Məhkəmə qərarları › İş №2(105)-676/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-676/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-676/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(067)-2705/2021 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Xəlilov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı ASC qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 29.11.2021-ci il tarixli, 2(067)-2705/2021 saylı qərardadından İddiaçı ASC-nin şikayəti təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı ASC Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(067)-2705/202 saylı qərardadı ilə sözügedən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin məhkəmə qərardadı ilə elektron məhkəmə portalı vasitəsilə 30.11.2021-ci il tarixdə tanış olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İddiaçı qismində iştirak etməli olduqları məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməmiş və bununla bağlı məhkəməyə məlumat verə bilməmişlər. Məhkəmə haqlı olaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə prosesinin yeri və vaxtı barədə məlumatları olub. Sözügedən məhkəmə iclasında iştirak etməli olan əməkdaşın qəflətən səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasına gedə bilməmiş və banka məlumat verə bilməmişdir. Bu səbəbdən məhkəmə prosesində başqa əməkdaşın iştirakını təmin edə bilməmiş, məhkəmədə üzürlü səbəbdən iştirak edə bilməyəcəkləri barədə məlumat verə bilməmişlər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarını araşdıraraq, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin baxılmamış saxlanılmasını iddiaçının məhkəmə iclasına gəlməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (Mülki Prosessual Məcəllənin 149.1. maddəsi). Qeyd etmək lazımdır ki, hər bir şəxs öz hüquq və qanunla qorunan mənafelərinin müdafiəsindən ötrü məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq şəxsin məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi ilə başlanır. Əgər şəxs iddianı vermiş şəxs və iddia tələbinin yönəldiyi şəxs məhkəmə baxış iclasında iştirak etmirlərsə, bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilmədən icraat tamamlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, iddiaçı məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış, məhkəmə bildirişi göndərilmiş, iddiaçının nümayəndəsi təyin edilmiş məhkəmə baxışı iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş, məhkəmə iclasının təxirə salınması ilə bağlı vəsatətlə müraciət etməmişdir. Bu əsasla birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini baxılmamış saxlanılması qənaətinə gəlmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 31 mart 2011-ci il qərarının 17-cü bəndində qeyd edilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müracıət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7–ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli və onunla bağlı 29 dekabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli və onunla bağlı 29 dekabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar