Məhkəmə qərarları › İş №2(105)-675/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-675/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-675/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1 uştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-404/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 2(031)-404/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə -11R000006036 saylı kredit razılaşması üzrə 1755.00 manat məbləğində əsas borc, 576.72 manat məbləğində faiz borcu və 82.11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2413.83 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 145 (bir yüz qırx beş) manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir (hakim Ç.Ə.İsgəndərov). Qətnamədən narazı qalan Cavabdeh3 apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 2(031)-404/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməklə onun barəsində zaminliyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı QSC məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 11R000006036 saylı kredit razılaşması üzrə 1821.18 məbləğində kredit borcu, 663.18 manat məbləğində faiz borcu və 182.11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2666 (iki min altı yüz altmış altı) manat 47 (qırx yeddi) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh3 apelyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, məhkəmənin qətnaməsi qanunsuz və ədalətsizdir. Belə ki, o, 2019-cu ildə onun barəsində zaminliyə xitam verilməsinə dair iddia qaldırmış, 2(031)317/2019 saylı qərardadla iş baxılmamış saxlanılmışdır. İddia tələbinə gəldikdə isə bir dəfə bank nümayəndəsi ilə Cavabdeh1 yaşadığı evə gələrək müqaviləyə imza etməsini xahiş etmiş, o da müqaviləni imzalamışdır. Lakin bankdan nə qədər pul götürülməsini bilmir, heç bir bank əməliyyatında iştirak etməmişdir. 28.08.2013-cü il, 15.01.2016-cı il tarixlərdə heç bir müqaviləyə imza etməyib. İddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2013 və 15.01.2016-cı il tarixli müqavilələrdəki imzalar ona məxsus deyil. Ekspertiza keçirilərsə bu hal aydınlaşar. Qeyd edilənlərə əsasən Şabran Rayon Məhkəməsinin 2(031)-404/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməklə onun barəsində zaminliyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək göstərdi ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 02.07.2012-ci tarixdə bağladığı 11L000000967 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 03 may 2016cı il tarixli, 11L000000967SA saylı sazişlə kredit xəttinin müddəti artırılaraq 166 ay myəyyən edilmişdir. Kreditor ilə bağladığı 28.08.2013-cü il tarixli 11R000006036 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə - hissə qaytarmaq şərti ilə 10 000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 15.01.2016-cı il tarixli 11R000006036S saylı və 04.05.2016-cı il tarixli 11R000006036SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit alan ödəmələri dəfələrlə yubatmışdır. Kredit razılaşması üzrə götürdüyü kredit borcundan 8178.82 manat ödəmiş, 1821.18 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oğlu zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq apelyanta qarşı da iddianı qismən təmin etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-404/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. PROSESSUAL M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 lazımi qaydada xəbərdarlıq edilsə də onlar üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh3 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini qeyd etsə də qətnamənin onun barəsində zaminliyə xitam verilməsinə dair hissəsini mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası qətnamənin həmin hissədə yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh3 dair mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 02.07.2012-ci tarixli, 11L000000967 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə 30000- ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşə əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 28.08.2013-cü il tarixli, 11R000006036 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10 000 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 11S000001629 saylı və 11S000005339 saylı zaminlik müqavilələrindən görünür ki, «Borclu» Cavabdeh1 təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək zaminlər Cavabdeh2 və Məmmədov Nadir Qəni oğlu birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İş üzrə keçirilmiş 11 sentyabr 2020-ci il tarixli, 9/1993 saylı ekspert rəyindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 avqust 2013cü il tarixli 11R000006036 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 11.07.2018-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu ümumilikdə 2.331,72 manat məbləğində müəyyən olunur. O cümlədən: 11 iyul 2018-ci il tarixə əsas borc üzrə 1.755.00 manat, faiz borcu üzrə 576,72 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2. maddəsinə əsasən borclu öz öhdəliklərini hər bir təqsirli pozuntusu hərəkət və hərəkətsizlik üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində isə qeyd edilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində zaminin məsuliyyəti, kreditorun tələblərinə qarşı zaminin etiraz hüququ və zaminliyə xitam verilməsinin əsasları göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1.maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apelyant apelyasiya şikayətində müqavilələrin onun tərəfindən imzalanmadığını qeyd etmişdir. İş üzrə keçirilmiş 02 mart 2021-ci il tarixli, 4/150 saylı ekspertiza rəyindən görünür ki, İddiaçı QSC-nin Xaçmaz filialı ilə Cavabdeh3 arasında bağlanmış 11S000005339 saylı, 28 avqust 2013-cü il tarixli zaminlik müqaviləsində və İddiaçı QSC-nin Xaçmaz filialı ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə 11S000005339SA saylı, 03 may 2016-cı il tarixli dəyişiklik və əlavələr edilməsi haqqında müqavilədə «5.2 Zamin:» qrafalarındakı imzalar Cavabdeh3 tərəfindən icra olunmuşdur. Bununla da Cavabdeh3 apelyasiya şikayətində qeyd etdiyi dəlil iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə təkzib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Cavabdehin apelyasiya şikayətində qeyd edilən müqavilələrin onun tərəfindən imzalanmamasına dair dəlili iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki,apelyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh3 dair mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Şabran Rayon Məhkəməsinin 2(031)-404/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsi Cavabdeh3 dair mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri üçün 127 (yüz iyirmi yeddi) manat pul Cavabdeh3 tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar