Məhkəmə qərarları › İş №2(105)-688/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-688/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-688/2023 03.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, girov əmlakının açıq hərracda satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsinin ləğvi, tələbin ipoteka predmetinə yönəldilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə (sonuncu məhkəmə iclasına gəlməmişdir), Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-3820/2015 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2013-cü il tarixində 514A saylı kredit müqaviləsinə əsasən, "Muğanbank” ASC Cavabdeh nəqliyyat vasitəsinin alınması məqsədi ilə illik hesablanmaqla, 24 ay müddətinə 8.500 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2013-cü il tarixində 514A saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus olan "Mercedes Benz C220 CDİ" minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2000-ci il, BAN-WDB2030061A032424, rəngi gümüşü metal) avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. "Muğanbank” ASC-nin xx.xx.2015-ci il tarixli Sum/117 saylı maliyyə arayışına əsasən, Cavabdeh banka xx.xx.2015-ci il tarixinə əsas borcu 6618 ABŞ dolları, faiz borcu 800 ABŞ dolları, cəmi 7418 ABŞ dolları təşkil edir. AB seriyalı, 858454 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, "Mercedes Benz C220 CDİ" minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2000-ci il, BAN-WDB2030061A032424, rəngi gümüşü metal) avtomobilin sahibi Cavabdehdur. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrinin AA seriyalı, 074455 saylı, xx.xx.2013-cü il tarixli çıxarışına əsasən, Cavabdeh məxsus olan “Mercedes Benz C220 CDİ" minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2000-ci il. BAN-WDB2030061A032424. rəngi gümüşü metal) avtomobil "Muğanbank” ASC-nin Sumqayıt filialında xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək ipoteka ilə yüklü edilmiş və DYP-də qeydiyyata alınmışdır. Bankın M/l 1-1237 saylı xx.xx.2015-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişinə əsasən, bank tərəfindən Cavabdeh xx.xx.2013-cü il tarixində 514A saylı ipoteka müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə, yetirməsi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci tarixli arayışından və A7E seriyalı 09562265 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki. xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, girov əmlakının açıq hərracda satılmsı, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi, iddianın təmin edilməsi məqsədi ilə cavabdehin mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 6618 ABŞ dollar.,, faiz borcu 800 ABŞ dolları, cəmi 7418 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş “Mercedes Benz C220 CDİ" minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2000-ci il, BAN- WDB2030061A032424, rəngi gümüşü metal) nəqliyyat vasitəsinə yönəldilməsi, göstərilən nəqliyyat vasitəsi açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına cavabdehin “Muğanbank" ASC-yə olun cəmi 7418 ABŞ dolları borcunun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, “Muğanbank" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixində 514A saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh nəqliyyat vasitəsinin alınması məqsədi ilə illik 25% olmaqla 24 ay müddətinə 8.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-i ilə Cavabdeh arasında xx.xx.2013- cü il tarixində 514A saylı ipoteka müqaviləsi bağlanaraq “Mercedes Benz C220 CDİ” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2000-ci il. BAN-WDB2030061A032424, rəngi gümüşü metal) nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir (ipoteka müqaviləsinin qeydiyyata alınması də əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarış AA № 074455). Lakin Cavabdeh tərəfindən kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. xx.xx.2013-cü il tarixində 514A saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə əsas borcu 6618 ABŞ dolları, faiz borcu 800 ABŞ dolları, cəmi 7418 ABŞ dollar təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-3820/2015 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı "Muğanbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 514A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borcu 6618 ABŞ dolları, faiz borcu 800 ABŞ dolları, cəmi 7418 (yeddi min dörd yüz on səkkiz dollar) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş "Mercedes Benz C220 CDİ” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2000-ci il. BAN- WDB2030061A032424, rəngi gümüşü metal) avtomobilə yönəldilməsi, qeyd olunan nəqliyyat vasitəsinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsi, avotmobilin satışından əldə olunmuş məbləğdən banka olan borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. (hakim Təranə Mahmudova) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739.1, 295, 279, 317.1, 319.1, 442., 448.1-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 -ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-3820/2015 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə və ya iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə prosesinin vaxtı və yeri barədə xəbərdar edilməyib. Məhkəmə aktından 2022-ci ilin noyabr ayında icra məmurlarının zəngi əsasında xəbər tutmuşdur. Məhkəmənin gəldyi nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, ipoteka predmeti olan avtomobili bank əməkdaşları cavabdehin əlindən alaraq başqa şəxslərə satmışlar və həmin şəxsin kredit borcunu ödəyəcəklərini bildirmişlər. Lakin bu hallar məhkəmədə onun iştirakı təmin olunmadığı üçün araşdırılmayıb. Hazırkı məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı qəbul edilmişdir və bank həmin kredit müqaviləsi üzrə qalan borcları restrukturizasiya etməli idi. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı "Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-3820/2015 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir.. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinin təmin etməklə düzgün hüquqi nticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən bank kredit müqaviləsi üzrə qalan borcları restrukturizasiya etməli idi. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyə edilmişdir. Fərmanın 8.10-cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Göründüyü kimi fərmanda məhkəmə icraatında olan işlərlə bağlı müvafiq kredit müqavilələrinin restrukturizasiyası nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə məhkəmə qətnaməsi isə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxarılan zaman maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)- 3820/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2015-ci il tarixli 2(060)-3820/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar