Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-671/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X5 Quliyev və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X4, Cavabdehin vəkili: X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh tərəfindən ona yetirilən 733.589 (yeddi yüz otuz üç min beş yüz səksən doqquz) ABŞ dolları məbləğində ziyanın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona yetirilən 733589 (yeddi yüz otuz üç min beş yüz səksən doqquz) ABŞ dolları məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012 və 2013-cü illərdə cavabdehlə iş birliyi yaradıb biznes fəaliyyəti ilə məşğul olmuşlar. İlkin dövrdə belə razılığa gəlmişlər ki, biznes fəaliyyəti üçün hər ikisi müəyyən pul vəsaiti qoymaqla, iş quracaqlar və bu məsələdə qazanca və ziyana şərik olacaqlar. Məqsədləri isə o olmuşdur ki, onlar əsasən avtomaşın satışı ilə məşğul olmaqla, bunu həm sifariş verən vətəndaşların sifarişləri əsasında, həm də, öz vəsaitləri hesabına həyata keçirəcəklər. Cavabdeh həmin dövrlərdə ABŞ-da Nyu- York şəhərində Azərbaycan Respublikasının konsulluğunda işlədiyindən və ingilis dilini, oranın qayda-qanunlarını yaxşı bildiyindən o, ABŞ-da avtomaşınların alışı və göndərilməsini təşkil edəcək, özü də Azərbaycanda həmin avtomaşınları realizə edəcək. İlkin dövrdə 36.000 ABŞ dolları pulu Cavabdeh, 121.800 ABŞ dollarını isə özü qoymuşdur. Onlar ABŞ-dan hərraclardan iki cür avtomaşınlar gətirmişlər. Bunun bir hissəsi təzə avtomaşınlar və digər hissəsi isə yüngül təmirə ehtiyacı olan avtomaşınlar olmuş ki, onu burda təmir edib realizə edirdilər. Vətəndaşların sifarişinə əsasən gətirilən avtomaşınlardan komissiyon haqqı alırdılar. 2012-ci ildə cavabdehə cəmi 1.293.912 ABŞ dolları göndərilmişdir ki, bundan 1.082.286 ABŞ dolları müştərilərə məxsus pul vəsaiti olmuşdur. Qalan 211.626 ABŞ dolları isə onun vəsaiti olmuşdur. Həmin pula ABŞdan 60 ədəd müxtəlif avtomaşın gətirilmişdir. Həmin avtomaşınlara cavabdehin sənədi olmayan məlumatına əsasən 1.137.484 ABŞ dolları xərclənmişdir. Beləliklə, cavabdehə göndərilən 1.293.912 ABŞ dolları ümumi məbləğdən digər zəruri xərcləri çıxdıqdan sonra cavabdehdə 2012-ci ilin sonuna 111.771 ABŞ dolları pul vəsaiti qalmışdır ki, həmin vəsait barədə bu günə kimi heç bir açıqlama vermir və dəfələrlə deyilməsinə baxmayaraq, bundan boyun qaçırır. Onlar 2013-cü ildə də eyni qaydada ABŞ-dan 49 ədəd avtomaşın gətirmişlər. Həmin avtomaşınlar üçün cavabdehə 844.681 ABŞ dolları göndərilmiş və bundan 702.718 ABŞ dolları müştərilərdən yığılan vəsaitdir. Avtomaşınlara isə cavabdeh tərəfindən 693.849 ABŞ dolları pul xərclənmişdir. Digər zəruri xərcləri çıxdıqdan sonra 2013-cü ilin yekununa cavabdehdə 135.832 qalıq vəsait qalmışdır ki, həmin vəsait haqqında da cavabdeh heç bir məlumat vermir və dəfələrlə deyilməsinə baxmayaraq, bundan boyun qaçırır. Ümumilikdə götürdükdə cavabdeh tərəfindən 247.603 ABŞ dolları ziyan vurulmuşdur ki, həmin ziyanı ödəməkdən imtina edir. Bundan əlavə cavabdehin işdə avtomaşınların alınması üçün işə qoşduğu Gürcüstan Respublikasının vətəndaşı “xxxx” Şirkətinin sahibi Kakhaber Tsakadze adlı gürcü milliyyətli şəxsin adına bütün avtomaşınlar ABŞ-da alınmışdır. Həmin avtomaşınlar isə ABŞ-dan “xxxx” Şirkətinin daşıyıcı şirkətlə bağladığı müqaviləyə əsasən daşınırdı. 2013-cü ilin aprel ayında o, avtomaşınları götürməyə Gürcüstana gedən zaman ona demişlər ki, “xxxx” Şirkətinin daşıyıcı şirkətə borcu olduğundan avtomaşınlar ona verilməyəcəkdir. O, Asifə zəng edib belə bir hadisə baş verdiyini bildirmiş və bunun nə məsələ olduğunu soruşmuşdur. Cavabdeh də ona “xxxx” Şirkəti ilə daşıyıcı şirkət arasında belə bir məsələyə görə onların cavabdehlik daşımadıqlarını və bu məsələləri onun özünün danışmalı olduğunu bildirmişdir. Cavabdeh ona 75.000 ABŞ dolları aparıb verməsini və onun həmin pulu onlardan alacağını bildirmişdir. O, həmin 75.000 ABŞ dollarını bank vasitəsilə Asifə göndərmişdir. Avtomaşınlardan 4 ədədini götürmüş və qalan avtomaşınlar yenidən verilməmişdir. O, yenidən Asifə zəng etmiş və bildirmişdir ki, avtomaşınları yenidən vermirlər. Ona bildirmişlər ki, gedib Gürcüstanda aidiyyəti orqanlara müraciət etsin. Bundan sonra Gürcüstanda aidiyyəti orqanlara və ordakı səfirliyə müraciət etsə də, ona bu məsələ ABŞda baş verdiyindən oraya müraciət etməli olduqları bildirilmişdir. Asif yenidən ona gedib həmin pulu tapıb verməsini bildirmiş, gəlib vəkil tutaraq pulları alacağını bildirmişdir. Eyni zamanda daşıyıcı tərəfdən Asifə məktub gəlmişdir ki, alınan avomaşınların cəmi dəyərinin 25 faizi məbləğində cərimə verilməli və ondan sonra avtomaşınlar onlara veriləcəkdir. Onlar həmin pulu tapıb verənə kimi avtomaşınların da gəmidə qalma xərci cəmi 120.000 ABŞ dolları məbləğində olmuşdur ki, həmin pulu o, daşıyıcı Şirkət “X10”-a 120.000 ABŞ dollar ABŞ-a köçürdükdən sonra avtomaşınları götürmüşdür. Sonradan Asif gəlib Gürcüstanda vəkil tutub guya işlə məşğul olmaq bəhanəsi ilə müəyyən işlər aparsa da, sonradan vəkilə işi dayandırmağı tapşırmışdır. Bütün bunlardan belə nəticəyə gəlmişlər ki, bu zərərlərin hamısı Asifin düşünülmüş hərəkətləridir. Bunu belə bir fakt da təsdiq edir ki, dəfələrlə tələb edilsə də, cavabdeh tərəfindən indiyə kimi alınan avtomobillərin alış qiymətinə dair sənədlər təqdim edilmir. Eyni zamanda cavabdeh tərəfindən 6 ədəd dəyəri 130.000 ABŞ dolları dəyərində avtomaşınlar mənimsənilib və həmin avtomaşınlar haqqında da məlumat verilmir. Artıq 4 ildir ki, onun pulunun faydasını cavabdeh görür və onun pulunu özündə saxlamaqla, onun əldə edəcəyi faydadan onu məhrum etmişdir ki, bu da ilə 5 faiz dərəcəsi ilə 114.520.6 ABŞ dolları 06 sent edir. Bundan əlavə onun ziyan əvəzinə ödədiyi 195.000 (yüz doxsan beş min) ABŞ dollarını o, bankdan kredit götürmüşdür ki, həmin kreditə görə 46.466 ABŞ dolları artıq faiz ödəmiş ki, həmin pulun ödənilməsində də cavabdehin heç bir rolu yoxdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi V.T.Məmmədov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə işin faktiki hallarını tam nəzərə alınmadan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən «ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılır. Məhkəmə hazırkı mübahisəyə baxılmasında maraqlı olmaqla özünün irəi sürdüyü hüquqi dəlillər əsasında iş üzrə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən işdə heç bir çəkişmə və bərabərlik təmin edilməmişdir. Göründüyü kimi, məhkəmənin qətnaməsi qanunvericiliyinə əsaslanmaqla qəbul edilməli olduğundan çox, hakimin subyektiv mülahizələrinə əsaslanılaraq qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(060)-1151/2018 saylı qətnaməsini ləğv etməklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və nümayəndəsi Ə.A.Məhərrəmov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh vəkili Ə.H.Məmmədli apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehin hərəkətindən iddiaçıya maddi zərərin vurulmasının heç bir sənədlə sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, kassasiya instansiya məhkəməsi qətnaməni yalnız iddianın təmin edilmiş hissədə, yəni 195.000 ABŞ dolları və 38628 avro pulun tutulması hissəsində ləğv edilərək, həmin hissədə baxılması üçün göndərmişdir. Odur ki, məhkəmə kollegiyası qətnamənin qanuni və əsaslıgı məsələsini həmin hissədə baxılmasına qiymət verilməsini zəruri hesab edir. İş materiallarında olan 28.01.2014-cü il tarixli, 004/14/PBN saylı kredit müqaviləsindən müəyyən edilir ki, “xxxx” ASC ilə İddiaçı arasında baglanmış 28.01.2014cü il tarixli, №-004/14/PBN saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə illik 18% olmaq şərti ilə 26000 AVRO məbləğində kredit vermişdir. İşdə olan 11.09.2012-ci il tarixli 159/12/PBN N-li İpoteka (Girov) müqaviləsinin surətindən müəyyən edilir ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 28.01.2014-cü il tarixli 004/14/PBN saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0.1553 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 5 mərtəbəli binada, 47.6 kv.m ümumi, 31.7 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 100 nömrəli mənzili ipoteka qoymuşdur. İşdə olan “ödəniş tapşırıqlarının surətindən” müəyyən edilir ki, X2 tərəfindən İddiaçı ümumilikdə 796082 ABŞ dolları məbləğində pul göndərilmişdir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1 maddəsi). İşdən görünür ki, İddiaçı Cavabdehlə birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək qərarına gəldiyini, razılaşmalarına görə biznes fəaliyyəti üçün hər ikisi müəyyən pul vəsaiti qoymaqla, iş quracaqlarını və bu məsələdə qazanca və ziyana şərik olacaqlarını, məqsədləri isə avtomaşın satışı ilə məşğul olmaqla, bunu həm sifariş verən vətəndaşların sifarişləri əsasında, həm də öz vəsaitləri hesabına həyata keçirəcəklərini və bu məqsədlə Cavabdeh ABŞ-dan avtomaşınların alışı və göndərilməsini təşkil edəcəyini, İddiaçı isə Azərbaycanda həmin avtomaşınları realizə edəcəyini, vətəndaşlara gətirilən avtomobillər üçün isə onlardan komission haqqı alacaqlarını, cavabdehə 2012-ci və 2013-cü illərdə göndərilmiş pulların əvəzinə 2012-ci ildə 60 ədəd, 2013-cü ildə isə 49 ədəd avtomaşın göndərilsə də, vəsaitin qalan hissəsi barədə cavabdehin hesabat vermədiyini iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanunu mənafelərini müdafiə etmək bu Məcəllənin əsas vəzifəsidir. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərdən əmələ gəlir (Mülki Məcəllənin 14.1 maddəsi). Müqavilə anlayışı isə Mülki Məcəllənin 389.1. maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Göründüyü kimi, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən onlar birgə fəaliyyət göstərmək məqsədilə əvvəlcədən razılaşdıqlar kimi qazanca və ziyana şəriki olmaqla avtomobillərin satışı ilə məşğul olmaq və bu fəaliyyətlərini həm sifariş verən vətəndaşların sifarişləri və həm də öz vəsaitləri hesabına həyata keçirmək, cavabdehin üzərinə avtomobillərin ABŞ-dan alışını və onların ölkə ərazisinə gətirilməsini təşkil etmək, iddiaçı isə həmin avtomobillərin satışını realizə etmək, bunun üçün iddiaçı bankdan pul götürərək ABŞ-da bank hesabı açmış və həmin hesaba müxtəlif vaxtlarda köçürmələr etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin 195.000 ABŞ dolları və həmin kreditə görə ödəmiş olduğu 46.466 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, tərəflərin birgə fəaliyyəti üçün iddiaçı müqavilənin şərtinə uyğun avtomobilərin alınması üçün onun bank hesabına pul vəsaiti göndərmiş və müqavilənin digər tərəfi olan cavabdeh şərtləşdikləri kimi göndərilən pulun müqabilində müxtəlif ölkələrin istehsalı olan avtomobillərin həm alışını və həmdə onların ABŞ-dan X6 oradan da ölkə ərazisinə gətirilməsini təmin etməli olsa da, lakin sifariş etdiyi daşıyıcı şirkətin göndərilən avtomobillərin təhvil verilməsi üçün iddiaçıdan əvvəlcə 75000 ABŞ dolları və sonradan 120000 ABŞ dolları alaraq avtomobilləri iddiaçıya təhvil vermişdir. İddiaçı həmin məbləği bankdan götürdüyündən, əlavə faizlər ödəmiş, lakin cavabdeh həmin məbləği iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə kollegiyası gəlinən nəticənin tam, hərtərəfli araşdırılması və obyektin nəticəyə gəlinməsi üçün təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 13 dekabr 2019-cu il tarixli 17842 saylı rəyinə əsasən iş materiallarında elektron yazışmalar, (iş vərəqə 52, 53, 71, 72 və s.), invoys (iş vərəqə 248) öz əksini tapmışdır ki, həmin elektron yazışmalar və invoysda göstərilənlər nəzərə alındıqda iddia ərizəsində göstərilən 75000,0 və 120000,0 ABŞ dolları məbləğində cəmi 195000,0 ABŞ dolları məbləğində cərimənin iddiaçı E.Şəmilov tərəfindən ödənilməsi müəyyən olunur. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında E.Şəmilov tərəfindən ödənilmiş həmin cərimə məbləğinin ona qaytarılması ilə bağlı hər hansı bir sənəd öz əksini tapmamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında 2012 və 2013-cü illərdə E.Şəmilova “xxxx” ASC tərəfindən kreditin verilməsi ilə bağlı sənədlər (kredit müqaviləsi, ödəniş cədvəli və s.) öz əksini tapmışdır. Verilmiş kreditin təyinatı dövriyyə vəsaitinin artırılması göstərilmişdir. İş materiallarında yalnız avtonəqliyyat vasitələrinin gətirilməsi ilə bağlı məlumatlar mövcuddur. Həmin kredit vəsaitinə görə iddiaçı tərəfindən iş materiallarında olan ödəniş gədvəllərinə (iş vərəqə 15 və 17) əsasən 38628,0 avro məbləğində faiz ödənilmişdir. Beləliklə, bütün yuxarıda göstərilənlər nəzərə alındıqda İddiaçı tərəfindən əlavə olaraq 195.000 ABŞ dolları və 38628,0 ödənilməsi müəyyən olunur. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2021-ci il tarixli 9/994 saylı rəydən müəyyən olunur ki, əvvəlki rəydə də göstərildiyi kimi, iş materiallarında elektron yazışmalar (cild 1, iş vərəqə 52-53, 71, 72 və s.) invoys (cild 1, iş vərəqə 248) və 18 aprel 2013-cü il tarixli məktub (cild 1, iş vərəqə 249) öz əksini tapmışdır ki, həmin elektron yazışmalar, invoys və 18 aprel 2013-cü il tarixli məktubda göstərilənlər nəzərə alındıqda iddia ərizəsində göstərilən 75000,0 və 120000,0 ABŞ dolları məbləgində cəmi 195.000,0 ABŞ dolları məbləğində cərimənin iddiaçı E.Şəmilov tərəfindən ödənilməsi müəyyən olunur. Qeyd edilir ki, təqdim olunmuş iş materiallarında İddiaçı tərəfindən ödənilmiş həmin cərimə məbləğinin ona qaytarılması ilə bağlı hər hansı bir sənəd öz əksini tapmamışdır. Rəyin tətdiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan avtonəqliyyat vasitələrinin siyahısına (cild 2, iş vərəqə 124-125 vərəqə) əsasən həmin avtonəqliyyat vasitələrinin qarşısında qeyd edilmiş məbləglərin cəminin 372909,00 ABŞ dolları olması, ödəniş tapşırıqlarına əsasən isə Bank of Americadakı 4830, 2094, 0848 hesab nömrəsinə köçürülmüş pul vəsaitinin məbləğinin cəminin 419.325,00 ABŞ dolları olması müəyyən olunur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi). Qeyd olunduğu kimi, iddiaçı ABŞ-da açdığı bank hesabına köçürdüyü pul vəsaitindən başqa əlavə olaraq avtomobillərin ölkə ərazisinə gətirilməsi üçün daşıyıcı şirkətə 195000 ABŞ dolları pul ödəmiş, eləcə də dövriyyə vəsaitinin artırılması məqsədilə bankdan götürdüyü kreditə görə əlavə olaraq 38628 avro ödəmişdir. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrdən biri də öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Maddənin mənasına görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərərin vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə üzrə öz vəzifələrini icra edərkən öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə avtomobilləri götürmək üçün iddiaçı əlavə olaraq 195000 ABŞ dolları ödəmək məcburiyyətində qalmışdır. Eyni zamanda banka 38628,0 avro ödəmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh 195.000 (yüz doxsan beş min) ABŞ dolları və 38628,0 (otuz səkkiz min altı yüz iyirmi səkkiz) avro ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq İddiaçı verilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdeh B.M.Cəfərovdan tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 04 aprel 2018-ci il tarixli 2(060)-1151/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 195.000 (yüz doxsan baş min) ABŞ dolları və 38628 (otuz səkkiz min altı yüz iyirmi səkkiz) avro ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiası İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh ekspertiza xərci 345 (üç yüz qırx beş) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NAB******************** SVVİFT BİK CTREAZ22 hesab AZ34CTRE******************** saylı hesabına köçülürsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-671/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-671/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver