Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-688/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili: X2, Cavabdeh: Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili: Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə 11.850 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 həmin mənzili 11.850 manata ona satmaga və həmin evin onun adına sənədləşdirilməsinə kömək etməyə razılaşmışdır. Buna görə də o, X1 iştirakı ilə Cavabdeh1 1000 manat, 2 gün sonra isə N.K.Bünyadov və V.Musayevin iştirakı ilə Ziyadxanın atası Cavabdeh2 10850 manat pul vermişdir. Lakin evə köçəndən sonra MİSdən ona aldadıldığı və evi boşaltmalı olduğu, həmin evi satmagın mümkün olmadıgı bildirmişdir. Sonradan Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə o, həmin mənzildən çıxarılmış və buna görə də onu aldadaraq 11850 manatını mənimsəmiş, Cavabdeh1 Sumqayıt Hərbi Prokurorluguna şikayət etmişdir. Sumqayıt Hərbi Prokurorlugunda aparılan araşdırma zamanı da Cavabdeh1 atası Cavabdeh2 ilə birlikdə ondan 11.850 manat aldığını etiraf etmişdir. Sumqayıt Hərbi Prokurorluğunun araşdırma ilə bağlı ona göndərdiyi məktubunu ərizəsinə əlavə etmişdir. Cavabdeh bu günədək onun pulunu qaytarmadıgına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə yanlış hüquqi nəticəyə gəlmişdir. Tərəflər arasında münasibətin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinin tələblərini nəzərə almamışdır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Bunları nəzərə alıb, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)- 571/2020 il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili A.E.Qasımov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehin iddiaçıya maddi ziyan vurmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Sumqayıt Hərbi Prokurorluğunun xx xxxxx 2019-cu il tarixli 14/1256 saylı N nömrəli hərbi hissənin 2-ci tabor komandirinin şəxsi heyatlə iş üzrə müavini, mayor İddiaçı ünvandanmış məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tagıyev qəsəbəsi, F.Gayıbov küçəsi bina 19, 41 nömrəli mənzili alıb orada qeydiyyata düşmək üçün həmin ünvanda yaşayan baş gizir Cavabdeh1 11850 manat pul verməsi, lakin sonradan həmin mənzilə qeydiyyata alınmayaraq məhkəmə qərarı ilə evdən çıxarılması barədə Prokurorluga ünvanladığı müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh1, eləcə də atası Cavabdeh2 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi olmadıgından AR CM-nin 39.1.2-ci maddəsinə əsasən barələrində qeyd olunan maddi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Baş gizir Cavabdeh1 tərəfindən 11850 manat pulunun qaytarılması üçün müvafiq dövlət orqanları qarşısında mülki iddia qaldırmaq, habelə qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə şikayət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 707 saylı Hərbi Hissə tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli 820 saylı arayışa əsasən İddiaçı xx xxxxxxxx 1994-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və xx xxxx 2018-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət edir. İşə əlavə olan Sumqayıt Hərbi Prokurorunun böyük köməkçisi E.Kişiyev tərəfindən qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, həmin qərarla 707 №-li hissənin 2-ci tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini, mayor İddiaçı H.Z.Tagıyev qəsəbəsi, F.Qayıbov küçəsi, bina 19, 41 №-li mənzili alıb orada qeydiyyata düşmək üçün həmin ünvanda yaşayan gizir Cavabdeh1 1850 manat pul verməsi, lakin sonradan həmin mənzilə qeydiyyata alınmayaraq məhkəmə qərarı ilə evdən çıxarılması, gizir Cavabdeh1 ona verilmiş pulu qaytarmaqdan imtina etməsi barədə müraciəti əsasında araşdırması aparılmış 14/22s-19 nömrəli material üzrə Cavabdeh1 və Cavabdeh2 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibinin olmadıgını nəzərə alaraq barələrində qeyd olunan maddə ilə cinayət işin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, İddiaçı həmin məsələ ilə bağlı müvafiq dövlət orqanına mülki qaydada müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı adlı şəxs «Bina 19, mənzil 41 ünvanına gizir Cavabdeh1 heç bir təmənna olmadan qəbul etməsi» barədə qeyd yazmış və onu imzalamışdır. İddiaçı əsas dəlili ondan ibarət olmuşdur ki, Sumqayıt Hərbi Prokurorlugunda aparılan araşdırma zamanı Cavabdeh1 atası Cavabdeh2 ilə birlikdə ondan 11850 manat aldığını etiraf etmişdir. Həmin materiallarda olan Cavabdeh1 izahatından görünür ki, Cavabdeh1 izahatında və onun atasının İddiaçı pul almadıgını, əksinə İddiaçı onlara məxsus əşyaları özü ilə apardığını bildirmişdir. Həmin materiallarda olan Cavabdeh2 izahatından isə görünür ki, V.Cavabdeh1Məlikovla eyni məzmunlu izahat vermiş, İddiaçı hər hansı məbləğdə pul almadıqlarını, əksinə İddiaçı mənzili öz adına sənədləşdirdikdən sonra təmirə xərclədikləri 7000 manat pulu onlara verəcəyi barədə vəd etdiyini, lakin mənzili sənədləşdirə bilmədiyi üçün onlara pul vermədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlərin Sumqayıt Hərbi Prokurorluguna aparılan araşdırma zamanı ondan 11850 manat pul aldıqlarını etiraf etdiyini bildirsə də, cavabdehlər həmin araşdırma zamanı belə bir etiraf etməmişlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prossesual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər iki tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası cavabdeh İddiaçı tərəflər arasında münasibətin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinin tələblərini nəzərə almaması, Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanması, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilinməsini, məhkəmə tərəfindən nəzərə almaması barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin qanunun tələbləri iş materialları ilə sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» xx xxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadagan edir. Qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətən müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-571/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-688/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-688/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver