Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-680/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Kredit müqaviləsi üzrə borc tələbi»nə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-464/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-464/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14 iyul 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşması üzrə 16.454,4 ABŞ dolları (on altı min dörd yüz əlli dörd dollar qırx sent) məbləğində əsas kredit borcu, 16.682,92 ABŞ dolları (on altı min altı yüz səksən iki dollar doxsan iki sent) məbləğində faiz borcu və 1000 (min) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 34.137 (otuz dörd min bir yüz otuz yeddi) ABŞ dolları 32 (otuz iki) sent məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22,hesab AZ34 CTRE ******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir (hakim Xıdır Quliyev) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14 iyul 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşması üzrə 16454.4 ABŞ doları əsas, 16682.92 ABŞ dolları faiz və 23555.84 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 56693 (əlli altı min altı yüz doxsan üç) ABŞ dolları 16 (on altı) sent məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil. Kredit alan ərəfədə “xxxx” ASC Xaçmaz filialında şöbə müdiri işləmiş, aylıq 1500 manat əmək haqqı almaqla iddiaçı bankdan aldığı krediti vaxtı-vaxtında ödəmişdir. Lakin sonradan dolların kursunun iki dəfə artması, eləcə də əmək haqqının aşağı düşməsi səbəbindən aylıq ödənişləri edə bilməmişdir. Borcun məbləği ilə razı deyildir, faiz və cərimə borcu şişirdilmişdir. Bank tərəfindən tələb edilən borcun hesablanması üçün ekspertiza keçirilməsini tələb edir. Odur ki, qətnamənin ləğv edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı apelyasiya şikayətini dəlillərinə etiraz edib, iddia ərizəsinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 464/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh1 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini göstərsə də şikayətin məzmunundan görünür ki, cavabdeh yalnız ondan tutulan pul məbləği hissəsini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərdən tutulan borc məbləği hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Belə ki, işə əlavə edilmiş 19 noyabr 2010-cu il tarixli, 11L000000721 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 19 noyabr 2010-cu il tarixli, 11L000000721 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 14 iyul 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 14 iyul 2014cü il tarixli, 11R000008973 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə cavabdehə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 16 iyun 2015-ci il tarixli, 11L000000721SA nömrəli sazişdən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı qeyd olunan sazişə əsasən kredit xəttinin müddəti 175 ay müddətində, kredit xəttinin məbləği 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 16 iyun 2015-ci il tarixli, 11R000008973 S saylı və 16 noyabr 2015-ci il tarixli, 11R000008973SA saylı sazişlərdən görünür ki, Cavabdeh1 və İddiaçı QSC imzaladıqları qeyd olunan sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan 19 noyabr 2010-cu il tarixli, 11S00000936 saylı və 29 fevral 2012-ci il tarixli, 011S000001466 saylı zaminlik müqavilələrindən müəyyən olunur ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında müvafiq zaminlik müqavilələri bağlanmış və həmin cavabdehlər kredit xətti müqaviləsindən və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin vaxtında icrası üçün əsas borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımaları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etmələri barədə öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan İddiaçı QSC-nin 10 dekabr 2019-cu il tarixli, 14082 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 09 dekabr 2019-cu il tarixinə 14 iyul 2014-cü il tarixli, 11R000008973 nömrəli kredit razılaşması üzrə borcunun məbləği əsas borca görə 16454.4 ABŞ dolları, faiz borcuna görə 16682.92 ABŞ dolları, cərimə borcuna görə 23555.84 ABŞ dolları olmaqla, borcun cəmi məbləği 56693.16 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2020-ci il tarixli, 9/2631 saylı rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları 19 noyabr 2010-cu il tarixli, 11L000000721 saylı kredit müqaviləsinin çərçivəsində imzalanmış 14 iyul 2014-cü il tarixli, 11R000008973 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 09 dekabr 2019-cu il tarixinə (sual üzrə tarixə) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan əsas borcu 16,084,54 ABŞ dolları, faiz borcu 16,809,24 ABŞ dolları olmaqla ümumi borcu 32893,78 ABŞ dolları müəyyən olunur. 14 iyul 2014-cü il tarixli, 11R000008973 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cərimə borcu hesablanmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən cavabdehin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsini, nəticədə iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 442,443.1, 445.2.1, 445.3, 448.1, 449.1, 449.4, 465.2, 470.1, 472.1, 472.2, MPM-nin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini əsas və faiz borcu hissəsində təmin etməklə gəldiyi nəticədə qismən haqlı olmuşdur. Belə ki, İddiaçı ASC ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur. Buna baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsas borc hissəsində dəyişdirilməlidir. Belə ki, cavabdeh apelyasiya şikayətində ondan tələb edilən borc məbləğini mübahisələndirmiş, bu səbəbdən cavabdehin borcunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 221-ci il tarixli, 9/782 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 Cəlal oğlunun 09.12.2019-cu il tarixinə olan borcu əsas borc üzrə 16326,90 ABŞ dolları, faiz borcu üzrə 17062,51 ABŞ dolları, cəmi 33389,41 ABŞ dolları təşkil edir. Göründüyü kimi, ekspert rəyinə görə kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borcu 16326,90 ABŞ dolları təşkil edir ki, müvafiq olaraq qeyd edilən əsas borcun iddia ərizəsində olan məbləğindən azdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ekspert rəyi ilə faiz borcu üzrə 17062,51 ABŞ müəyyən edilsə də, iddia ərizəsində tələb olunan faiz borcu 16682,82 ABŞ dolları olduğundan bu səbəbdən də faiz borc hissəsi üzrə qətnamə iddia tələbindən kənara çıxılmamaqla dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın cavabdehlərdən əsas borca görə cərimə borcu tələb etməkdə də haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa dəbbə pulunun ödənilməsini tərəflər müqavilə ilə müəyyən ediblər. İş materiallarından görünür ki, iddiaçı təşkilat 23555,84 ABŞ dolları cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi də düzgün olaraq tələb edilən cərimə məbləğinin yüksək olması qənaətinə gələrək cərimə borcunu 1000 ABŞ dolları məbləğində müəyyən etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin dəlillərini qəbul etmir. Qeyd edilən iş materiallarına və ekspert rəyinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulan əsas borca dair hissədə dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilməli, cavabdeh Cavabdeh1 apelyasiya şikayəti üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-464/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14 iyul 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşması üzrə 16.454,4 ABŞ dolları (on altı min dörd yüz əlli dörd dollar qırx sent) məbləğində əsas kredit borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən əsas borca görə 16326,90 ABŞ dolları məbləğində borc tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3,392- 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Cavabdeh1 apelyasiya şikayəti üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-464/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14 iyul 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşması üzrə 16.454,4 ABŞ dolları (on altı min dörd yüz əlli dörd dollar qırx sent) məbləğində əsas kredit borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlərdən əsas borca görə 16326,90 ABŞ dolları məbləğində borc tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manatın 10 (on) manatı İddiaçı QSC-dən, 135 (yüz otuz beş) manatı Cavabdeh1 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-680/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-680/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver