 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və birgə nikahlarından dünyaya gəlmiş azyaşlı 11 dekabr 2018-ci il təvəllüdlü X3 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 100 (bir yüz) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından dünyaya gəlmiş 05 yanvar 2016-cı il təvəllüdlü X7, 08 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilən alimentin məbləğinin artırılaraq 160 manat, cəmi 320 manat alimentin tutulması və 11 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra Cavabdeh “alimentin miqdarının dəyişdirilməsi” iddia tələbi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)808/2020 saylı qətnaməsinə əsasən 2(002)-844/2019 saylı, 28.03.2019-cu il tarixli qətnaməsi ilə təyin edilən alimentin miqdarının dəyişdirilərək, 05 yanvar 2016-cı il təvəllüdlü X7, 08 aprel 2017-ci il təvəllüdlü X8 və 11 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay hər bir uşağa görə 110 manat olmaqla, 330 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin hazırki aliment məbləği uşaqların ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Bu səbəbdən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, iddianı qəbul etmir. 13 iyun 2014-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, yataqxana 57, mənzil 73-də yaşayan X6 ilə ailə həyatı qurmuşdur. Cavabdehlə nikahları 13 may 2014-cü ildə qeydə alınmışdır. Ailə qurduqdan bir neçə ay sonra cavabdehin valideynlərinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, yataqxana 57, mənzil 73-də yaşamışlar. Birgə nikahlarından 05.01.2016-cı ildə Xəyal adında, 08.04.2017-ci ildə Fəray adında və 11.12.2018-ci ildə isə Afşin adında 3 övladları dünyaya gəlmişdir. İddiaçı onun müvəqqəti işsizliyindən istifadə edərək əvvəlcə anadan olmuş iki uşağa görə Qaradağ Rayon Məhkəməsinin 19.01.2017-ci il tarixli və 05.06.2017ci il tarixli qətnamələri ilə uşaqların hər birinə 118 manat, cəmi 236 manat ondan aliment alır. Bundan sonra iddiaçı 11 dekabr 2018-ci ildə anadan olmuş 3-cü uşağa görə alimentin təyin olunması və əvvəlki iki uşağa təyin olunmuş alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Qaradağ Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2(002)844/2019 saylı qətnaməsi ilə ondan hər uşağa görə 160 manat, cəmi 480 manat alimentin tutularaq verilməsi qət edilmişdir. O, iddiaçı ilə aralarında olan nikahın pozulmasına qərar vermiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli 2(002)-205/2020 saylı qətnaməsi ilə onunla iddiaçı arasında olan 13 may 2014-cü il tarixdə Kürdəmir RİHB-nin Mehdili kəndi üzrə nümayəndəliyində 16 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Bundan sonra tərəfindən keçmiş həyat yoldaşına qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbi ilə Məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli 2(002)- 808/2020 saylı qətnaməsi ilə iddiası qismən təmin olunmuş, hər uşağa görə alimentin miqdarı 160 manatdan 110 manata azaldılmış, alimentin ümumi məbləği isə 480 manatdan 330 manata endirilmişdir. Məhkəmənin bu ədalətli qərarından hiddətlənən iddiaçı sözügedən Məhkəmə qərarının qüvvəyə minməsindən bir neçə gün keçdikdən sonra “alimentin artırılması tələbinə dair” əsası olmayan iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli 2(002)-1445/2020 saylı qətnaməsi ilə iddiaçı X2 iddiası rədd edilmişdir. Bu məlum qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(103)-6911/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra iddiaçı ərazi aidiyyətini dəyişərək “alimentin miqdarının artırılması tələbinə dair” 2021-ci ilin iyun ayında Abşeron Rayon Məhkəməsinə ərizə vermişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 6-cı maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Hazırda Kürdəmir SSİ-də İİİ dərəcəli maşinistdir və ayda 270 manat sabit pul məbləğində əmək haqqı alır. Bu məbləğdən savayı, kənar yerdən heç bir qazancı yoxdur. Özünə məxsus yaşayış evi də yoxdur. Valideynlərinə məxsus mənzildə məskunlaşmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən, məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də, başqa hallar nəzərə alınmaqla, azaldıla və artırıla bilər. Qeyd olunan hüquqi akta əsasən, 3 uşağa görə ondan tutulan alimentin miqdarı, hazırki məvacibinə uyğun olaraq, məhkəmə tərəfindən cəmi 125 manat təyin edilməli idi. Lakin məhkəmə bunları nəzərə almadan, ondan 330 manat pulun tutulmasını qət etmişdir. (hər uşağa görə 110 manat).Hal-hazırda onun 270 manat sabit pul məbləğində olan əmək haqqından 70 faiz hesabı ilə, hər ay 175 manat pul tutularaq, iddiaçıya ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, “aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər”. Odur ki, keçən müddətdə onun gəlirlərində heç bir dəyişiklik baş verməmişdir. Yeganə dəyişiklik bu dövrdə o, yeni ailə həyatı qurmuş və ailə büdcəsindəki gərginlik artmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ətraflı araşdırma aparılmadan ədalətsiz qətnamə qəbul edilmişdir. Belə ki, bir il ərzində ərzaq mallarının və kommunal xərclərinin qiymətində xeyli artım olmuşdur. Təyin olunmuş alimentin məbləği isə uşaqların tələbatını heç cür ödəmir. Bundan əlavə, Azərbaycan Respublikası Yaşayış Minimumu haqqında Qanuna əsasən 2021-ci il iizrə uşaqlar üçün yaşayış minimumu 175 (yiiz yetmiş beş) manat təyin edilmişdir. Lakin qeyd edilən faktların heç biri birinci instansiya məhkəməsində nəzərə alınmamışdır. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin 2(012)-3582/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi iş üzrə ətraflı araşdırma aparılmadan qəbul olunduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştiak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ünvan 1əsindən görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-844/2019 saylı, 28.03.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 05 yanvar 2016-cı il təvəllüdlü X7, 08 aprel 2017-ci il təvəllüdlü X8 və 11 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bininci instansiyası məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Aliə Məcəlləsinin 112.1, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməldir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi, tərəflərin birgə nikahlarından olan uşaqların saxlanılması üçün müəyyən edilən alimentin məbləği Bakı şəhəri ünvan 1əsi ilə müəyyən edilmişdir. Göründüyü kimi, qətnamənin çıxarıldığı vaxtdan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi müddətə cavabdehin maddi vəziyyətində dəyişiklik olması, gəlirlərinin artması müəyyən olunmamışdır. İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliklərin olması, cavabdehin gəlirlərinin artması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə tələb ünvan 1əsi ilə təyin olunmuş 110 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş 05 yanvar 2016-cı il təvəllüdlü X7, 08 aprel 2017-ci il təvəllüdlü X8 və 11 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi və birgə nikahlarından dünyaya gəlmiş azyaşlı 11 dekabr 2018-ci il təvəllüdlü X3 3 yaşına çatanadək əlavə xərcləri üçün hər ay 100 (bir yüz) manat alimentin müəyyən edilməsindən ibarədir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 65 (175-110=65) manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (65 X 12 ay X 3 uşaq+ 12 ay X 100=) 3540 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1 və 402 ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 2(012)-3582/2021 saylı 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-670/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-670/2022
21.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver