Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-696/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1286.78 ABŞ dolları əsas borc, 698.27 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca 5% hesablanmış faiz borcu 187.56 ABŞ dolları, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2272.61 (iki min yetmiş iki dollar, altmış sent) ABŞ dolları borcun İddiaçı ASC-nin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 1286.78 (bir min iki yüz səksən altı dollar, yetmiş səkkiz sent) ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi tarixinə xx.xx.2017-ci il tarixinə 698.27 (altı yüz doxsan səkkiz dollar, iyirmi yeddi sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca 5% hesablanmış faiz borcu 187.56 (yüz səksən yeddi dollar əlli altı sent) ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 937.11 (doqquz yüz otuz yeddi dollar on bir sent) ABŞ dolları olmaqla, olmaqla, cəmi 3109.72 (üç min yüz doqquz dollar, yetmiş iki sent) ABŞ dolları borcun tutulması və 30 manat məbləğində dövlət rüsumu olmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 387 saylı istehlak kredit müqaviləsinə əsasən, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-e tərəfindən Cavabdeh1 1420 ABŞ dolları məbləğində kredit veriimişdir. Mövcud kredit müqaviləsinə əsasən kreditin müddəti 18 (on səkkiz) ay, illik faizi isə 28 (iyirmi səkkiz) % müəyyən edilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti və onun faizlərini qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli, zəmanət müqaviləsi bağlanmışdır. Zəmanət müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borc alanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsidə daxil olmaqla borc alan kimi tam məsuliyyət daşıyır. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 387 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbədarlıqlara baxmayaraq ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Nəticədə Cavabdeh1 banka olan 1286.78 (bir min iki yüz səksən altı dollar, yetmiş səkkiz sent) ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi tarixinə xx.xx.2017-ci il tarixinə 698.27 (altı yüz doxsan səkkiz dollar, iyirmi yeddi sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca 5% hesablanmış faiz borcu 187.56 (yüz səksən yeddi dollar əlli altı sent) ABŞ dolları olmaqla, cəmi 3109.72 (üç min yüz doqquz dollar, yetmiş iki sent) ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç tədbir görülməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə bir vətəndaş kimi hüquqlarının bərpa olunmasına göz yumaraq onun ziyanına qətnamə çıxarmışdır. Ona qarşı ədalətsizlik etmişdir. Bunları nəzərə alınmamasından çox narazıdır. Məhkəmə onun çətin ailə vəziyyətini nəzərə almamışdır. Ailədə o tək işləyir, həyat yoldaşı evdar xanımdır. Uşaqları azyaşlıdırlar. Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(034)-237/2020 saylı qətnaməsini ləgv edib, yeni qətnamə çıxalımasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına, cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşə əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 387 saylı istehlak kredit müqaviləsinə əsasən illik 28% olmaqla 18 ay mülddətinə 1420 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Ləğv Prosesində olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Ləğv Prosesində olan İddiaçı ASCe ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 11-**********1100000İ138 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış tələb, üzrə 1286.78 (bir min iki yüz səksən altı dollar, yetmiş səkkiz sent) ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi tarixinə xx.xx.2017-ci il tarixinə 698.27 (altı yüz doxsan səkkiz dollar, iyirmi yeddi sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca 5% hesablanmış faiz borcu 187.56 (yüz səksən yeddi dollar əlli altı sent) ABŞ dolları olmaqla, cəmi 3109.72 (üç min yüz doqquz dollar, yetmiş iki sent) ABŞ dolları borc yaranmışdır. İşdə olan hesabdan çıxarışdan məlum olur ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2016-cı il tarixdə hesab açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 937 ABŞ dolları məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 100 ABŞ dolları məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Eyni zamanda məhkəmə cavabdehin iddia müddətinin tədbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2015-ci il tarixində 18 ay müddətinə bağlanmış və müqavilənin icra müddətinin bitməsi xx.xx.2017-ci il tarixinə düşür, həmin tarixdən 3 illik iddia müddəti xx.xx.2020-ci il tarixində bitmişdir. İddiaçı tərəfindən təqdim olunmuş №233931 saylı poçt qəbzindən göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2020-cı il tatixində poçt vasitəsi ilə müraciət etməklə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə ərizə verərkən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq 30 manat rüsum ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh1 Zəngilan rayonundan məcburi köşkündür. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası Cavabdeh1 ailədə yeganə işləməsini, uşaqların azyaşlı və həyat yoldaşının evdar xanımın olduğunun birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması barədə dəlili qəbul etmir. Belə ki, cavabdehin bu dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci i il tarixli 2(034)- 237/2020 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-696/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-696/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver