Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-676/2021 01.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun bərpası və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN E T D İ: Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC-nə qarşı “mülkiyyət hüququnun bərpası və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi, aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 107,16 (bir yüz yeddi manat 16 qəpik) manat məbləğində pul İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN (bank) **********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC-yə qarşı “mülkiyyət hüququnun bərpası və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilməsi və xx xxxx 2010-cu il tarixdən bu günədək həmin torpaq sahəsindən istifadə edə bilmədiyi üçün ona dəyən 15 000 manat məbləğində maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş çıxarışa əsasən Siyəzən rayonu Zarat kəndində yerləşən 3,2845 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətindədir. Əvvəllər torpaq sahəsində arpa, buğda əkməklə ailəsini dolandırsa da, təxminən 15 il bundan əvvəl Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 3,2845 ha torpaq sahəsinin əkinə yararlı 0,68 ha hissəsi zəbt olunmuşdur. Bununla da o, xeyli müddətdir torpaq sahəsindən istifadə edə bilmir. Qeyd olunan məsələ ilə bağlı o, xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, müraciətinə cavab olaraq torpaq sahəsinin Nazirlik tərəfindən deyil, Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığı və ona alternativ torpaq sahəsinin ayrılması üçün İcra Hakimiyyəti və müvafiq bələdiyyəyə müraciət etməsi tövsiyə olunmuşdur. Daha sonra, Siyəzən RİHB-yə və Siyəzən rayon Zarat Bələdiyyəsinə müraciət etsə də, bu qurumlardan da müsbət cavab ala bilməmişdir. Belə ki, Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cavab məktubunda məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Siyəzən rayon Zarat Bələdiyyəsi isə bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşların mülkiyyətinə verilməsinin bələdiyyənin səlahiyyətinə aid olmaması və bələdiyyənin ehtiyat fondunda kənd təsərrüfatı təyinatlı torpaqların qalmaması bildirilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ƏRİZƏNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsinin ekspertizasının keçirilməsi zamanı Azərbaycan Respublikası ƏMDK yanında DƏKÜR xidməti kadastr və Yerquruluşu Lahiyə tədqiqat mərkəzi MMC-nin Xaçmaz Lahiyə tədqiqat idarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli C-19 saylı mütəxəssis rəyi əsassızdır. Həmin mütəxəssiz isə səthi yanaşaraq təqdim etdiyi «Çıxarış» sənədinə əhəmiyyət verməyərək lazımi qaydada ölçü aparılmasına baqlamamışdır və yerin-yəni torpaq sahənin təyin olunmasına laqeyd yanaşmışdır. Aparılan məhkəmə ekspertizaya öz əhəmiyyətini itirmişdir. İddianın təmin edilməsi üçün yenidən məhkəmə ekspertizası təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanin mümkünlüyü üçün əsasların olmaması dedikdə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmaması başa düşülməlidir. İşə apellyasiya qaydasında baxılmasını mümkün edən prosessual əsaslar apellyasiya şikayəti verilərkən və apellyasiya instansiyası məhkəməsinə göndərilərkən MPM-nin tələblərinə riayət edilməsini nəzərdə tutur. Bu mənada apellyasiya şikayəti verilərkən və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilərkən MPM-nin tələblərinə riayət olunmaması, bir qayda olaraq, apellyasiyanın qeyri-mümkünlüyünə səbəb olur. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilir ki, İddiaçı ərizə vermiş və iş üzrə heç bir apellyasiya şikayəti və onun tələbinin nədən ibarət olması qeyd edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ərizəsi apellyasiya şikayəti kimi icraata qəbul edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi ərizənin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-676/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-676/2021
01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver