Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-694/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-344/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 2(034)-344/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 8013,87 ABŞ dolları əsas, 5195,20 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13409,07 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Gülsarə İmanova) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 8013.87 ABŞ dolları məbləğində kredit borcu, 9404.51 ABŞ dolları məbləğində faiz borcu və 6017 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23435 (iyirini üç min dörd yüz otuz beş) ABŞ dolları 38 (otuz səkkiz) sent məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil. Bankdan kredit götürmüş, devalivasiyaya qədər ödənişləri etmişdır. Bankdan çağırıb ona demişlər ki, 7000 manat ödəniş edərsə krediti bağlayacaqlar. Lakin həmin pulu ödəmək imkanı olmamışdır. Məhkəmədə əsas borcla razı olmasını, lakin faiz və cərimə borcu ilə razı olmadığını bildirmişdir. Məhkəmə iş üzrə ekspertiza təyin etmədən əsassız olaraq iddiaçının xeyrinə qətnamə qəbul edib. Hesab edir ki, qətnamə ləğv edilməli, bank tərəfindən hesablanmış faiz və cərimə borcunun yenidən hesablanması üçün ekspertiza təyin edilməlidir. Odur ki, qətnamənin ləğv edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı apelyasiya şikayətini dəlillərinə etirz edib, iddia ərizəsinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsi, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 344/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini göstərsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh yalnız ondan tutulan faiz və cərimə borcu hissəsini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərdən tutulan faiz və cərimə məbləği hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Belə ki, işə əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18.02.2008-ci il tarixli, 02L000001581 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 09.09.2015-ci il tarixli 02L000001581S saylı sazişlə kredit xəttinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 211 (iki yüz on bir) ay müddətində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredil razılaşması ilə müəyyən olunur. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bagladığı 09.10.2014-cü il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları 12.03.2015-ci il tarixli 002R**********S saylı, 09.09.2015-ci il tarixli 002R**********SA saylı, 03.03.2016-cı il tarixli, 002R**********SB saylı, 10.01.2017-ci il tarixli 002R**********SC saylı, 21.09.2017-ci il tarixli, 002R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan 02S000025721, 02S000025720, 02S000001606, 02S000016123, 02S000017521 saylı zaminlik müqavilələrindən görünür ki, kreditin təminatı olaraq digər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 21.08.2018-ci il tarixə 8013,87 ABŞ dolları əsas, 5781,35 ABŞ dolları faiz, 801,4 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14596,62 ABŞ dolları borcu vardır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 08.05.2020-ci il tarixə isə banka8013.87 ABŞ dolları məbləğində kredit borcu, 9404.51 ABŞ dolları məbləğində faiz borcu və 6017 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23435 (iyirini üç min dörd yüz otuz beş) ABŞ dolları 38 (otuz səkkiz) sent məbləğində borcu vardır. Cavabdeh apelyasiya şikayətində faiz və cərimə borcu məbləğinin müəyyən edilməsini xahiş etməklə qətnamə ilə tutulan borcu mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən cavabdehin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsini, nəticədə iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətindən görünür ki, cavabdeh ondan tələb edilən əsas borc məbləğini qəbul etmiş, ondan tələb edilən faiz və cərimə borcu məbləğini mübahisələndirmişdir. Bu səbəbdən qətnamə qeyd edilən hissələrdə müzakirə edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini faiz və cərimə borcu hissəsində təmin etməklə gəldiyi nəticədə qismən haqlı olmuşdur. Belə ki, İddiaçı ASC ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur. Buna baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, qətnamə faiz borcu hissəsində dəyişdirilməlidir. Belə ki, cavabdeh apelyasiya şikayətində ondan tələb edilən faiz və cərimə borc məbləğini mübahisələndirmiş, bu səbəbdən cavabdehin borcunun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli, 9/781 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 maliyyə arayışının tarixinı, yəni 21.08.2018-ci il l tarixinə olan borcu əsas borc üzrə 8013,34 ABŞ dolları, faiz borcu üzrə 1874,76 ABŞ dolları, cəmi 9888,10 ABŞ dolları təşkil edir. Göründüyü kimi, ekspert rəyinə görə kredit müqaviləsi üzrə Cavabdeh1 faiz borcu 1874,76 ABŞ dolları təşkil edir ki, müvafiq olaraq qeyd edilən faiz borcu iddia ərizəsində olan məbləğindən azdır. Bu səbəbdən də qətnamə faiz borcuna hissədə ekspert rəyinə uyğun dəyişdirilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın cavabdehlərdən əsas borca görə cərimə borcu tələb etməkdə də haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa dəbbə pulunun ödənilməsini tərəflər müqavilə ilə müəyyən ediblər. İş materiallarından görünür ki, iddiaçı təşkilat 6017 ABŞ dolları cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi də düzgün olaraq tələb edilən cərimə məbləğinin yüksək olması qənaətinə gələrək cərimə borcunu 200 ABŞ dolları məbləğində müəyyən etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin dəlillərini cərimə borcuna dair hissədə əsaslı deyildir. Qeyd edilən iş materiallarına və ekspert rəyinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulan faiz borcuna dair hissədə dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bundan əlavə iş materiallarından görünür ki, qətnamənin nəticəvi hissəsində borcun ödəniş gününə manata olan məzənnə nisbətində ödənilməsi qeyd olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh1 Abbas qızının apelyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh1 Abbas qızının apelyasiya şikayəti üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-344/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, cavabdehlərdən müştərək qaydada 5195,20 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən faiz borcuna görə 1874,76 ABŞ dolları məbləğində borc (həmçinin digər borclar) qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3,392- 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Cavabdeh1 Abbas qızının apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 Abbas qızının apelyasiya şikayəti üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-344/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, cavabdehlərdən müştərək qaydada 5195,20 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlərdən faiz borcuna görə 1874,76 ABŞ dolları (həmçinin digər borclar) qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz ) manatın 10 (on) manatı İddiaçı QSC-dən, 90 (doxsan) manatı Cavabdeh1 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-694/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-694/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver