Məhkəmə qərarları › İş №2(105)-677/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-677/2024

29.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-677/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 2(012)-3073/2023 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67, 2-ci blokun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə “Azəriqaz” İstehsalat Birliyinin tərtib etdiyi texniki şərt və "xxxx" QSC tərəfindən tərtib edilmiş işçi layihə əsasında kombi istilik sisteminin çəkilməsinə maneələr törədilməsinin "xxxx" MMCyə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3073/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3073/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, eyni zamanda həmin qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3073/2023 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin ərizəsi təmin edilməmiş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 3073/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3073/2023 nömrəli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan cavabdeh "xxxx" MMC şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-3073/2023 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3073/2023 nömrəli qərardadından "xxxx" MMC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)- 3073/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri bundan ibarətdir ki, məhkəmə qərardaddan şikayəti dəqiq araşdırmadan, şikayətin skanla yanaşı elektron kabinetin şikayət bölməsindən ərizə formasında yüklənməsini görmədən və ya qərəzli olaraq yüklənməmiş hesab edərək apellyasiya şikayətinin qarşısını almaq məqsədi ilə bilərəkdən şikayəti geri qaytarmışdır. Qərardaddan şikayət və müddətin bərpası barədə ərizə qanunvericiliyin tələbinə əsasən tərtib olunmuş və elektron kabinet vasitəsi ilə elektron sistemə yüklənmişdir. Məhkəmə qərardadı əsassız olduğuna görə ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-3073/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-3073/2023 nömrəli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, cavabdeh "xxxx" MMC prosessual qanunvericiliyin tələbinə zidd olaraq, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3073/2023 nömrəli qərardadından verilmiş şikayəti elektron kabinet vasitəsilə göndərsə də, onu skan edilmiş formada yükləmişdir. Cavabdehin qərardaddan şikayəti skanla yanaşı elektron kabinetin şikayət bölməsində ərizə formasında yükləməsi barədə dəlili əsassızdır. Belə ki, elektron formada verilən şikayətdən görünür ki, cavabdeh "xxxx" MMC həmin şikayətdə Abşeron Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bu isə mövcud prosessual qanunvericiliyə ziddir, çünki qərardaddan verilmiş şikayət vasitəsilə qətnamənin ləğv edilməsi xahiş edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə haqlı olaraq cavabdehin şikayətinin geri qaytarılması barədə qanuni nəticəyə gəlmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Elektron Məhkəmə İnformasiya Sistemində yerləşən elektron kabinet vasitəsilə verilsə də, həmin apellyasiya şikayəti elektron formada və MPM-nin 2-saylı əlavəsinə uyğun verilməmişdir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3073/2023 nömrəli, 05 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar