Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-671/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (hazırkı "xxxx") MMC-yə və üçüncü şəxs ”Unibank” KB ASC-nə qarşı ödənilmiş pul vəsaitinin geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1846/2022 nömrəli qətnaməsindən Cavabdeh1 icra məmuru X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac keçirilərkən "xxxx" KB ASC tərəfindən hərraca çıxarılmış əmlakın dəyərindən cavabdehlər hərracın sifarişçisi Cavabdeh1 hesabına 26 noyabr 2018-ci il tarixdə köçürülmüş 9612,18 manat və 03 may 2019-cu il tarixdə köçürülmüş 5333,71 manat məbləğində pul vəsaitinin, eləcə də, hərrac təşkilatçısı olan Cavabdeh2-dən 26 noyabr 2018-ci il tarixdə köçürülmüş 9454,45 manat və 1701,08 manat pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1846/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Hərrac keçirilərkən ”Unibank” KB ASC tərəfindən hərraca çıxarılmış əmlakın dəyərindən hərracın sifarişçisi Cavabdeh1 hesabına xx.xx.2018-ci tarixdə köçürülmüş 9612,18 manat, xx.xx.2019-cu il tarixdə köçürülmüş 5333,71 manat və hərrac təşkilatçısı Cavabdeh2- nə xx.xx.2018-ci il tarixdə köçürülmüş 9454,45 manat və xx.xx.2018ci il tarixdə köçürülmüş 1701,08 manat pul vəsaitinin İddiaçı geri qaytarılması qət edilmişdir. (hakim İlqar Məmmədov) Qətnamədən Cavabdeh1 icra məmuru X4 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 iş üzrə cavabdeh olmasına baxmayaraq həmin şöbənin icra məmuru X4 qətnamədən apellyasiya şikayətini Cavabdeh1 adından deyil, fiziki şəxs qismində öz adından vermişdir. Bundan başqa, apellyasiya şikayətinə əlavə edilmiş etibarnamədən görünür ki, müvafiq etibarnamə Cavabdeh1 rəisi tərəfindən verilməklə şöbənin möhürü ilə təsdiq edilməli olduğu halda X4 fiziki şəxs qismində Nümayəndə məhz öz adından etibarnamədə sadalanan hərəkətləri etməyi etibar etmişdir. Belə olan halda X3 hazırkı iş üzrə qətnamədən öz adından apellyasiya şikayəti vermək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (Mülki Prosessual Məcəllənin 74.1., 74.2. maddələri). Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. AR MPM-in 363.1.1-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, qətnamədən verilmiş apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmiş, bununla da MPM-in apellyasiya şikayətinin forma və məzmunla bağlı prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1846/2022 nömrəli qətnaməsindən Cavabdeh1 icra məmuru X4 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən verilmiş apellyasiya şikayətinin forma və məzmun baxımından tələblərə uyğunluğu məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (hazırkı "xxxx") MMC-yə və üçüncü şəxs ”Unibank” KB ASC-nə qarşı ödənilmiş pul vəsaitinin geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1846/2022 nömrəli qətnaməsindən Cavabdeh1 icra məmuru X4 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-671/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-671/2023
14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver