Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-695/2022 05.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1499/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə ******* ABŞ dolları, faiz borcu üzrə 513646,53 ABŞ dolları, cəmi 1821596,53 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-FK-1401 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə, 207/10 saylı “Kredit Müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehə illik 14 (on dörd) faiz olmaqla 36 (otuz altı) ay müddətinə 1 332.950 (bir milyon üç yüz otuz iki min doqquz yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. “Kredit Müqaviləsi”-nin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”-nın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. “Borcalan”-a verilən vəsaitdən istifadə müddəti 36 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka borcu hazırda əsas borc üzrə 1.307.950 ABŞ dolları, faiz borcu üzrə 513646.53 ABŞ dolları, cəmi 1.821.596.53 (bir milyon səkkiz yüz iyirmi bir min beş yüz doxsan altı dollar 53 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi və yazılı formada bildirişlər göndərmək yolu ilə xəbərdarlıq edilmiş, qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və borcun tez bir zamanda banka ödənilməsi tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(012)-1499/2020 nömrəli qətnaməsi ilə iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilmişdir (hakim Habil Əhmədov). İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(012)-1499/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)-1315/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(012)-1499/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi) Şəmsəddin Abasov və Səyyad Qafari). İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)- 1315/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5605/2021 nömrəli, 22 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)-1315/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır (hakimlər Şamayev Elşad (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə və Abbasov Aqil). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.1ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Birinci instansiya məhkəməsi qeyd olunan maddənin tələblərini pozmaqla işə baxmışdır. Halbuki məhkəmə işin hallarını tam və ətraflı aydınlaşdırmaq üçün tərəflərə şərait yaratmalı idi. Buna baxmayaraq məhkəmə cavabdehin iddianı qəbul edibetməməsini aydınlaşdırmamış, yalnız cavabdehin qarşılıqlı iddia ərizəsi ilə kifayətlənmişdir. Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə, 207/10 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 14% olmaqla 36 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1401 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra-İddiaçı Qapalı Səhmdar Cəmiyyəti) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Həmin Fərmanda müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aktivlərin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir: “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətindən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək, ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək, tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək, aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirmək. Həmçinin iş materiallarına əlavə edilmiş “X7 Edilməsi Agentliyi”nin nizamnaməsinin 1.1-ci bəndində göstərilir ki, “X7 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra İddiaçı Qapalı Səhmdar Cəmiyyəti adlanacaq) tabeliyində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədilə yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir. İşə əlavə edilmiş S-FK-1401 saylı, xx.xx.2018-ci il saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı təhvil-təslim aktından görünür ki, xx.xx.2018-ci il tarixdə borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddia müddətinin axımını məhz xx.xx.2018-ci il tarixdən tətbiq edə bilərdi. Bundan əlavə, məhkəmə iddia müddəti ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, xx.xx.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsinin 5-ci bəndində göstərilir ki, bu müqavilə bağlandığı andan qüvvəyə minir və öhdəlik tam icra olunduqdan sonra qüvvədən düşmüş hesab olunur. Müqavilənin 5-ci bəndinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. Kreditin tam həcmdə qaytarılması tarixi isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc hesabına daxil olduğu tarix hesab olunur. İşin hallarından da müəyyən olunur ki, cavabdeh tərəfindən kredit tam həcmdə ödənilməmişdir. Belə olan halda, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli deyildir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 373.2, 375.2-ci və 377.1-ci maddələri düzgün tətbiq edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, 29 sentyabr 2010-cu il tarixində "xxxx" ASC ilə Cavabdeh arasında 207/10 saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehə illik 14 faiz olmaqla 36 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı filialının arayışından görünür ki, hazırda Cavabdeh kredit borcu ******* ABŞ dolları, faiz borcu üzrə 513646,53 ABŞ dolları olmaqla, cəmi 1821596,53 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan “X7 edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 sentyabr 2019-cu il tarixli, 4036 saylı bildirişindən görünür ki, Cavabdeh borcunu 10 gün müddətində ödəməsi barədə xəbərdar edilmişdir. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş ekspertizanın 13 avqust 2020-ci il tarixli, 9/2859 saylı rəyindən görünür ki, 29 sentyabr 2010-cu il tarixli, 207/10 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx"na olan borcu xx.xx.2013cü il tarixə (müqavilə müddətinin sonuna) ******* ABŞ dolları, o cümlədən əsas borc üzrə ******* ABŞ dolları, faiz borcu üzrə 556500 ABŞ dolları məbləğində müəyyən olunmuş, lakin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında 29 sentyabr 2010-cu il tarixli, 207/10 saylı kredit müqaviləsinin müddəti bitdiyi tarix, yəni 29 sentyabr 2013-cü il tarixinədək əsas və faiz borcunun olması barədə sual qoyulduğundan, ondan sonrakı dövrdə ödənilən 25000 dollar məbləğində ödənişlər tədqiqatda nəzərə alınmamışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Tərəflər arasında 29 sentyabr 2010-cu ildə bağlanmış kredit müqaviləsi 36 ay müddətə bağlanmış və həmin müqavilənin müddəti 29 sentyabr 2013-cü ildə bitmişdir. Həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 29 sentyabr 2013-cü il tarixdən başlanmışdır. İş materiallarından görünür ki, kredit müqaviləsinin müddəti bitdikdən sonra cavabdeh tərəfindən son ödəniş 18 may 2015-ci il tarixdə olmuş, bundan sonra heç bir ödəniş edilməmişdir. Həmin müqavilə üzrə tələb 3 il müddətinə verilməli olduğu halda, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür.Bununla əlaqədar cavabdeh 21 oktyabr 2020-ci il tarixində iddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə verərək İddiaçı QSC BOKT-nın cavabdehə qarşı məhkəmədə qaldırdığı “Əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia tələbinin əsassız oldğunu və buna görə də iddia müddətinin tətbiq olunması ilə rədd olunması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir (i/v 111). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yuxarıda sadalanan hallardan məlum olduğu kimi, iddiaçı Aqrarkedit QSC BOKT kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi vaxt və bundan sonra borcalan tərəfindən kredit borcu üzrə edilmiş son ödəniş vaxtından 4 il 3 ay sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. İşin məhkəmə kollegiyası tərəfindən araşdırılmış hallarına əsasən müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə iddiaçının həyat yoldaşı olan X5 arasında eyni tarixdə, yəni xx.xx.2010-cu il tarixdə, 208/10 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X3 illik 14% olmaqla 36 ay müddətinə 1 333 261(bir milyon üç yüz otuz üç min iki yüz altmış bir) ABŞ dolları məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ər-arvad tərəfindən eyni tarixdə, məbləğinə görə cuzi fərqlənən kredit müqavilələri bağlanmışdır. İşin araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, həmçinin İddiaçı QSC Bank Olmayan Kredit X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 əsas borc üzrə 1 333 261 ABŞ dolları, faiz borcu üzrə 513 824,03 ABŞ dolları olmaqla, cəmi 1 847 085,03 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-2279/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir(hakim Cəmilə Səfiyeva). Məhz həmin işdə Cavabdeh 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Həmin qətnamə ilə İddiaçı QSC BOKT razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(105)-3214/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(012)-2279/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakim Abasov Şəmsəddin (sədrlik edən və məruzəçi) Məmmədov Telman və Qafari Səyyad). İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(105)- 3214/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2022-ci il tarixli, 2(102)-2664/2022 nömrəli qərarı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(105)- 3214/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır (hakimlər Əhmədova Mehparə (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər və Xəlilov İsmayıl). Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının istinad etdiyi məhkəmənin qətnamə qəbul edərkən iddia müddətinin axımının borclu şəxs Cavabdeh dair sənədlərin Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verildiyi xx.xx.2018-ci il tarixdən tətbiq edilə bilməsi barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, "xxxx" ASC ləğv edilməmişdir, buna görə də iddia müddəti ərzində məhkəməyə müraciət edilə bilərdi. Bundan əlavə kredit müqaviləsi üzrə şəxsən cavabdeh tərəfindən ödəmələr edilməsini müəyyən etmək məqsədi ilə iddiaçının nümayəndəsinə ödənilən məbləğlər üzrə qəbzlərin təqdim olunması məhkəmə kollegiyası tərəfindən təklif edilsə də, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına bununla əlaqədar hər hansı ödəmə qəbzi təqdim olunmamışdır.Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan işin faktiki halları və istinad olunan maddi hüquq normaları ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5605/2021 nömrəli qərarının göstərişlərinə uyğun aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh ilə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə pul vəsaitinin qanunsuz olaraq mənimsənilməsi ilə bağlı istintaq olunan və ya məhkəmələrdə baxılan cinayət işləri olmamışdır.Bunu məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi də təsdiq etmişdir. Cavabdeh isə məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, müqavilənin bağlandığı vaxt o, "xxxx" ASC-nin baş ofisində mühafizəçi işləmiş, bankın vəzifəli şəxslərinin təkidi ilə onunla bağlanmış kredit müqaviləsinin imzalanması iş yerinin itirilməməsi məqsədi ilə edilmiş, müqavilədə qeyd olunan məbləğ isə faktiki onun tərəfindən götürülməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən qeyd olunan kredit müqaviləsinin bağlanmasında "xxxx" ASC-nin vəzifəli şəxslərinin əməllərində dələduzluq cinayəti və digər cinayətlərin tərkibinin olub-olmamasının araşdırılması üçün Azərbaycan Respublikası MPM-nin 265.4 və 394.1-ci maddələrinin tələblərinə əsasən xx.xx.2022-ci il tarixli, 2(105)-695/2022 nömrəli xüsusi qərardadın çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1,392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1499/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-695/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-695/2022
05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver