Məhkəmə qərarları › İş №2(105)-677/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-677/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-677/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X4 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh4nə, Ləğv prosesində olan “X14” ASC-yə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə və “Daşınar və Daşınmaz Əmlakların Satışı X15”xxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” MMC-nin keçirdiyi hərracın nəticələrini, 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun ləğvi və bankla alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2846/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan “X14” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2846/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-1357/2013 saylı qətnaməsinin icrası üzrə İddiaçı1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2013-cü il tarixli, 454 saylı hesabatın ləğv edilməsi, "Daşınar və Daşınmaz Əmlakların Satışı X15" MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun və X14 ASC ilə bağladığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əsasda X14 ASC-nin adına DƏDRX tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi qət edilmişdir(hakim C.İ.Səfiyeva). Qətnamədən narazı qalan cavabdeh Ləğv prosesində olan “X14” ASC apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2846/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-2055/2019 saylı qətnaməsi ilə cavabdeh Ləğv prosesində olan “X14” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 apelyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-2846/2018 saylı qətnaməsi cavabdeh Ləğv prosesində olan “X14” açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1 apelyasiya şikayəti üzrə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 cavabdehlər Cavabdeh4nə, Ləğv prosesində olan “X14” açıq səhmdar cəmiyyətinə, “Daşmar və Daşınmaz Əmlakların Satışı X15” məhdud məsuliyyətli cəmiyyətinə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmlakların qiymətləndirilməsi barədə hesabatın, hərracır nəticələrinin, 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun, alqı-satqı müqaviləsinin və onur əsasında verilmiş çıxarışın etibarsız edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı1 kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-2055/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. AR Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-6917/2019 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-2055/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı1 cavabdehlər Cavabdeh5nə, Ləvğ prosesində olan "X14" ASC-yə, "Daşınar və Daşınmaz Əmlakların Satışı X15" MMC-yə, "Daşınar və Daşınmaz Əmlakların Satışı X15"xxxxxxxxxxxxxx"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin əmlakın qiymətləndirilməsi baradə xx xxxxxx 2013-cü il tarixli, 454 saylı hesabatın ləğv edilməsi, "Daşınar və Daşınmaz Əmlakların Satışı X15" MMC-nin keçirdiyi hərracın nəticələrinə dair 14/1 saylı, xx.xx.2014-cü il tarixli protokolun ləğvi və bankla alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Çıxarışın ləğvi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Ləğv prosesində olan “X14” açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə cavabdehin iddiaya qarşı olan dəlillərinə münasibət bildirmədən yalnız iddiaçı tərəfin maraqları üzrə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə prosesində cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə vəsatət verilmiş, məhkəmə isə heç bir əsas gətirmədən işdə olan materiallara əsaslanaraq vəsatətin təmin oluna bilməyəcəyini qeyd etməklə kifayətlənmişdir. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və qiymət verməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Eyni zamanda, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarında göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərınə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Odur ki, məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən cavabdeh Ləğv prosesində olan “X14” ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, məhkəmə qətnamənin qəbul edilməsinin əsası kimi qeyd edir ki, “işin müəyyən edilən hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-1657/2013 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Sumqayıt şəhər məhkəməsinin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşdirildiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-1657/2013 saylı qətnaməsi əsasında başlanmış icraat dayandırılmalı idi. Lakin iş materiallarından göründüyü kimi qanunun qeyd edilən normaları pozularaq icra üzrə icraat dayandırılmamış, mübahisə üzrə yekun məhkəmə qərarı qəbul olunmadan icra hərəkətləri davam etdirilmiş, icra icraatı başa çatmışdır”. Məhkəmə cavabdehin iddiaya qarşı olan dəlillərinə münasibət bildirmədən yalnız iddiaçı tərəfin maraqları üzrə qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə prosesində cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə vəsatət verilmiş, məhkəmə isə heç bir əsas gətirmədən işdə olan materiallara əsaslanaraq vəsatətlərinin təmin oluna bilməyəcəyini qeyd etməklə kifayətlənmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşə baxan məhkəmə normaların tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-2846/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC- və “Daşınar və Daşınmaz Əmlakların Satışı X15” MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası qeyd edlən nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Mülki iş materiallarında olan qətnamələrdən müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-1657/2013 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 xx xxxx 2012-ci il tarixli, 9615 saylı kredit müqaviləsi üzrə 17.613 (on yeddi min altı yüz on üç) manat məbləğində əsas kredit borcu, 2480 (iki min dörd yüz səksən) manat məbləğində faiz borcu, 750 (yeddi yüz əlli) manat məbləğində cərimə faiz borcu, ümumilikdə isə 20.843 (iyirmi min səkkiz yüz qırx üç) manat kredit borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına "X14" ASC-nin Sumqayıt filialına olan borcun qaytarılması qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1515/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-1607/2014 saylı qərarı ilə qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-1657/2013 saylı qətnaməsi üzrə icra vərəqəsi xx xxx 2013-cü il tarixdə icra edilməsi üçün Cavabdeh5nə göndərilmiş, həmin şöbənin xx xxx 2013-cü il tarixli icraata başlamaq haqqında qərarı qəbul olunmuş, bundan sonra xx xxxx 2013-cü il tarixdə İddiaçı1 qeyd edilən qətnamənin surətinin ona verilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı1 xx xxxxxx 2014-cü il tarixdə ərizə ilə "Daşınar və Daşınmaz Əmlakların satışı X15"nə müraciət edərək hal- hazırda bankla məhkəmə mübahisəsinin davam etməsi barədə məlumat vermiş, onun bu ərizəsi Hərrac Mərkəzində 20.02.14-cü il tarixdə qeydə alınmışdır. Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)- 1657/2013 saylı qətnaməsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli,13/57 saylı qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-1357/2013 saylı qətnaməsi məhkəmə araşdırmalarının predmeti olduğu zaman icraya yönəlmiş, tələb ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilmiş, həmin torpaq sahəsi təkrar hərracda satılmadığı üçün, 10.000 manat ilkin satış qiymətindən 25 % aşağı olmaqla xx xxxxxx 2014-cü il tarixli, 14/01 saylı protokolla tələbkar banka təklif edilmiş, bankla elə həmin tarixli alqı-satqı müqaviləsi əsasında bank borcun qismən əvəzi kimi 6375 manat dəyər hesabı ilə torpaq sahəsini qəbul etmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat dayandırılır. Həmin Qanunun 17.1.7-ci maddəsinə görə icraatda olan iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayətinin müvafiq məhkəmələrin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşmişdir. Məhkəmə hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-1657/2013 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul olunması icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması əsaslarından biri kimi müəyyənləşdirildiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-1357/2013 saylı qətnaməsi əsasında başlanmış icraat qeyd olunan maddəyə əsasən dayandırılmalı idi. Lakin iş materiallarından göründüyü kimi qanunun qeyd edilən normaları pozularaq icra üzrə icraat dayandırılmamış, mübahisə üzrə yekun məhkəmə qərarı qəbul olunmadan icra hərəkətləri davam etdirilmiş, icra icraatı başa çatmışdır. İş materiallarında olan xx xxxx 2012-ci il tarixli, 766 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, İddiaçı1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi ipoteka qoyularkən bank tərəfindən 40.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinin əmlakın qiymətləndirilməsi barədə 454 saylı, xx xxxxxx 2013-cü il tarixli hesabatından görünür ki, İddiaçı1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi tələblə təklifın qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 10000 manat təşkil edir. Mülki işin materiallarında olan "Daşınar və Daşınmaz Əmlakların Satışı X15" MMC-nin keçirdiyi hərracın nəticlərinin 14/01 saylı, xx.xx.2014-cü il tarixli protokolundan müəyyən edilir ki, İddiaçı1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi 6375 manata tələbkar “X14” Açıq Səhmdar Cəmiyyətinə təklif edilmiş və onunla alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd edilənlərdən göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti ilə, qiymətləndiricinin hesabatı arasında da kəskin uyğunsuzluq olmuş, bu uyğunsuzluğun aradan qaldırılması üçün, digər qiymətləndiricinin rəyi alınmalı olduğu halda alınmamışdır. İş materaillarında olan X12 MMC-nin xx xxxx 2020-ci il tarixli, ƏEM/İ 08-247/20 saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı1 ipotekaya qoyduğu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixinə 45000 manat müəyyən edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, A-04/364 saylı qiymətləndirmə hesabatından görünür ki, İddiaçı1 ipotekaya qoyduğu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin orta bazar qiyməti 44000 manat, likvid dəyəri 40000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanmış müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1 maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3 maddəsinə əsasən hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 44-cü maddəsinə əsasən hərracın etibarsız sayılması bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin olunmalıdır. Məhkəmə cavabdeh tərəf LPO “X14” ASC-nin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hərracın keçirilməsinin nəticələri barədə iddiaçıya rəsmi məlumat verilməsini təsdiq edən sübut yoxdur, iş üzrə icraata xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qərardadının surəti isə onun özünün Sumqayıt Şəhər Məhkəməsinə rəsmi müraciətindən sonra məhkəmənin xx xxxx 2017-ci il tarixli məktubu ilə göndərilmiş, qərardaddan məhkəməyə şikayət vermiş, məhkəmə qərardadı dəyişdirmədən saxlayıb, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2017-ci il tarixli, 2(105)-1853/2017 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qərardadı, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli Qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2017-ci il tarixli, 2(105)-1853/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddia müddətinin tətbiqi barədə cavabdehin nümayəndəsinin vəsatəti əsassızdır və təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı” İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onun ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Belə ki, apelyasyia şikayətinin dəlilləri iş üzrə araşdırılmış sübutlarla təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2846/2018 saylı, 13 noyabr dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Cavabdehlərdən ekspertiza xərci 250 (iki yüz əlli) AZN tutularaq X9 hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25 NABZ**********000047944, KOD: 505594, SWİFT GUNAAZ22), köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar